< מַעֲשֵׂי הַשְּׁלִיחִים 10 >

בקיסריה גר קצין רומאי בשם קורנליוס; הוא היה מפקד הגדוד האיטלקי שבמקום. 1
Qeysəriyyədə Korneli adlı bir nəfər yaşayırdı. O, İtaliyalı adlı alayın yüzbaşılarından biri idi.
קורנליוס וכל בני־משפחתו היו אנשים אדוקים ויראי־אלוהים. הוא היה איש תפילה, ונהג לחלק מתנות ותרומות ביד נדיבה. 2
Həm özü, həm də bütün külfəti mömin olub Allahdan qorxardı. O, xalqa çox nəzir-niyaz paylayar, daim Allaha dua edərdi.
יום אחד, בשעה שלוש אחר־הצהריים, ראה קורנליוס לפתע מלאך ה׳ בחזיון. המלאך קרב אליו וקרא:”קורנליוס!“ 3
Bir gün təxminən doqquzuncu saat radələrində görüntüdə aydın gördü ki, Allahın bir mələyi yanına gəlib onu çağırdı: «Ey Korneli!»
קורנליוס הביט בו בפחד ושאל:”מה רצונך, אדוני?“והמלאך השיב:”אלוהים לא התעלם מתפילותיך ומנדיבות לבך! 4
Korneli qorxa-qorxa ona baxıb dedi: «Nədir, ey ağam?» Mələk ona dedi: «Duaların və nəzir-niyazların xatirə təqdimi kimi Allahın hüzurunda qəbul olundu.
עליך לשלוח עתה מספר אנשים ליפו, כדי שימצאו את שמעון פטרוס 5
İndi Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır.
אשר גר על חוף הים אצל שמעון מעבד־העורות, ויבקשו אותו לבוא אליך.“ 6
O, dabbağ Şimonun dəniz kənarındakı evində qonaqdır».
ברגע שנעלם המלאך קרא קורנליוס לשניים ממשרתיו ולאחד משומרי ראשו, שהיה גם הוא איש ירא אלוהים, 7
Onunla danışan mələk gedəndən sonra Korneli xidmətçilərindən ikisini və mühafizəçilərindən bir mömin əsgəri çağırtdırdı.
לאחר שסיפר להם את דבר החיזיון שלח אותם ליפו. 8
Onlara hər şeyi danışdı və sonra onları Yafoya göndərdi.
למחרת, בעוד השלושה מתקרבים אל העיר, עלה פטרוס על גג הבית כדי להתפלל. הייתה זאת שעת צהריים, ופטרוס, שהיה רעב, המתין לארוחתו. אולם עוד לפני שהייתה הארוחה מוכנה נפלה עליו תרדמה. 9
Ertəsi gün təxminən altıncı saat radələrində, onlar yolda olub şəhərə yaxınlaşanda Peter dua etmək üçün dama çıxdı.
10
O acıb yemək istəyirdi. Yemək hazırlanarkən Peterin fikrini bir görüntü apardı.
הוא ראה את השמים נפתחים, ומתוכם ירד סדין גדול קשור בארבע קצותיו. 11
O gördü ki, göy yarıldı, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq yerə endi.
בתוך הסדין היו כל מיני חיות טמאות, נחשים ועופות דורסים. 12
Onun üstündə hər cür dördayaqlılar, sürünənlər və göydə uçan quşlar var idi.
”קום, פטרוס; שחט ואכול!“קרא קול מן השמים. 13
Ona bir səda gəldi: «Qalx, Peter, kəs və ye!»
”חס וחלילה, אדוני!“, קרא פטרוס.”מעולם לא אכלתי אוכל בלתי כשר או טמא!“ 14
Peter Ona dedi: «Əsla, ya Rəbb! Mən heç vaxt nə haram, nə də murdar bir şey yeməmişəm».
הקול דיבר אל פטרוס בשנית:”אם אלוהים אומר שמשהו מסוים טהור, סימן שהוא טהור. אתה אל תקרא לו טמא!“ 15
Səda ikinci dəfə yenə gəldi və Peterə dedi: «Allahın halal dediyi şeylərə sən haram demə».
חזיון זה חזר ונשנה שלוש פעמים, ולאחר מכן הועלה הסדין חזרה לשמים. 16
Bu, üç dəfə təkrarlanandan sonra o şey dərhal göyə çəkildi.
פטרוס היה נבוך ומבולבל. מה פשר החיזיון? מה עליו לעשות? בדיוק באותה שעה מצאו שליחיו של קורנליוס את ביתו של שמעון מעבד־העורות, ועמדו מאחורי השער. 17
Peter bu görüntünün mənası barədə fikirləri ilə çaşbaş qalanda Kornelinin göndərdiyi adamlar Şimonun evini soruşurdular. Onlar qapı ağzında dayanıb
”האם כאן גר שמעון פטרוס?“שאלו. 18
bərkdən soruşdular: «Peter deyə çağırılan Şimon burada qalırmı?»
בינתיים, בעוד פטרוס מהרהר בחזיון ובפשרו, אמר אליו רוח הקודש:”שלושה אנשים באו הנה לפגוש אותך. 19
Bu zaman görüntü barədə fikirləşən Peterə Ruh belə dedi: «Bax səni üç kişi axtarır.
רד למטה ולך אתם, כי אני שלחתי אותם.“ 20
Dur, aşağı en və heç tərəddüd etmədən onlarla get. Çünki onları Mən göndərmişəm».
פטרוס ירד למטה, וכשראה את השלושה אמר:”אני האיש אשר אתם מחפשים. מה רצונכם?“ 21
Peter aşağı enib həmin adamlara dedi: «Axtardığınız adam mənəm. Niyə gəlmisiniz?»
”קורנליוס הקצין הרומאי שלח אותנו אליך“, השיבו השלושה.”קורנליוס הוא איש ירא אלוהים, טוב־לב, נדיב ומכובד על ידי כל היהודים. מלאך ה׳ נגלה אליו בחזיון וציווה עליו להזמין אותך לביתו, כדי שתאמר לו מה עליו לעשות.“ 22
Onlar dedilər: «Korneli adlı bir yüzbaşı var. O, saleh və Allahdan qorxan kişidir; buna bütün Yəhudi milləti də şahiddir. Müqəddəs bir mələk ona əmr etdi ki, səni öz evinə çağırtdırsın və deyəcəyin sözlərə qulaq assın».
פטרוס הזמין אותם להיכנס אל הבית וללון אצלו בלילה. למחרת היום הוא יצא אתם לדרך, ומאמינים אחרים מיפו הצטרפו אליו. 23
Bundan sonra Peter onları içəri dəvət edib qonaq saxladı. Ertəsi gün Peter qalxıb onlarla yola çıxdı və Yafodan olan bəzi qardaşlar da onlara qoşuldu.
כעבור יום הגיעה החבורה לקיסריה. קורנליוס שכבר ציפה לבואם, כינס בביתו את קרוביו וידידיו הטובים, כדי שגם הם יפגשו את פטרוס. 24
Sonrakı gün Qeysəriyyəyə çatdı. Korneli öz qohumlarını və yaxın dostlarını bir yerə yığıb onları gözləyirdi.
כשנכנס פטרוס אל הבית נפל קורנליוס על ברכיו והשתחווה לו. 25
Peter içəri girəndə Korneli ayağına düşüb ona səcdə etdi.
”קום על רגליך“, אמר לו פטרוס.”אני בן־אדם בדיוק כמוך!“ 26
Peter isə onu ayağa qaldıraraq dedi: «Qalx, mən də sənin kimi insanam».
קורנליוס קם על רגליו ושוחח זמן־מה עם פטרוס. לאחר מכן נכנסו שניהם אל חדר האורחים – שם נתאספו רבים. 27
Peter Korneli ilə danışa-danışa içəri daxil olanda gördü ki, oraya xeyli adam yığılıb.
פטרוס פנה אל הנוכחים ואמר:”אתם יודעים שאסור ליהודי להיכנס לביתו של גוי. אולם אלוהים הראה לי בחזיון שאסור להתייחס אל שום אדם כאילו הוא טמא או נחות ממני. 28
Onlara belə dedi: «Bilirsiniz ki, Yəhudilərə hər hansı bir yadelli ilə ünsiyyət yaratmaq, onlara qonaq getmək qadağandır. Amma insanları haram və murdar saymamağı Allah mənə göstərdi.
משום כך הסכמתי לבוא הנה מיד כשקראתם לי. אך האם מותר לי עתה לשאול מה אתם רוצים?“ 29
Buna görə məni çağıranda etiraz etmədən gəldim. Deyə bilərsinizmi, məni niyə çağırmısınız?»
”לפני ארבעה ימים, “החל קורנליוס להסביר,”התפללתי בביתי כרגיל, ובערך בשעה הזאת – בשעה שלוש – עמד לפני לפתע אדם לבוש גלימה זוהרת, 30
Korneli cavab verdi: «Üç gün əvvəl elə bu vaxtlarda doqquzuncu saatın duasını edirdim ki, birdən parlaq libaslı bir kişi qarşımda dayandı
ואמר אלי:’קורנליוס, אלוהים לא התעלם מתפילותיך ומנדיבות לבך! 31
və dedi: “Ey Korneli, sənin duaların eşidildi və nəzir-niyazların Allah tərəfindən yada salındı.
עליך לשלוח עתה מספר אנשים ליפו, כדי שימצאו את שמעון פטרוס, אשר גר על חוף הים אצל שמעון מעבד־העורות, ויבקשו אותו לבוא אליך‘. 32
İndi Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. O, dabbağ Şimonun dəniz kənarındakı evində qonaqdır”.
ובכן, מיד שלחתי לקרוא לך, ויפה מצדך שהזדרזת לבוא. הנה כולנו לפניך, מצפים לשמוע מפיך מה שציווה עליך אלוהים לומר לנו.“ 33
Ona görə sənin yanına adamlar göndərdim və sən də xeyirxahlıq göstərərək gəldin. İndi hamımız Allahın önündəyik və Rəbbin sənə əmr etdiyi hər sözə qulaq asmağa hazırıq».
פתח פטרוס ואמר:”עתה אני רואה בבירור שאלוהים אינו נושא פנים, 34
Peter sözə başlayıb dedi: «İndi bildim ki, həqiqətən, Allah tərəfkeşlik etmir.
אלא כל אדם הירא את אלוהים ועושה מעשים טובים מוצא־חן בעיני אלוהים, בין אם הוא יהודי או גוי. 35
Milliyətindən asılı olmayaraq kim ki Ondan qorxub əməlisaleh olarsa, Ona məqbuldur.
אני בטוח שכולכם שמעתם את הבשורה הטובה שבישר ה׳ לעם ישראל – שאפשר להתפייס עם אלוהים באמצעות ישוע המשיח, אשר הוא אדון כל הבריאה. מאז שהחל יוחנן להטביל את החוזרים בתשובה התפשטה הבשורה בכל הארץ – מהגליל ועד אזור יהודה. 36
O, İsrail övladlarına Öz kəlamını göndərdi və hamının Sahibi olan İsa Məsih vasitəsilə barışdırma Müjdəsini yaydı.
37
Bilirsiniz ki, Yəhyanın vəftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yəhudeyada nələr baş verdi.
ודאי שמעתם שאלוהים משח את ישוע מנצרת ברוח הקודש ובגבורה, שהוא הסתובב בארץ ועזר לבני־אדם, ושריפא את כל אלה שהיו כבולים על־ידי השטן, משום שהאלוהים היה אתו. 38
Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısını sağaltdı. Çünki Allah Ona yar idi.
”אנחנו, השליחים, עדים לכל המעשים שעשה ישוע בכל ארץ ישראל, כולל ירושלים, עד אשר הומת על הצלב. 39
Yəhudilərin ölkəsində və Yerusəlimdə İsanın nələr etdiyinin şahidi olduq. Onu çarmıxa çəkib öldürdülər.
אולם שלושה ימים לאחר שנצלב החזירו אלוהים לחיים, והראה אותו לעיני אנשים מסוימים שבהם בחר מראש. אלוהים לא בחר את העדים האלה מבין הקהל הרחב, כי אם מבינינו. אנחנו אלה שאכלנו ושתינו איתו לאחר שקם מן המתים, 40
Amma Allah Onu üçüncü gün diriltdi və bütün xalqa deyil, əvvəlcədən seçdiyi Öz şahidlərinə – ölülər arasından dirilməsindən sonra Onunla birlikdə yeyib-içən bizlərə aydın göstərdi.
41
והוא שלח אותנו לבשר את הבשורה הטובה הזאת בכל מקום, ולהעיד שאלוהים הסמיך את ישוע לשפוט את החיים ואת המתים. 42
Bizə isə əmr verdi ki, “Allahın təyin etdiyi ölülərlə dirilərin Hakimi Budur” deyə bunu xalqa şəhadət etməklə vəz edək.
כל הנביאים כתבו עליו, ואמרו שכל המאמין בו ייסלחו לו כל חטאיו בזכותו.“ 43
Onun barəsində bütün peyğəmbərlər şəhadət edir ki, Ona iman edən hər kəsin günahı Onun adı ilə bağışlanır».
לפני שסיים פטרוס את דבריו צלח רוח הקודש על כל הנוכחים. 44
Peter bu sözləri deyirdi ki, Müqəddəs Ruh söhbətə qulaq asan hər kəsin üzərinə endi.
היהודים המשיחיים, שבאו עם פטרוס מיפו, השתוממו לראות שמתנת רוח הקודש ניתנה גם לגויים. 45
Peterlə birlikdə gəlmiş sünnətli imanlılar Müqəddəs Ruhun bəxşiş olaraq başqa millətlərin də üstünə töküldüyünə mat qaldı;
אולם לא היה ספק בכך, כי הם שמעו אותם מדברים בשפות בלתי מובנות ומהללים את אלוהים.”אנשים אלה קיבלו עתה את רוח הקודש ממש כמונו!“קרא פטרוס.”האם מישהו מתנגד לכך שאטביל אותם במים?“ 46
onların başqa dillərdə danışıb Allahı mədh etdiyini eşitdilər. Onda Peter belə dedi:
47
«Bu adamlar bizim kimi Müqəddəs Ruhu alıb. Bunların su ilə vəftiz olmalarına kim mane ola bilər?»
וכך הוא הטביל אותם בשם ישוע המשיח. לאחר מכן ביקש ממנו קורנליוס להישאר אצלם ימים אחדים. 48
Beləliklə, onların İsa Məsihin adı ilə vəftiz olmalarını buyurdu. Sonra onlar Peterdən xahiş etdilər ki, bir neçə gün onların yanında qalsın.

< מַעֲשֵׂי הַשְּׁלִיחִים 10 >