< תְהִלִּים 8 >

לַמְנַצֵּ֥חַ עַֽל־הַגִּתִּ֗ית מִזְמֹ֥ור לְדָוִֽד׃ יְהוָ֤ה אֲדֹנֵ֗ינוּ מָֽה־אַדִּ֣יר שִׁ֭מְךָ בְּכָל־הָאָ֑רֶץ אֲשֶׁ֥ר תְּנָ֥ה הֹ֝ודְךָ֗ עַל־הַשָּׁמָֽיִם׃ 1
Musiqi rəhbəri üçün. Davudun «Gittit» üstə oxunan məzmuru. Ey Xudavəndimiz Rəbb, İsmin bütün yer üzündə nə qədər əzəmətlidir! Ehtişamın göylərə qalxır!
מִפִּ֤י עֹֽולְלִ֨ים ׀ וְֽיֹנְקִים֮ יִסַּ֪דְתָּ֫ עֹ֥ז לְמַ֥עַן צֹורְרֶ֑יךָ לְהַשְׁבִּ֥ית אֹ֝ויֵ֗ב וּמִתְנַקֵּֽם׃ 2
Düşməni və qisasçını susdurmaq üçün Körpələrin və çağaların səsi ilə Yağılarına qarşı qala qurdun.
כִּֽי־אֶרְאֶ֣ה שָׁ֭מֶיךָ מַעֲשֵׂ֣י אֶצְבְּעֹתֶ֑יךָ יָרֵ֥חַ וְ֝כֹוכָבִ֗ים אֲשֶׁ֣ר כֹּונָֽנְתָּה׃ 3
Əllərinin işi olan göyləri, Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm:
מָֽה־אֱנֹ֥ושׁ כִּֽי־תִזְכְּרֶ֑נּוּ וּבֶן־אָ֝דָ֗ם כִּ֣י תִפְקְדֶֽנּוּ׃ 4
«İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?»
וַתְּחַסְּרֵ֣הוּ מְּ֭עַט מֵאֱלֹהִ֑ים וְכָבֹ֖וד וְהָדָ֣ר תְּעַטְּרֵֽהוּ׃ 5
Onu Allahdan bir az aşağı yaratdın, İzzət və əzəmət tacını onun başına qoydun,
תַּ֭מְשִׁילֵהוּ בְּמַעֲשֵׂ֣י יָדֶ֑יךָ כֹּ֝ל שַׁ֣תָּה תַֽחַת־רַגְלָֽיו׃ 6
Əllərinin işləri üzərində onu hökmdar etdin. Hər şeyi onun ayağının altına qoydun:
צֹנֶ֣ה וַאֲלָפִ֣ים כֻּלָּ֑ם וְ֝גַ֗ם בַּהֲמֹ֥ות שָׂדָֽי׃ 7
Bütün sürü və naxırları, Çöldə yaşayan heyvanları,
צִפֹּ֣ור שָׁ֭מַיִם וּדְגֵ֣י הַיָּ֑ם עֹ֝בֵ֗ר אָרְחֹ֥ות יַמִּֽים׃ 8
Göydəki quşları, dənizdəki balıqları, Dəryalarda üzənlərin hamısını.
יְהוָ֥ה אֲדֹנֵ֑ינוּ מָֽה־אַדִּ֥יר שִׁ֝מְךָ֗ בְּכָל־הָאָֽרֶץ׃ 9
Ey Xudavəndimiz Rəbb, İsmin bütün yer üzündə nə qədər əzəmətlidir!

< תְהִלִּים 8 >