< תְהִלִּים 77 >
לַמְנַצֵּ֥חַ עַֽל־יְדִיתוּן (יְדוּת֗וּן) לְאָסָ֥ף מִזְמֹֽור׃ קֹולִ֣י אֶל־אֱלֹהִ֣ים וְאֶצְעָ֑קָה קֹולִ֥י אֶל־אֱ֝לֹהִ֗ים וְהַאֲזִ֥ין אֵלָֽי׃ | 1 |
Musiqi rəhbəri Yedutun üçün. Asəfin məzmuru. Allahı səsləyirəm, fəryad edirəm, Allahı səsləyirəm, O məni dinlər.
בְּיֹ֥ום צָרָתִי֮ אֲדֹנָ֪י דָּ֫רָ֥שְׁתִּי יָדִ֤י ׀ לַ֣יְלָה נִ֭גְּרָה וְלֹ֣א תָפ֑וּג מֵאֲנָ֖ה הִנָּחֵ֣ם נַפְשִֽׁי׃ | 2 |
Dar günümdə Xudavəndi axtarıram, Bütün gecə durmadan, Könlüm ovunmadan Ona əl açmışam.
אֶזְכְּרָ֣ה אֱלֹהִ֣ים וְאֶֽהֱמָיָ֑ה אָשִׂ֓יחָה ׀ וְתִתְעַטֵּ֖ף רוּחִ֣י סֶֽלָה׃ | 3 |
Allahı yada salarkən təlaşa düşürəm, Dərindən fikirləşəndə ruhdan düşürəm. (Sela)
אָ֭חַזְתָּ שְׁמֻרֹ֣ות עֵינָ֑י נִ֝פְעַ֗מְתִּי וְלֹ֣א אֲדַבֵּֽר׃ | 4 |
Qoymursan gözlərimi yumum, Üzgünlükdən danışa bilmirəm.
חִשַּׁ֣בְתִּי יָמִ֣ים מִקֶּ֑דֶם שְׁ֝נֹ֗ות עֹולָמִֽים׃ | 5 |
Düşünürəm keçən günləri, Ötən dövranı, illəri.
אֶֽזְכְּרָ֥ה נְגִינָתִ֗י בַּ֫לָּ֥יְלָה עִם־לְבָבִ֥י אָשִׂ֑יחָה וַיְחַפֵּ֥שׂ רוּחִֽי׃ | 6 |
Oxuduğum ilahi gecələr yadıma düşür, Ürəyimdə düşünəndə könlüm məndən soruşur:
הַֽ֭לְעֹולָמִים יִזְנַ֥ח ׀ אֲדֹנָ֑י וְלֹֽא־יֹסִ֖יף לִרְצֹ֣ות עֹֽוד׃ | 7 |
«Xudavənd məni əbədilikmi tərk edib? Bir daha məndən razı qalmayacaqmı?
הֶאָפֵ֣ס לָנֶ֣צַח חַסְדֹּ֑ו גָּ֥מַר אֹ֝֗מֶר לְדֹ֣ר וָדֹֽר׃ | 8 |
Məhəbbəti həmişəlik qurtardımı? Vədi nəsildən-nəslə qədər sona çatdımı?
הֲשָׁכַ֣ח חַנֹּ֣ות אֵ֑ל אִם־קָפַ֥ץ בְּ֝אַ֗ף רַחֲמָ֥יו סֶֽלָה׃ | 9 |
Allah rəhm etməyi unudubmu, Mərhəmətinin yerini qəzəb tutdumu?» (Sela)
וָ֭אֹמַר חַלֹּ֣ותִי הִ֑יא שְׁ֝נֹ֗ות יְמִ֣ין עֶלְיֹֽון׃ | 10 |
Dedim: «Bu mənim üçün bəladır, Haqq-Taala daha gücünü göstərmir».
אַזְכִּיר (אֶזְכֹּ֥ור) מַֽעַלְלֵי־יָ֑הּ כִּֽי־אֶזְכְּרָ֖ה מִקֶּ֣דֶם פִּלְאֶֽךָ׃ | 11 |
Ya Rəbb, Sənin əməllərini yada salıram, Bəli, xatırlayıram, ta qədimdən xariqələr göstərmisən.
וְהָגִ֥יתִי בְכָל־פָּעֳלֶ֑ךָ וּֽבַעֲלִ֖ילֹותֶ֣יךָ אָשִֽׂיחָה׃ | 12 |
Sənin bütün işlərini dərindən düşünürəm, Əməllərin barədə xəyala dalıram.
אֱ֭לֹהִים בַּקֹּ֣דֶשׁ דַּרְכֶּ֑ךָ מִי־אֵ֥ל גָּ֝דֹ֗ול כֵּֽאלֹהִֽים׃ | 13 |
Allahın yolu müqəddəsdir. Allah kimi böyük hansı allah var?
אַתָּ֣ה הָ֭אֵל עֹ֣שֵׂה פֶ֑לֶא הֹודַ֖עְתָּ בָעַמִּ֣ים עֻזֶּֽךָ׃ | 14 |
Xariqələr yaradan Allah Sənsən, Xalqlar arasında qüdrətini göstərmisən.
גָּאַ֣לְתָּ בִּזְרֹ֣ועַ עַמֶּ֑ךָ בְּנֵי־יַעֲקֹ֖ב וְיֹוסֵ֣ף סֶֽלָה׃ | 15 |
Əl uzadıb xalqını, Yaqub, Yusif övladlarını azad etmisən. (Sela)
רָ֘א֤וּךָ מַּ֨יִם ׀ אֱֽלֹהִ֗ים רָא֣וּךָ מַּ֣יִם יָחִ֑ילוּ אַ֝֗ף יִרְגְּז֥וּ תְהֹמֹֽות׃ | 16 |
Ey Allah, sular Səni gördü, Səni görən sular qorxdu, Hətta ümmanlar lərzəyə gəldi.
זֹ֤רְמוּ מַ֨יִם ׀ עָבֹ֗ות קֹ֖ול נָתְנ֣וּ שְׁחָקִ֑ים אַף־חֲ֝צָצֶ֗יךָ יִתְהַלָּֽכוּ׃ | 17 |
Buludlar yağışa döndü, Göylərdən gurultular eşidildi, Hər tərəfə oxların töküldü.
קֹ֤ול רַעַמְךָ֨ ׀ בַּגַּלְגַּ֗ל הֵאִ֣ירוּ בְרָקִ֣ים תֵּבֵ֑ל רָגְזָ֖ה וַתִּרְעַ֣שׁ הָאָֽרֶץ׃ | 18 |
Qasırğanın içindən ildırım çaxdı, Şimşəklər yer üzünə işıq saçdı, Yer lərzəyə gəlib sarsıldı.
בַּיָּ֤ם דַּרְכֶּ֗ךָ וּשְׁבִילֶיךָ (וּֽ֭שְׁבִֽילְךָ) בְּמַ֣יִם רַבִּ֑ים וְ֝עִקְּבֹותֶ֗יךָ לֹ֣א נֹדָֽעוּ׃ | 19 |
Sən dənizdə, ümman sularda yol açdın, Amma ayaq izlərin məlum olmadı.
נָחִ֣יתָ כַצֹּ֣אן עַמֶּ֑ךָ בְּֽיַד־מֹשֶׁ֥ה וְאַהֲרֹֽן׃ | 20 |
Sən Musa və Harunun əli ilə Xalqını bir sürü kimi aparmışdın.