< Προς Φιλιππησιους 4 >

1 ωστε αδελφοι μου αγαπητοι και επιποθητοι χαρα και στεφανος μου ουτως στηκετε εν κυριω αγαπητοι
Beləliklə, ey həsrətini çəkdiyim sevimli qardaşlarım, sevincim və başımın tacı, Rəbdə olaraq bu cür dönməz durun, ey sevimlilər!
2 ευοδιαν παρακαλω και συντυχην παρακαλω το αυτο φρονειν εν κυριω
Evodiyaya yalvarıram, Sintixiyə yalvarıram ki, Rəbdə həmfikir olsunlar.
3 ναι ερωτω και σε γνησιε συζυγε συλλαμβανου αυταις αιτινες εν τω ευαγγελιω συνηθλησαν μοι μετα και κλημεντος και των λοιπων συνεργων μου ων τα ονοματα εν βιβλω ζωης
Bəli, ey əsl əməkdaşım, səndən də xahişim var, bu qadınlara kömək et. Çünki onlar mənimlə, Klementlə və adları həyat kitabında olan digər əməkdaşlarımla bərabər Müjdəni yaymaq üçün səy göstəriblər.
4 χαιρετε εν κυριω παντοτε παλιν ερω χαιρετε
Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin!
5 το επιεικες υμων γνωσθητω πασιν ανθρωποις ο κυριος εγγυς
Qoy sizin mülayimliyiniz bütün insanlara məlum olsun. Rəbb yaxındır.
6 μηδεν μεριμνατε αλλ εν παντι τη προσευχη και τη δεησει μετα ευχαριστιας τα αιτηματα υμων γνωριζεσθω προς τον θεον
Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin.
7 και η ειρηνη του θεου η υπερεχουσα παντα νουν φρουρησει τας καρδιας υμων και τα νοηματα υμων εν χριστω ιησου
Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq.
8 το λοιπον αδελφοι οσα εστιν αληθη οσα σεμνα οσα δικαια οσα αγνα οσα προσφιλη οσα ευφημα ει τις αρετη και ει τις επαινος ταυτα λογιζεσθε
Nəhayət, qardaşlar, doğru, ləyaqətli, saleh, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və tərifə layiq nə varsa, bunları düşünün.
9 α και εμαθετε και παρελαβετε και ηκουσατε και ειδετε εν εμοι ταυτα πρασσετε και ο θεος της ειρηνης εσται μεθ υμων
Məndən öyrəndiyiniz, qəbul etdiyiniz, eşitdiyiniz və məndə gördüyünüz nə varsa, bunları həyata keçirin. Onda sülh qaynağı olan Allah sizinlə olacaq.
10 εχαρην δε εν κυριω μεγαλως οτι ηδη ποτε ανεθαλετε το υπερ εμου φρονειν εφ ω και εφρονειτε ηκαιρεισθε δε
Mən Rəbdə bol-bol sevinirəm ki, nəhayət indi mənim barəmdəki qayğınızı yenidən canlandırdınız. Əslində qayğınız vardı, amma bunu göstərməyə fürsət tapa bilmirdiniz.
11 ουχ οτι καθ υστερησιν λεγω εγω γαρ εμαθον εν οις ειμι αυταρκης ειναι
Ehtiyaca düşdüyüm üçün bunları söyləmirəm, çünki hansı şəraitdə yaşasam, ondan razı qalmağa alışmışam.
12 οιδα και ταπεινουσθαι οιδα και περισσευειν εν παντι και εν πασιν μεμυημαι και χορταζεσθαι και πειναν και περισσευειν και υστερεισθαι
Mən məzlumluğun da, bolluğun da nə olduğunu bilirəm. İstər tox, istər ac, istər bolluq, istər ehtiyac içində olum, hər şəraitdə, hər vəziyyətdə razı qalmağın sirrini öyrənmişəm.
13 παντα ισχυω εν τω ενδυναμουντι με
Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır.
14 πλην καλως εποιησατε συγκοινωνησαντες μου τη θλιψει
Buna baxmayaraq nə yaxşı ki əziyyətimə şərik oldunuz.
15 οιδατε δε και υμεις φιλιππησιοι οτι εν αρχη του ευαγγελιου οτε εξηλθον απο μακεδονιας ουδεμια μοι εκκλησια εκοινωνησεν εις λογον δοσεως και λημψεως ει μη υμεις μονοι
Ey Filipililər, özünüz də bilirsiniz ki, aranızda Müjdə yayımının başlanğıcında, mən Makedoniyanı tərk edən zaman sizdən başqa heç bir cəmiyyət nəzir vermək və toplamaq üçün mənimlə şərik iş görmədi.
16 οτι και εν θεσσαλονικη και απαξ και δις εις την χρειαν μοι επεμψατε
Mən Salonikdə olanda belə, ehtiyacım üçün dəfələrlə siz mənə yardım göndərdiniz.
17 ουχ οτι επιζητω το δομα αλλα επιζητω τον καρπον τον πλεοναζοντα εις λογον υμων
Bu o demək deyil ki, mən bəxşiş axtarıram. Mən ancaq sizin hesabınıza yazıla bilən səmərəni axtarıram.
18 απεχω δε παντα και περισσευω πεπληρωμαι δεξαμενος παρα επαφροδιτου τα παρ υμων οσμην ευωδιας θυσιαν δεκτην ευαρεστον τω θεω
Mənsə tamamilə təmin olunmuşam və bolluq içindəyəm. Epafroditin əli ilə göndərdiyiniz hədiyyələri alandan sonra ehtiyacım qalmadı. Bu, Allahın xoşuna gələn ətirli təqdim, Ona məqbul olan və razı salan qurbandır.
19 ο δε θεος μου πληρωσει πασαν χρειαν υμων κατα το πλουτος αυτου εν δοξη εν χριστω ιησου
Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək.
20 τω δε θεω και πατρι ημων η δοξα εις τους αιωνας των αιωνων αμην (aiōn g165)
Qoy Atamız Allaha əbədi izzət olsun! Amin. (aiōn g165)
21 ασπασασθε παντα αγιον εν χριστω ιησου ασπαζονται υμας οι συν εμοι αδελφοι
Məsih İsada müqəddəs olan hər kəsi salamlayın. Mənimlə olan qardaşlar sizə salam göndərir.
22 ασπαζονται υμας παντες οι αγιοι μαλιστα δε οι εκ της καισαρος οικιας
Sizi bütün müqəddəslər, xüsusən qeysərin sarayında işləyənlər salamlayır.
23 η χαρις του κυριου ιησου χριστου μετα του πνευματος υμων
Rəbb İsa Məsihin lütfü ruhunuza yar olsun!

< Προς Φιλιππησιους 4 >