< Προς Κορινθιους Β΄ 11 >

1 οφελον ανειχεσθε μου μικρον τι αφροσυνης αλλα και ανεχεσθε μου
Ümidvaram ki, mənim bir qədər ağılsızlığıma da dözəcəksiniz. Bəli, mənə bir qədər dözün.
2 ζηλω γαρ υμας θεου ζηλω ηρμοσαμην γαρ υμας ενι ανδρι παρθενον αγνην παραστησαι τω χριστω
Sizə görə ilahi bir qısqanclıq hiss edirəm. Çünki sizlər sanki bakirə qızsınız və sizi bir Oğlana, yəni Məsihə nişanlayıb təqdim etmişəm.
3 φοβουμαι δε μη πως ως ο οφις εξηπατησεν ευαν εν τη πανουργια αυτου φθαρη τα νοηματα υμων απο της απλοτητος [και της αγνοτητος] της εις τον χριστον
Amma qorxuram ki, ilanın hiyləgərliyi ilə Həvvanı aldatması kimi düşüncələrinizin pozulub Məsihə olan səmimi və pak həsr olunmasından azasınız.
4 ει μεν γαρ ο ερχομενος αλλον ιησουν κηρυσσει ον ουκ εκηρυξαμεν η πνευμα ετερον λαμβανετε ο ουκ ελαβετε η ευαγγελιον ετερον ο ουκ εδεξασθε καλως ανεχεσθε
Çünki əgər kimsə yanınıza gəlib bizim vəz etdiyimiz İsadan başqa bir İsanı təbliğ edirsə, aldığınızdan fərqli bir ruh alırsınızsa və yaxud qəbul etdiyinizdən fərqli bir müjdəni qəbul edirsinizsə, siz buna necə də məmnuniyyətlə dözürsünüz.
5 λογιζομαι γαρ μηδεν υστερηκεναι των υπερ λιαν αποστολων
Zənnimcə bu «böyük həvarilər»dən mən heç də geri qalmıram.
6 ει δε και ιδιωτης τω λογω αλλ ου τη γνωσει αλλ εν παντι φανερωσαντες εν πασιν εις υμας
Natiqlik məharətim olmasa da, bilikdə məharətsiz deyiləm. Bunu sizə hər vəziyyətdə hər tərəfli göstərdik.
7 η αμαρτιαν εποιησα εμαυτον ταπεινων ινα υμεις υψωθητε οτι δωρεαν το του θεου ευαγγελιον ευηγγελισαμην υμιν
Ucalmanız üçün özümü aşağı tutaraq Allah Müjdəsini müftə yaymaqla günah işlətdimmi?
8 αλλας εκκλησιας εσυλησα λαβων οψωνιον προς την υμων διακονιαν
Sizə xidmət etmək üçün başqa cəmiyyətlərdən təminat alaraq sanki onları soydum.
9 και παρων προς υμας και υστερηθεις ου κατεναρκησα ουθενος το γαρ υστερημα μου προσανεπληρωσαν οι αδελφοι ελθοντες απο μακεδονιας και εν παντι αβαρη εμαυτον υμιν ετηρησα και τηρησω
Yanınızda olarkən ehtiyacım olduğu halda heç birinizə yük olmadım. Çünki Makedoniyadan gələn qardaşlar ehtiyacımı tamamilə ödədilər. Sizə yük olmaqdan özümü saxladım və gələcəkdə də özümü saxlayacağam.
10 εστιν αληθεια χριστου εν εμοι οτι η καυχησις αυτη ου φραγησεται εις εμε εν τοις κλιμασιν της αχαιας
Məndə olan Məsihin həqiqətinə and olsun! Axayya vilayətində heç kim məni susdura bilməz ki, buna öyünməyim.
11 δια τι οτι ουκ αγαπω υμας ο θεος οιδεν
Niyə? Sizi sevmədiyimə görəmi? Allah bilir ki, sevirəm.
12 ο δε ποιω και ποιησω ινα εκκοψω την αφορμην των θελοντων αφορμην ινα εν ω καυχωνται ευρεθωσιν καθως και ημεις
Özlərini bizimlə bərabər sayaraq öyünənlər buna əsas axtarır. Mən etdiyimi edəcəyəm ki, onların əsasını kəsim.
13 οι γαρ τοιουτοι ψευδαποστολοι εργαται δολιοι μετασχηματιζομενοι εις αποστολους χριστου
Çünki bunlar saxta həvari, Məsih həvarisinin cildinə girən fırıldaqçılardır.
14 και ου θαυμα αυτος γαρ ο σατανας μετασχηματιζεται εις αγγελον φωτος
Buna heyrətlənmək lazım deyil, çünki Şeytan da işıq mələyi cildinə girir.
15 ου μεγα ουν ει και οι διακονοι αυτου μετασχηματιζονται ως διακονοι δικαιοσυνης ων το τελος εσται κατα τα εργα αυτων
Şeytana xidmət edənlərin salehlik xidmətçilərinin cildinə girməsi qəribə deyil. Onların aqibəti əməllərinə görə olacaq.
16 παλιν λεγω μη τις με δοξη αφρονα ειναι ει δε μη γε καν ως αφρονα δεξασθε με ινα καγω μικρον τι καυχησωμαι
Yenə deyirəm, qoy heç kim məni ağılsız saymasın. Elədirsə, məni ağılsız kimi qəbul edin, qoy mən də bir az öyünüm.
17 ο λαλω ου κατα κυριον λαλω αλλ ως εν αφροσυνη εν ταυτη τη υποστασει της καυχησεως
Dediklərimi Rəbbin sözü kimi yox, öyünə-öyünə özünə güvənən ağılsız adam kimi deyirəm.
18 επει πολλοι καυχωνται κατα {VAR1: [την] } σαρκα καγω καυχησομαι
Madam ki bir çoxları cismani təbiətlərinə görə öyünürlər, mən də öyünəcəyəm.
19 ηδεως γαρ ανεχεσθε των αφρονων φρονιμοι οντες
Siz ağıllı olduğunuz üçün ağılsızlara necə də sevinclə dözürsünüz.
20 ανεχεσθε γαρ ει τις υμας καταδουλοι ει τις κατεσθιει ει τις λαμβανει ει τις επαιρεται ει τις εις προσωπον υμας δερει
Belə ki sizi kölə edənlərə, istismar edənlərə, sizdən faydalananlara, özünü üstün sayanlara, hətta sifətinizə şillə vuranlara dözürsünüz.
21 κατα ατιμιαν λεγω ως οτι ημεις ησθενηκαμεν εν ω δ αν τις τολμα εν αφροσυνη λεγω τολμω καγω
Utanaraq qəbul edirəm ki, buna gücümüz çatmır! Kimin bir şeylə öyünməyə cəsarəti varsa, bir ağılsız kimi deyirəm ki, mənim də ona cəsarətim var.
22 εβραιοι εισιν καγω ισραηλιται εισιν καγω σπερμα αβρααμ εισιν καγω
Onlar İbranilərdirmi? Mən də İbraniyəm. Onlar İsraillilərdirmi? Mən də İsrailliyəm. Onlar İbrahimin nəslindəndirmi? Mən də İbrahimin nəslindənəm.
23 διακονοι χριστου εισιν παραφρονων λαλω υπερ εγω εν κοποις περισσοτερως εν φυλακαις περισσοτερως εν πληγαις υπερβαλλοντως εν θανατοις πολλακις
Onlar Məsihin xidmətçiləridirmi? Dəli kimi deyirəm ki, Onun daha böyük xidmətçisi mənəm, çünki zəhmətim daha çox olub, həbsə düşməyim daha çoxdur, döyülməyimin sayı-hesabı yoxdur, dəfələrlə ölümlə üz-üzə gəlmişəm.
24 υπο ιουδαιων πεντακις τεσσερακοντα παρα μιαν ελαβον
Beş dəfə Yəhudilərdən otuz doqquz qırmanc yemişəm,
25 τρις ερραβδισθην απαξ ελιθασθην τρις εναυαγησα νυχθημερον εν τω βυθω πεποιηκα
üç dəfə dəyənəklə döyülmüşəm, bir dəfə məni daşqalaq etdilər, üç dəfə gəmi qəzasına düşdüm və bir gün gecə-gündüz ucsuz-bucaqsız dənizdə qaldım.
26 οδοιποριαις πολλακις κινδυνοις ποταμων κινδυνοις ληστων κινδυνοις εκ γενους κινδυνοις εξ εθνων κινδυνοις εν πολει κινδυνοις εν ερημια κινδυνοις εν θαλασση κινδυνοις εν ψευδαδελφοις
Tez-tez səyahətdə olduğum müddətdə çaylarda təhlükəyə, quldurlar arasında təhlükəyə, soydaşlarım arasında təhlükəyə, başqa millətlər arasında təhlükəyə, şəhərdə təhlükəyə, çöldə təhlükəyə, dənizdə təhlükəyə, saxta qardaşlar arasında təhlükəyə məruz qaldım.
27 κοπω και μοχθω εν αγρυπνιαις πολλακις εν λιμω και διψει εν νηστειαις πολλακις εν ψυχει και γυμνοτητι
Zəhmət və əmək çəkdim, dəfələrlə yuxusuz qaldım. Aclığın, susuzluğun dadını gördüm. Çox vaxt yemək, soyuqda paltar tapmadım.
28 χωρις των παρεκτος η επιστασις μοι η καθ ημεραν η μεριμνα πασων των εκκλησιων
Bunlarla yanaşı bütün cəmiyyətlər üçün hər gün çəkdiyim qayğının yükü boynumdadır.
29 τις ασθενει και ουκ ασθενω τις σκανδαλιζεται και ουκ εγω πυρουμαι
Kimsə zəif olanda mən də zəif olmadımmı? Kimsə büdrəyəndə mən alışıb-yanmadımmı?
30 ει καυχασθαι δει τα της ασθενειας {VAR1: [μου] } {VAR2: μου } καυχησομαι
Öyünməliyəmsə, zəifliyimi göstərən şeylərlə öyünəcəyəm.
31 ο θεος και πατηρ του κυριου ιησου οιδεν ο ων ευλογητος εις τους αιωνας οτι ου ψευδομαι (aiōn g165)
Rəbb İsanın əbədi alqışlanan Allah və Atasına and olsun ki, yalan demirəm. (aiōn g165)
32 εν δαμασκω ο εθναρχης αρετα του βασιλεως εφρουρει την πολιν δαμασκηνων πιασαι με
Dəməşqdə padşah Aretanın valisi məni tutmaq üçün şəhəri nəzarət altına almışdı.
33 και δια θυριδος εν σαργανη εχαλασθην δια του τειχους και εξεφυγον τας χειρας αυτου
Amma mən səbət içində şəhər divarlarının pəncərələrinin birindən yerə sallandım və onun əlindən qaçdım.

< Προς Κορινθιους Β΄ 11 >