< Lévitique 22 >

1 L’Éternel parla à Moïse, et dit:
Rəbb Musaya dedi:
2 Parle à Aaron et à ses fils, afin qu’ils s’abstiennent des choses saintes qui me sont consacrées par les enfants d’Israël, et qu’ils ne profanent point mon saint nom. Je suis l’Éternel.
«Harunla oğullarına söylə ki, İsrail övladlarının Mənim üçün təqdis etdikləri müqəddəs şeylərlə ehtiyatlı olsunlar və müqəddəs adımı ləkələməsinlər. Rəbb Mənəm.
3 Dis-leur: Tout homme parmi vos descendants et de votre race, qui s’approchera des choses saintes que consacrent à l’Éternel les enfants d’Israël, et qui aura sur lui quelque impureté, cet homme-là sera retranché de devant moi. Je suis l’Éternel.
Onlara de: “Nəsildən-nəslə İsrail övladlarının Rəbb üçün təqdis etdikləri müqəddəs şeylərə murdar halda yaxınlaşan hər hansı bir övladınız Mənim hüzurumdan qovulsun. Rəbb Mənəm.
4 Tout homme de la race d’Aaron, qui aura la lèpre ou une gonorrhée, ne mangera point des choses saintes jusqu’à ce qu’il soit pur. Il en sera de même pour celui qui touchera une personne souillée par le contact d’un cadavre, pour celui qui aura une pollution,
Harun nəslindən iyrənc dəri xəstəliyi yaxud xəstəliyə görə bədən axıntısı olan heç kəs pak olana qədər müqəddəs yeməkdən yeməsin. Meyitə görə murdar olan şeyə toxunan hər kəs, toxumu tökülən hər kəs,
5 pour celui qui touchera un reptile et en aura été souillé, ou un homme atteint d’une impureté quelconque et en aura été souillé.
onu murdarlayan qaynaşan heyvana və yaxud hər cür murdarlığı olan insana toxunan hər kəs də –
6 Celui qui touchera ces choses sera impur jusqu’au soir; il ne mangera pas des choses saintes, mais il lavera son corps dans l’eau;
belə şeylərə toxunan hər adam axşamadək bədənini yumayınca murdar sayılsın və müqəddəs yeməkdən yeməsin.
7 après le coucher du soleil, il sera pur, et il mangera ensuite des choses saintes, car c’est sa nourriture.
Günəş batanda isə o adam pak sayılsın, sonra müqəddəs yeməkdən yesin, çünki bu onun xörəyidir.
8 Il ne mangera point d’une bête morte ou déchirée, afin de ne pas se souiller par elle. Je suis l’Éternel.
Murdarlanmamaq üçün kahin nə təbii yolla ölən, nə də parçalanıb ölən heyvanın ətini yesin. Rəbb Mənəm.
9 Ils observeront mes commandements, de peur qu’ils ne portent la peine de leur péché et qu’ils ne meurent, pour avoir profané les choses saintes. Je suis l’Éternel, qui les sanctifie.
Mənim buyruğuma riayət etsinlər ki, onu ləkələdikləri üçün günahının cəzasını çəkərək ölməsinlər. Onları təqdis edən Rəbb Mənəm.
10 Aucun étranger ne mangera des choses saintes; celui qui demeure chez un sacrificateur et le mercenaire ne mangeront point des choses saintes.
Heç bir kənar şəxs: nə kahinin qonağı, nə də onun muzdlu işçisi müqəddəs yeməkdən yeməsin.
11 Mais un esclave acheté par le sacrificateur à prix d’argent pourra en manger, de même que celui qui est né dans sa maison; ils mangeront de sa nourriture.
Lakin kahinin satın aldığı ya da evində doğulan qul o yeməkdən yeyə bilər.
12 La fille d’un sacrificateur, mariée à un étranger, ne mangera point des choses saintes offertes par élévation.
Kənar adama ərə gedən kahin qızı müqəddəs təqdim yeməyindən yeməsin.
13 Mais la fille d’un sacrificateur qui sera veuve ou répudiée, sans avoir d’enfants, et qui retournera dans la maison de son père comme dans sa jeunesse, pourra manger de la nourriture de son père. Aucun étranger n’en mangera.
Amma dul qalmış və ya boşanmış, sonsuz qalaraq atasının evinə qayıdıb ailə üzvü kimi yaşayan kahin qızı atasının yeməyindən yeyə bilər. Lakin heç bir kənar şəxs ondan yeyə bilməz.
14 Si un homme mange involontairement d’une chose sainte, il donnera au sacrificateur la valeur de la chose sainte, en y ajoutant un cinquième.
Bilmədən müqəddəs yeməkdən yeyən adam beşdə birini əlavə edərək əvəzini kahinə qaytarsın.
15 Les sacrificateurs ne profaneront point les choses saintes qui sont présentées par les enfants d’Israël, et qu’ils ont offertes par élévation à l’Éternel;
Qoy kahinlər İsrail övladlarının Rəbbə təqdim etdikləri müqəddəs yeməyi ləkələməsinlər.
16 ils les chargeraient ainsi du péché dont ils se rendraient coupables en mangeant les choses saintes: car je suis l’Éternel, qui les sanctifie.
Onlara bu müqəddəs yeməyi verib bunun təqsirini və cəzasını boyunlarına qoymasınlar; çünki onları təqdis edən Rəbb Mənəm”».
17 L’Éternel parla à Moïse, et dit:
Rəbb Musaya dedi:
18 Parle à Aaron et à ses fils, et à tous les enfants d’Israël, et tu leur diras: Tout homme de la maison d’Israël ou des étrangers en Israël, qui offrira un holocauste à l’Éternel, soit pour l’accomplissement d’un vœu, soit comme offrande volontaire,
«Harunla oğullarına və bütün İsraillilərə belə de: “İsrail övladlarından yaxud İsraildə yaşayan yadellilərdən kimsənin yandırma qurbanı olaraq Rəbbə təqdim etdiyi hər əhdə görə təqdim və hər könüllü təqdim
19 prendra un mâle sans défaut parmi les bœufs, les agneaux ou les chèvres, afin que sa victime soit agréée.
sizdən qəbul olunsun deyə ya mal-qaradan ya da qoyun-keçidən qüsursuz erkək olsun.
20 Vous n’en offrirez aucune qui ait un défaut, car elle ne serait pas agréée.
Qüsurlu heyvanı gətirmək olmaz, çünki belə qurban sizdən qəbul olunmaz.
21 Si un homme offre à l’Éternel du gros ou du menu bétail en sacrifice d’actions de grâces, soit pour l’accomplissement d’un vœu, soit comme offrande volontaire, la victime sera sans défaut, afin qu’elle soit agréée; il n’y aura en elle aucun défaut.
Kimsə Rəbbə əhdini ödəmək üçün yaxud könüllü təqdim olaraq mal-qaradan ya da qoyun-keçidən ünsiyyət qurbanı təqdim edərsə, heyvan qəbul olunsun deyə qüsursuz olsun; onun bədənində heç bir qüsur olmasın.
22 Vous n’en offrirez point qui soit aveugle, estropiée, ou mutilée, qui ait des ulcères, la gale ou une dartre; vous n’en ferez point sur l’autel un sacrifice consumé par le feu devant l’Éternel.
Rəbbə kor, yaralı, şikəst, qaysaqlı, xoralı, dəmrovlu heyvanları təqdim etməyin, Rəbb üçün yandırma təqdimi vermək üçün onları qurbangaha gətirməyin.
23 Tu pourras sacrifier comme offrande volontaire un bœuf ou un agneau ayant un membre trop long ou trop court, mais il ne sera point agréé pour l’accomplissement d’un vœu.
Mal-qaradan yaxud qoyun-keçidən çolaq yaxud qısaqıç heyvanı könüllü təqdim etmək olar, lakin əhdini ödəmək üçün o qəbul olunmaz.
24 Vous n’offrirez point à l’Éternel un animal dont les testicules ont été froissés, écrasés, arrachés ou coupés; vous ne l’offrirez point en sacrifice dans votre pays.
Xayası zədələnmiş, əzilmiş, burulmuş ya da kəsilmiş heyvanı Rəbbə qurban gətirməyin, ölkənizdə buna yol verməyin.
25 Vous n’accepterez de l’étranger aucune de ces victimes, pour l’offrir comme aliment de votre Dieu; car elles sont mutilées, elles ont des défauts: elles ne seraient point agréées.
Belə bir heyvanı yadellidən götürüb pay olaraq Allahınıza təqdim etməyin, çünki bu heyvan xarab və qüsurlu sayılaraq sizdən qəbul olunmaz”».
26 L’Éternel dit à Moïse:
Rəbb Musaya dedi:
27 Un bœuf, un agneau ou une chèvre, quand il naîtra, restera sept jours avec sa mère; dès le huitième jour et les suivants, il sera agréé pour être offert à l’Éternel en sacrifice consumé par le feu.
«Buzov, quzu ya da oğlaq doğularsa, yeddi gün anasının yanında qalsın. Səkkizinci gündən etibarən Rəbb üçün yandırma təqdimi kimi qəbul oluna bilər.
28 Bœuf ou agneau, vous n’égorgerez pas un animal et son petit le même jour.
Nə inək, nə qoyun, nə də keçi ilə balasını eyni gündə birlikdə kəsməyin.
29 Quand vous offrirez à l’Éternel un sacrifice d’actions de grâces, vous ferez en sorte qu’il soit agréé.
Rəbbə təşəkkür qurbanı gətirəndə elə gətirin ki, o sizdən Rəbbə məqbul olsun.
30 La victime sera mangée le jour même; vous n’en laisserez rien jusqu’au matin. Je suis l’Éternel.
Qurbanın əti həmin gün yeyilsin, səhərə qədər saxlanılmasın. Rəbb Mənəm.
31 Vous observerez mes commandements, et vous les mettrez en pratique. Je suis l’Éternel.
Mənim əmrlərimə səylə əməl edin. Rəbb Mənəm.
32 Vous ne profanerez point mon saint nom, afin que je sois sanctifié au milieu des enfants d’Israël. Je suis l’Éternel, qui vous sanctifie,
Mənim müqəddəs adımı ləkələməyin. Qoy İsrail övladları arasında müqəddəs tutulum. Sizi təqdis edən Rəbb Mənəm.
33 et qui vous ai fait sortir du pays d’Égypte pour être votre Dieu. Je suis l’Éternel.
Allahınız olmaq üçün sizi Misir torpağından çıxartdım. Rəbb Mənəm».

< Lévitique 22 >