< Amos 7 >

1 Le Seigneur, l’Éternel, m’envoya cette vision. Voici, il formait des sauterelles, Au moment où le regain commençait à croître; C’était le regain après la coupe du roi.
Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, padşahın payı biçiləndən sonra əmələ gələn ot bitməyə başlayanda O, çəyirtkə sürüsü düzəldirdi.
2 Et comme elles dévoraient entièrement l’herbe de la terre, Je dis: Seigneur Éternel, pardonne donc! Comment Jacob subsistera-t-il? Car il est si faible!
Çəyirtkələr ölkədə bütün bitkiləri yeyib-qurtarmaq üzrə olanda mən dedim: “Ya Xudavənd Rəbb, yalvarıram, bağışla. Buna Yaqub nəsli necə dözər? Axı o kiçikdir”.
3 L’Éternel se repentit de cela. Cela n’arrivera pas, dit l’Éternel.
Buna görə Rəbb bu niyyətdən döndü. Rəbb dedi: “Bu olmayacaq”.
4 Le Seigneur, l’Éternel, m’envoya cette vision. Voici, le Seigneur, l’Éternel, proclamait le châtiment par le feu; Et le feu dévorait le grand abîme Et dévorait le champ.
Sonra Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, Xudavənd Rəbb cəza vermək üçün alov çağırdı. Alov dənizləri dibindən udaraq torpağı da yandırıb-yaxmaq üzrə olanda
5 Je dis: Seigneur Éternel, arrête donc! Comment Jacob subsistera-t-il? Car il est si faible!
mən dedim: “Ya Xudavənd Rəbb, yalvarıram, əl saxla. Buna Yaqub nəsli necə dözər? Axı o kiçikdir”.
6 L’Éternel se repentit de cela. Cela non plus n’arrivera pas, dit le Seigneur, l’Éternel.
Buna görə Rəbb bu niyyətdən də döndü. Xudavənd Rəbb dedi: “Bu olmayacaq”.
7 Il m’envoya cette vision. Voici, le Seigneur se tenait sur un mur tiré au cordeau, Et il avait un niveau dans la main.
Sonra mənə bu görüntünü göstərdi: budur, Xudavənd şaqulla düz tikilmiş bir divarın yanında dayanıb. Onun əlində bir şaqul var idi.
8 L’Éternel me dit: Que vois-tu, Amos? Je répondis: Un niveau. Et le Seigneur dit: Je mettrai le niveau au milieu de mon peuple d’Israël, Je ne lui pardonnerai plus;
Rəbb məndən soruşdu: “Amos, sən nə görürsən?” Mən cavab verdim: “Bir şaqul”. Xudavənd dedi: “Budur, Mən xalqım İsraili yoxlamaq üçün aralarına bir şaqul qoyuram. Artıq onlardan əl çəkməyəcəyəm.
9 Les hauts lieux d’Isaac seront ravagés; Les sanctuaires d’Israël seront détruits, Et je me lèverai contre la maison de Jéroboam avec l’épée.
İshaqın nəslinin səcdəgahları xaraba qalacaq, İsrailin Müqəddəs məkanları viran olacaq. Yarovamın nəslinə qarşı qılıncla çıxacağam”».
10 Alors Amatsia, prêtre de Béthel, fit dire à Jéroboam, roi d’Israël: Amos conspire contre toi au milieu de la maison d’Israël; le pays ne peut supporter toutes ses paroles.
Bet-El kahini Amasya İsrail padşahı Yarovama belə xəbər göndərdi: «Amos İsrail nəsli arasında sənə qarşı qəsd hazırlayır. Onun sözlərinin öhdəsindən bu ölkə gələ bilməz.
11 Car voici ce que dit Amos: Jéroboam mourra par l’épée, et Israël sera emmené captif loin de son pays.
Çünki Amos belə deyir: “Yarovam qılıncdan keçirilib öləcək. İsrail xalqı öz torpağından hökmən sürgünə aparılacaq”».
12 Et Amatsia dit à Amos: Homme à visions, va-t-en, fuis dans le pays de Juda; manges-y ton pain, et là tu prophétiseras.
Sonra Amasya Amosa dedi: «Ey görücü, buradan get, Yəhuda torpağına qaç. Peyğəmbərliyini orada et, onların çörəyini ye.
13 Mais ne continue pas à prophétiser à Béthel, car c’est un sanctuaire du roi, et c’est une maison royale.
Bir də Bet-Eldə peyğəmbərlik etmə, çünki bura padşahın müqəddəs məkanı və padşahlıq məbədidir».
14 Amos répondit à Amatsia: Je ne suis ni prophète, ni fils de prophète; mais je suis berger, et je cultive des sycomores.
Amos Amasyaya cavab verib dedi: «Mən nə peyğəmbərəm, nə də peyğəmbərin şagirdi. Mən yalnız bir çobanam, firon ənciri ağaclarını yetişdirirəm.
15 L’Éternel m’a pris derrière le troupeau, et l’Éternel m’a dit: Va, prophétise à mon peuple d’Israël.
Mən sürü otaran idim, Rəbb məni götürüb belə dedi: “Get, xalqım İsrailə peyğəmbərlik et”.
16 Écoute maintenant la parole de l’Éternel, toi qui dis: Ne prophétise pas contre Israël, et ne parle pas contre la maison d’Isaac.
İndi isə Rəbbin sözünü dinlə. Sən “İsrailə qarşı peyğəmbərlik etmə və İshaq nəslinin əleyhinə vəz etmə” deyirsən.
17 A cause de cela, voici ce que dit l’Éternel: Ta femme se prostituera dans la ville, tes fils et tes filles tomberont par l’épée, ton champ sera partagé au cordeau; et toi, tu mourras sur une terre impure, et Israël sera emmené captif loin de son pays.
Buna görə də Rəbb belə deyir: “Sənin arvadın şəhərdə fahişəlik edəcək, Oğulların və qızların qılıncdan keçiriləcək, Torpağın ölçülüb paylanacaq. Sən isə yad eldə – murdar bir ölkədə öləcəksən. İsrail xalqı öz torpağından hökmən sürgünə aparılacaq”.

< Amos 7 >