< Ezekiel 2 >

1 He said to me, “Son of man, stand on your feet, and I will speak with you.”
O mənə dedi: «Ey bəşər oğlu, ayağa qalx, Mən səninlə danışacağam».
2 The Spirit entered into me when he spoke to me, and set me on my feet; and I heard him who spoke to me.
O mənimlə danışarkən Ruh daxilimə girdi və məni ayağa qaldırdı. Mənimlə danışan bir Şəxsin səsini eşitdim.
3 He said to me, “Son of man, I send you to the children of Israel, to a nation of rebels who have rebelled against me. They and their fathers have transgressed against me even to this very day.
O mənə dedi: «Ey bəşər oğlu, səni Mənə qarşı üsyan edən İsrail övladlarının – üsyankar bir millətin yanına göndərirəm. Onlar ataları ilə birgə bu günə qədər Mənə qarşı üsyan edir.
4 The children are impudent and stiff-hearted. I am sending you to them, and you shall tell them, ‘This is what the Lord GOD says.’
Səni yanlarına göndərəcəyim xalq dikbaş və inadkardır. Sən onlara deyəcəksən: “Xudavənd Rəbb belə deyir!”
5 They, whether they will hear, or whether they will refuse—for they are a rebellious house—yet they will know that there has been a prophet amongst them.
İstəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankar bir xalqdır. Ancaq bilsinlər ki, aralarında bir peyğəmbər var.
6 You, son of man, don’t be afraid of them, neither be afraid of their words, though briers and thorns are with you, and you dwell amongst scorpions. Don’t be afraid of their words, nor be dismayed at their looks, though they are a rebellious house.
Ancaq, ey bəşər oğlu, sən qanqallar və tikanlar arasında olsan da, əqrəblər içində otursan da, o adamlardan qorxma, onların sözlərindən çəkinmə. Üsyankar bir xalq olsalar da, onların sözlərindən çəkinmə, onlardan qorxma.
7 You shall speak my words to them, whether they will hear or whether they will refuse; for they are most rebellious.
Sən onlara Mənim sözlərimi söylə, istəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankardır.
8 But you, son of man, hear what I tell you. Don’t be rebellious like that rebellious house. Open your mouth, and eat that which I give you.”
Ey bəşər oğlu, sənsə Mənim söylədiklərimə qulaq as, bu üsyankar xalq kimi sən də üsyankar olma. Ağzını aç və Mənim sənə verəcəyim şeyi ye».
9 When I looked, behold, a hand was stretched out to me; and behold, a scroll of a book was in it.
Mən baxıb gördüm ki, mənə tərəf bir əl uzandı və əlin içində bir tumar var.
10 He spread it before me. It was written within and without; and lamentations, mourning, and woe were written in it.
O, tumarı qabağımda açdı. Tumarın önü və arxası yazılı idi, üzərində «mərsiyə, matəm, bəla» sözləri yazılmışdı.

< Ezekiel 2 >