< Psalms 130 >

1 A song of ascents. Out of the depths I call to you, Lord.
Ziyarət nəğməsi. Ya Rəbb, dərinliklərdən Səni səsləyirəm.
2 Lord, hear my voice: give heed with your ears to my loud plea.
Ey Xudavənd, səsimi eşit, Yalvarış səsimi yaxşı dinlə.
3 If you should mark sin, Lord, O Lord, who could stand?
Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsan, Bəs, ey Xudavənd, kim bunun qarşısında dayana bilər?
4 But with you is forgiveness, that you may be feared.
Amma Sən bağışlayansan, Ona görə hamı Səndən çəkinir.
5 I wait for the Lord, I wait for his word,
Rəbbi gözləyirəm, döyünən ürəyim gözləyir, Onun sözünə ümid edirəm.
6 I look for the Lord more than watchman for morning, than watchman for morning.
Keşikçilər səhərin açılmasını gözlər, Bəli, keşikçilər səhərin açılmasını gözlər, Qəlbimsə bundan da çox Xudavəndin həsrətini çəkər.
7 Israel, hope in the Lord: with the Lord there is love with him plenteous redemption.
Ey İsrail, Rəbbə ümidini bağla! Çünki Rəbdə məhəbbət var, Onda bol-bol qurtuluş var.
8 And he redeems Israel from all his iniquities.
Ey İsrail, O səni Bütün təqsirlərindən azad edər!

< Psalms 130 >