< Daniel 7 >

1 In the first year of Belshazzar king of Babylon, Daniel had a dream and visions of his head while on his bed. Then he wrote the dream and told the sum of the matters.
Babil padşahı Belşassarın padşahlığının birinci ilində Daniel yatarkən bir yuxu gördü və ona görüntülər gəldi. Sonra yuxunu yazıb məzmununu qeyd etdi.
2 Daniel spoke and said, “I saw in my vision by night, and, behold, the four winds of the sky broke out on the great sea.
Daniel danışmağa başlayıb dedi: mən gecə gələn görüntüdə gördüm ki, budur, göylərin dörd küləyi böyük bir dənizin üstündə çarpışır.
3 Four great animals came up from the sea, different from one another.
Dənizdən bir-birinə oxşamayan dörd böyük heyvan çıxdı.
4 “The first was like a lion, and had eagle’s wings. I watched until its wings were plucked, and it was lifted up from the earth and made to stand on two feet as a man. A man’s heart was given to it.
Birincisi şirə bənzəyirdi, amma onun qartal qanadları var idi. Mən baxarkən onun qanadları qoparıldı və o, yerdən qaldırılıb insan kimi ayaq üstə qalxdı. Ona insan ürəyi verilmişdi.
5 “Behold, there was another animal, a second, like a bear. It was raised up on one side, and three ribs were in its mouth between its teeth. They said this to it: ‘Arise! Devour much flesh!’
Başqa birisi – ikinci heyvan ayıya bənzəyirdi. O, bir yanı tərəfə əyilmişdi və ağzında – dişləri arasında üç qabırğa sümüyü var idi. Ona belə deyildi: «Qalx çoxlu ət ye».
6 “After this I saw, and behold, another, like a leopard, which had on its back four wings of a bird. The animal also had four heads; and dominion was given to it.
Bundan sonra mən bəbirə bənzəyən başqa bir heyvan gördüm. Heyvanın belində dörd quş qanadı və onun dörd başı var idi. Ona hakimiyyət verilmişdi.
7 “After this I saw in the night visions, and, behold, there was a fourth animal, awesome, powerful, and exceedingly strong. It had great iron teeth. It devoured and broke in pieces, and stamped the residue with its feet. It was different from all the animals that were before it. It had ten horns.
Bundan sonra mən gecə gələn görüntülərdə dəhşətli, heybətli və çox güclü olan dördüncü heyvanı gördüm. Onun böyük dəmir dişləri var idi. O hər şeyi əzib yeyir, qalıqları isə ayaqları altında tapdalayırdı. O, heyvanların hamısından fərqlənirdi və on buynuzu var idi.
8 “I considered the horns, and behold, there came up among them another horn, a little one, before which three of the first horns were plucked up by the roots; and behold, in this horn were eyes like the eyes of a man, and a mouth speaking arrogantly.
Mən buynuzlara baxırdım ki, onların arasından yenə kiçik bir buynuz çıxdı və əvvəlki buynuzlardan üçü onun qarşısından götürüldü. Bu buynuzun insan gözləri kimi gözləri və təkəbbürlə danışan ağzı var idi.
9 “I watched until thrones were placed, and one who was Ancient of Days sat. His clothing was white as snow, and the hair of his head like pure wool. His throne was fiery flames, and its wheels burning fire.
Nəhayət, mən gördüm ki, Taxtlar quruldu və Əzəldən Var Olan oturdu. Onun əynində qar kimi bəyaz paltar var idi, Saçları yun kimi ağappaq idi. Taxtı alov dilləri tək, çarxları yanar od kimi idi.
10 A fiery stream issued and came out from before him. Thousands of thousands ministered to him. Ten thousand times ten thousand stood before him. The judgment was set. The books were opened.
Önündən odlu çay çıxıb axırdı. Minlərlə nəfər Ona xidmət edir, On minlərlə nəfər Onun hüzurunda durmuşdu. Məhkəmə iclası başlandı və kitablar açıldı.
11 “I watched at that time because of the voice of the arrogant words which the horn spoke. I watched even until the animal was slain, and its body destroyed, and it was given to be burned with fire.
O zaman buynuzun söylədiyi təkəbbürlü sözlər mənim diqqətimi cəlb etdi. Heyvan gözlərimin qabağında öldürüldü və bədəni parçalanıb yanan oda atıldı.
12 As for the rest of the animals, their dominion was taken away; yet their lives were prolonged for a season and a time.
Həmçinin başqa heyvanların da hakimiyyəti əllərindən alındı, ancaq ömürləri müəyyən müddətə qədər uzadıldı.
13 “I saw in the night visions, and behold, there came with the clouds of the sky one like a son of man, and he came even to the Ancient of Days, and they brought him near before him.
Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi.
14 Dominion was given him, and glory, and a kingdom, that all the peoples, nations, and languages should serve him. His dominion is an everlasting dominion, which will not pass away, and his kingdom one that will not be destroyed.
Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq.
15 “As for me, Daniel, my spirit was grieved within my body, and the visions of my head troubled me.
Mən Danielin isə bədənimdə ruhum titrədi və gələn görüntülər məni vahiməyə saldı.
16 I came near to one of those who stood by, and asked him the truth concerning all this. “So he told me, and made me know the interpretation of the things.
Ayaq üstə duran adamlardan birinə yaxınlaşıb «Bütün bu şeylərin həqiqi mənası nədir?» deyə soruşdum. O adam bu şeylərin mənasını mənə izah edib bildirdi:
17 ‘These great animals, which are four, are four kings, who will arise out of the earth.
«Bu dörd böyük heyvan yerdən çıxacaq dörd padşahlıqdır.
18 But the saints of the Most High will receive the kingdom, and possess the kingdom forever, even forever and ever.’
Sonra padşahlığı Haqq-Taalanın müqəddəsləri alacaq, əbədi və daim padşahlığa sahib olacaq».
19 “Then I desired to know the truth concerning the fourth animal, which was different from all of them, exceedingly terrible, whose teeth were of iron, and its nails of bronze; which devoured, broke in pieces, and stamped the residue with its feet;
Onda mən başqalarından fərqlənən dördüncü heyvan barədə dəqiq izahat istədim. O, çox qorxunc idi, dəmir dişləri və tunc dırnaqları ilə əzib-yeyirdi, qalıqları isə ayaqları altında tapdalayırdı.
20 and concerning the ten horns that were on its head and the other horn which came up, and before which three fell, even that horn that had eyes and a mouth that spoke arrogantly, whose look was more stout than its fellows.
Onun başında on buynuz var idi. Daha biri çıxdı və üçü onun önündə düşdü. Bu həmin o buynuz idi ki, gözləri və təkəbbürlə danışan ağzı var idi və görünüşü o biri buynuzlarından daha heybətli idi.
21 I saw, and the same horn made war with the saints, and prevailed against them,
Mən gördüm ki, bu buynuz müqəddəslərlə döyüşüb onlara üstün gəlir;
22 until the Ancient of Days came, and judgment was given to the saints of the Most High, and the time came that the saints possessed the kingdom.
o vaxta qədər ki Əzəldən Var Olan gəldi, Haqq-Taalanın müqəddəslərinin xeyrinə hökm verildi və padşahlığa müqəddəslərin sahib olduğu vaxt yetişdi.
23 “So he said, ‘The fourth animal will be a fourth kingdom on earth, which will be different from all the kingdoms, and will devour the whole earth, and will tread it down and break it in pieces.
O bunu belə izah etdi: «Dördüncü heyvan yer üzündə olacaq dördüncü padşahlıqdır. O başqa padşahlıqlardan fərqli olub bütün yer üzünü udacaq və hər şeyi tapdalayıb əzəcək.
24 As for the ten horns, ten kings will arise out of this kingdom. Another will arise after them; and he will be different from the former, and he will put down three kings.
On buynuzun mənası budur ki, bu padşahlıqdan on padşah çıxacaq. Onlardan sonra isə əvvəlkilərdən fərqli başqası çıxıb üç padşahı yıxacaq.
25 He will speak words against the Most High, and will wear out the saints of the Most High. He will plan to change the times and the law; and they will be given into his hand until a time and times and half a time.
Haqq-Taalanın əleyhinə sözlər deyəcək və Haqq-Taalanın müqəddəslərinə zülm edəcək. Hətta təqvimi və qanunları dəyişməyə cəhd göstərəcək. Onlar bir vaxt, vaxtlar və yarım vaxt ərzində ona təslim ediləcək.
26 “‘But the judgment will be set, and they will take away his dominion, to consume and to destroy it to the end.
Sonra isə məhkəmə qurulacaq və onun hakimiyyəti əlindən alınacaq, əbədilik məhv olub yox olacaq.
27 The kingdom and the dominion, and the greatness of the kingdoms under the whole sky, will be given to the people of the saints of the Most High. His kingdom is an everlasting kingdom, and all dominions will serve and obey him.’
Padşahlıq, hakimiyyət və göylərin altındakı bütün padşahlıqların əzəməti Haqq-Taalanın müqəddəs xalqına veriləcək. Onun padşahlığı əbədi padşahlıq olacaq və bütün hökmdarlar Ona qulluq edib itaət edəcək».
28 “Here is the end of the matter. As for me, Daniel, my thoughts troubled me greatly, and my face was changed in me; but I kept the matter in my heart.”
Burada söz bitir. Mən Danieli isə düşüncələrim bərk vahiməyə saldı və bənizim soldu. Ancaq bu sözləri yadımda saxladım.

< Daniel 7 >