< Klagesangene 5 >

1 HERRE, kom vor skæbne i Hu, sku ned og se vor skændsel!
Ya Rəbb, başımıza gələni yada sal Gör bu xəcalətimizi, buna nəzər sal.
2 Vor Arvelod tilfaldt fremmede, Udlændinge fik vore Huse.
İrs torpağımız yadellilərin əlinə keçib, Evlərimiz əcnəbilərə verilib.
3 Forældreløse, faderløse er vi, som Enker er vore Mødre.
Atalarımız öldü, yetim qaldıq, Analarımız dul qaldı.
4 Vort Drikkevand må vi købe, betale må vi vort Brænde.
Suyumuzu pulla alıb içirik, Pulla odun almağa məcburuq.
5 Åget trykker vor Nakke, vi trættes og finder ej Hvile.
Bizi qovub başımızdan basırlar, Yorulmuşuq, bizi rahat qoymurlar.
6 Ægypten rakte vi Hånd, Assur, for at mættes med Brød.
Doyunca çörək yemək üçün Misirə, Aşşura əl açmışıq.
7 Vore Fædre, som synded, er borte, og vi må bære deres Skyld.
Ata-babalarımız günah işlədərək keçib-getdi, Təqsirlərinin cəzası üstümüzə yükləndi.
8 Over os råder Trælle, ingen frier os fra dem.
Qullar bizə hökmran olub, Bizi onların əlindən qurtaran yoxdur.
9 Med Livsfare henter vi vort Brød, udsatte for Ørkenens Sværd.
Çöldəki qılınca görə, Canımız bahasına çörək qazanırıq.
10 Vor Hud er sværtet som en Ovn af Hungerens svidende Lue.
Aclıq bizi yandırıb-yaxdığına görə Dərimiz qaralıb, kürəyə bənzəyir.
11 De skændede kvinder i Zion, Jomfruer i Judas Byer.
Sionda qadınlar, Yəhuda şəhərlərindəki bakirə qızlar zorlanır.
12 Fyrster greb de og hængte, tog intet Hensyn til gamle.
Başçılar əllərindən asılıb, Ağsaqqallar hörmətdən düşüb.
13 Ynglinge sattes til Kværnen, under Brændeknippet segnede Drenge.
Məcburiyyət qarşısında cavanlar əl dəyirmanını çəkir, Oğlanlar odun yükləri altında səndələyir.
14 De gamle forsvandt fra Porten, de unge fra Strengenes Leg.
Şəhər darvazasında ağsaqqallar oturmur, Gənclər çalğı alətlərində çalmır.
15 Vort Hjertes Glæde er borte, vor Dans er vendt til Sorg.
Ürəyimizdən şadlıq çəkilib, Oyunlarımız yasa çevrilib.
16 Kronen faldt af vort Hoved, ve os, at vi har syndet!
Başımızın tacı düşüb, Vay halımıza! Çünki günah işlətmişik.
17 Vort Hjerte blev derfor sygt, derfor vort Øje mørkt:
Buna görə ürəklərimiz çəkilib, Gözlərimiz qaralıb,
18 For Zions Bjerg, som er øde, Ræve tumler sig der.
Çünki Sion dağı viran qalıb, Üstündə tülkülər gəzib-dolaşır.
19 Du, HERRE, troner for evigt, fra Slægt til Slægt står din trone.
Sən isə, ya Rəbb, əbədi hökmransan, Nəsildən-nəslə qədər taxtında oturacaqsan.
20 Hvi glemmer du os bestandig og svigter os alle dage?
Uzun zamandan bəri niyə bizi bu qədər tərk etmisən? Niyə bizi bu qədər uzun müddətə tərk etmisən?
21 Omvend os, HERRE, til dig, så vender vi om, giv os nye Dage, som fordum!
Ya Rəbb, bizi Özünə qaytar, Təzədən əvvəlki günlərimizə qayıdaq!
22 Eller har du helt stødt os bort, er din Vrede mod os uden Ende?
Yoxsa hüzurundan bizi tamamilə atmısan, Bizə qarşı hədsiz qəzəblənmisən?

< Klagesangene 5 >