< 羅馬書 4 >

1 如此說來,我們的祖宗亞伯拉罕憑着肉體得了甚麼呢?
Bəs onda cismani əcdadımız İbrahim haqqında nə deyə bilərik? O nə əldə etdi?
2 倘若亞伯拉罕是因行為稱義,就有可誇的;只是在上帝面前並無可誇。
Əgər İbrahim öz əməlləri ilə saleh sayılsaydı, öyünməyə haqqı olardı, amma Allahın önündə yox.
3 經上說甚麼呢?說:「亞伯拉罕信上帝,這就算為他的義。」
Müqəddəs Yazı nə deyir? «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı».
4 做工的得工價,不算恩典,乃是該得的;
Əməl edənin muzdu ona hədiyyə sayılmaz, bu onun haqqıdır.
5 惟有不做工的,只信稱罪人為義的上帝,他的信就算為義。
Lakin əməl etməyib allahsız adamları saleh sayan Allaha iman edən şəxsin imanı ona salehlik sayılır.
6 正如大衛稱那在行為以外蒙上帝算為義的人是有福的。
Davud da o adamın bəxtiyarlığından danışır ki, Allah əməlinə baxmayıb onu saleh sayır:
7 他說: 得赦免其過、遮蓋其罪的, 這人是有福的。
«Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan Nə bəxtiyardır!
8 主不算為有罪的, 這人是有福的。
Rəbb tərəfindən təqsirkar sayılmayan insan Nə bəxtiyardır!»
9 如此看來,這福是單加給那受割禮的人嗎?不也是加給那未受割禮的人嗎?因我們所說,亞伯拉罕的信,就算為他的義,
Məgər bu bəxtiyarlıq yalnız sünnətlilərə məxsusdur, yoxsa sünnətsizlərə də aiddir? Bəli, biz deyirik ki, İbrahimin imanı ona salehlik sayıldı.
10 是怎麼算的呢?是在他受割禮的時候呢?是在他未受割禮的時候呢?不是在受割禮的時候,乃是在未受割禮的時候。
Nə vəziyyətdə sayıldı? Sünnət olunandan sonra, yoxsa sünnət olunandan əvvəl? Sünnət olunandan sonra deyil, sünnət olunandan əvvəl!
11 並且他受了割禮的記號,作他未受割禮的時候因信稱義的印證,叫他作一切未受割禮而信之人的父,使他們也算為義;
O, sünnətsiz ikən imanla malik olduğu salehliyi təsdiq edən möhür olaraq sünnət əlamətini aldı. Beləcə İbrahim sünnətsiz olaraq iman edən hamının atası oldu ki, onlara da imanları salehlik sayılsın.
12 又作受割禮之人的父,就是那些不但受割禮,並且按我們的祖宗亞伯拉罕未受割禮而信之蹤跡去行的人。
Atamız İbrahim həm də o sünnətli olanların atası oldu ki, sadəcə sünnətli olmaqla qalmayıb, onun sünnət edilməmişdən əvvəl malik olduğu iman izi ilə gedirlər.
13 因為上帝應許亞伯拉罕和他後裔,必得承受世界,不是因律法,乃是因信而得的義。
Çünki İbrahimə və onun nəslinə dünyanı irs almaq vədi Qanun vasitəsilə deyil, imanla saleh sayılmaq vasitəsilə verildi.
14 若是屬乎律法的人才得為後嗣,信就歸於虛空,應許也就廢棄了。
Əgər Qanuna əsaslananlar varis olsaydı, onda iman mənasız, vəd də təsirsiz olardı.
15 因為律法是惹動忿怒的;哪裏沒有律法,那裏就沒有過犯。
Çünki qanun Allahın qəzəbini üzə çıxarır. Amma qanun olmayan yerdə onun pozulması da olmur.
16 所以人得為後嗣是本乎信,因此就屬乎恩,叫應許定然歸給一切後裔;不但歸給那屬乎律法的,也歸給那效法亞伯拉罕之信的。
Buna görə də vəd imanla həyata keçir ki, Allahın lütfünə bağlı olsun və İbrahimin bütün nəslini – yalnız Qanuna deyil, İbrahimin malik olduğu həmin imana da əsaslananları əhatə etsin. İbrahim iman etdiyi Allahın – ölülərə həyat verən, yoxluqdan varlıq yaradan Allahın önündə hamımızın atasıdır. Necə ki yazılıb: «Səni çoxlu millətin atası etdim».
17 亞伯拉罕所信的,是那叫死人復活、使無變為有的上帝,他在主面前作我們世人的父。如經上所記:「我已經立你作多國的父。」
18 他在無可指望的時候,因信仍有指望,就得以作多國的父,正如先前所說:「你的後裔將要如此。」
Heç bir ümid olmadığı halda İbrahim çoxlu millətin atası olacağına ümidlə inandı. Çünki ona deyilmişdi ki, «nəslin o qədər olacaq».
19 他將近百歲的時候,雖然想到自己的身體如同已死,撒拉的生育已經斷絕,他的信心還是不軟弱;
Hətta təxminən yüz yaşında ikən öz bədəninin artıq ölüyə bənzədiyini, arvadı Saranın da bətninin ölü olduğunu anladı, amma imanı azalmadı.
20 並且仰望上帝的應許,總沒有因不信心裏起疑惑,反倒因信心裏得堅固,將榮耀歸給上帝,
Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi.
21 且滿心相信上帝所應許的必能做成。
Tamamilə əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə də qadirdir.
22 所以,這就算為他的義。
Buna görə də imanı ona salehlik sayıldı.
23 「算為他義」的這句話不是單為他寫的,
«Salehlik sayıldı» sözləri yalnız İbrahim üçün yazılmayıb;
24 也是為我們將來得算為義之人寫的,就是我們這信上帝使我們的主耶穌從死裏復活的人。
Rəbbimiz İsanı ölülər arasından Dirildənə iman etməklə saleh sayılacaq bizlər üçün də belə yazılmışdır.
25 耶穌被交給人,是為我們的過犯;復活,是為叫我們稱義。
İsa bizim təqsirlərimizə görə ölümə təslim edildi və bizim saleh sayılmağımız üçün dirildi.

< 羅馬書 4 >