< 羅馬書 10 >

1 弟兄們,我心裏所願的,向上帝所求的,是要以色列人得救。
Ey qardaşlar, İsraillilərin xilasını ürəkdən arzulayıram və bunun üçün Allaha dua edirəm.
2 我可以證明,他們向上帝有熱心,但不是按着真知識;
Onların barəsində şəhadət edirəm ki, Allah naminə qeyrət çəkirlər, amma bu qeyrət biliyə əsaslanmır.
3 因為不知道上帝的義,想要立自己的義,就不服上帝的義了。
Çünki onlar Allahdan gələn salehliyi anlamayıb öz salehliklərini bərqərar etməyə çalışmaqla Allahın salehliyinə tabe olmadılar.
4 律法的總結就是基督,使凡信他的都得着義。
Məsih Qanunun sonu olub ki, iman gətirən hər kəs saleh sayılsın.
5 摩西寫着說:「人若行那出於律法的義,就必因此活着。」
Musa Qanunla gələn salehlik haqqında belə yazır: «Bu şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq».
6 惟有出於信心的義如此說:「你不要心裏說:誰要升到天上去呢?(就是要領下基督來;)
Amma imanla gələn salehlik barədə belə deyilir: «Ürəyində demə ki, “Kim göylərə, yəni Məsihi endirməyə çıxacaq?”
7 誰要下到陰間去呢?(就是要領基督從死裏上來。)」 (Abyssos g12)
ya da “Kim dibsiz dərinliyə, yəni Məsihi ölülər arasından qaldırmağa enəcək?”» (Abyssos g12)
8 他到底怎麼說呢?他說: 這道離你不遠, 正在你口裏,在你心裏- (就是我們所傳信主的道。)
Bəs onda nə deyilir? «Kəlam sənə çox yaxındır, o sənin dilində və ürəyindədir». Biz elə həmin iman kəlamını vəz edirik:
9 你若口裏認耶穌為主,心裏信上帝叫他從死裏復活,就必得救。
əgər sən İsanın Rəbb olduğunu dilinlə iqrar edib Allahın Onu ölülər arasından diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan.
10 因為,人心裏相信就可以稱義,口裏承認就可以得救。
Çünki insan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur.
11 經上說:「凡信他的人必不至於羞愧。」
Belə ki Müqəddəs Yazıda deyilir: «Ona iman edən hər kəs utandırılmayacaq».
12 猶太人和希臘人並沒有分別,因為眾人同有一位主;他也厚待一切求告他的人。
Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir.
13 因為「凡求告主名的就必得救」。
Çünki «Rəbbin adını çağıran hər kəs xilas olacaq».
14 然而,人未曾信他,怎能求他呢?未曾聽見他,怎能信他呢?沒有傳道的,怎能聽見呢?
Bəs onlar iman etmədikləri Şəxsi necə çağıracaqlar? Barəsində eşitmədikləri Şəxsə necə iman edəcəklər? Vəz edən olmasa, necə eşidəcəklər?
15 若沒有奉差遣,怎能傳道呢?如經上所記:「報福音、傳喜信的人,他們的腳蹤何等佳美! 」
Göndərilməsələr, necə vəz edəcəklər? Necə ki yazılıb: «Xoş xəbəri müjdələyənin qədəmləri necə də gözəldir!»
16 只是人沒有都聽從福音,因為以賽亞說:「主啊,我們所傳的有誰信呢?」
Amma Müjdəyə hamı qulaq asmadı. Çünki Yeşaya deyir: «Ya Rəbb, xəbərimizə kim inandı?»
17 可見,信道是從聽道來的,聽道是從基督的話來的。
Beləliklə, iman eşitməkdən, eşitmək də Məsihin kəlamı vasitəsilə yaranır.
18 但我說,人沒有聽見嗎?誠然聽見了。 他們的聲音傳遍天下; 他們的言語傳到地極。
Lakin soruşuram: məgər onlar eşitmədilər? Əlbəttə ki, eşitdilər: «Avazları bütün dünyaya yayıldı, Sözləri yerin ucqarlarına çatdı».
19 我再說,以色列人不知道嗎?先有摩西說: 我要用那不成子民的惹動你們的憤恨; 我要用那無知的民觸動你們的怒氣。
Bir də soruşuram: məgər İsrail anlamadı? Musa ilk olaraq deyir: «Mən sizi xalq olmayanlarla qısqandıracağam, Axmaq bir millətlə qəzəbləndirəcəyəm».
20 又有以賽亞放膽說: 沒有尋找我的,我叫他們遇見; 沒有訪問我的,我向他們顯現。
Yeşaya isə cəsarətlə deyir: «Rəbb deyir: “Məni axtarmayanlar tərəfindən tapıldım, Məni soruşmayanlara Mən zühur etdim”».
21 至於以色列人,他說:「我整天伸手招呼那悖逆頂嘴的百姓。」
İsrail barədə isə belə deyir: «Gün boyu itaətsiz, dikbaş xalqa əllərimi uzadıb durdum».

< 羅馬書 10 >