< 啟示錄 4 >

1 此後,我觀看,見天上有門開了。我初次聽見好像吹號的聲音,對我說:「你上到這裏來,我要將以後必成的事指示你。」
Bundan sonra gördüm ki, göyə açılmış bir qapı var. Əvvəlcə mənimlə danışdığını eşitdiyim, şeypura bənzər səs dedi: «Bura qalx. Bundan sonra baş verməli hadisələri sənə göstərəcəyəm».
2 我立刻被聖靈感動,見有一個寶座安置在天上,又有一位坐在寶座上。
Elə o an mən Ruhun təsirinə düşdüm. Budur, göydə bir taxt qurulub, taxtda da Biri oturub.
3 看那坐着的,好像碧玉和紅寶石;又有虹圍着寶座,好像綠寶石。
Oturanın görünüşü yəşəm və qırmızı əqiq daşına bənzəyirdi. Taxtın ətrafında da görünüşcə zümrüdə bənzəyən göy qurşağı var idi.
4 寶座的周圍又有二十四個座位;其上坐着二十四位長老,身穿白衣,頭上戴着金冠冕。
Taxtın hər tərəfində daha iyirmi dörd taxt var idi və onların üstündə ağ paltar geyinmiş, başında qızıl tac olan iyirmi dörd ağsaqqal oturmuşdu.
5 有閃電、聲音、雷轟從寶座中發出;又有七盞火燈在寶座前點着;這七燈就是上帝的七靈。
Taxtdan şimşək, uğultu və göy gurultusu çıxırdı. Taxtın önündə yeddi məşəl yanırdı; bunlar Allahın yeddi ruhudur.
6 寶座前好像一個玻璃海,如同水晶。 寶座中和寶座周圍有四個活物,前後遍體都滿了眼睛。
Taxtın önündə sanki büllura bənzəyən şüşə dəniz var idi. Taxtın ətrafında, hər dörd yanında önü də, arxası da gözlərlə örtülmüş dörd canlı məxluq var idi.
7 第一個活物像獅子,第二個像牛犢,第三個臉面像人,第四個像飛鷹。
Birinci məxluq aslana, ikinci məxluq danaya, üçüncü məxluqun üzü insan üzünə, dördüncü məxluq da uçan qartala bənzəyirdi.
8 四活物各有六個翅膀,遍體內外都滿了眼睛。他們晝夜不住地說: 聖哉!聖哉!聖哉! 主上帝是昔在、今在、 以後永在的全能者。
Bu dörd məxluqdan hər birinin altı qanadı var idi; məxluqların hər tərəfi, hətta qanadlarının alt tərəfi də gözlərlə örtülmüşdü. Bu məxluqlar gecə-gündüz dayanmadan deyir: «Var Olmuş, Var Olan və Gəlməli Olan, Külli-İxtiyar Rəbb Allah Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!»
9 每逢四活物將榮耀、尊貴、感謝歸給那坐在寶座上、活到永永遠遠者的時候, (aiōn g165)
Canlı məxluqlar hər dəfə taxtda Oturana, əbədi Yaşayana izzət və şərəf verib şükür edəndə (aiōn g165)
10 那二十四位長老就俯伏在坐寶座的面前敬拜那活到永永遠遠的,又把他們的冠冕放在寶座前,說: (aiōn g165)
iyirmi dörd ağsaqqal taxtda Oturanın önündə yerə qapanıb əbədi Var Olana səcdə edir və taclarını taxtın önünə atıb deyirlər: (aiōn g165)
11 我們的主,我們的上帝, 你是配得榮耀、尊貴、權柄的; 因為你創造了萬物, 並且萬物是因你的旨意被創造而有的。
«Ey bizim Rəbbimiz və Allahımız! Sən izzət, şərəf və qüdrət almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın, Hər şey Sənin iradənlə var olub yarandı».

< 啟示錄 4 >