< 啟示錄 20 >

1 我又看見一位天使從天降下,手裏拿着無底坑的鑰匙和一條大鍊子。 (Abyssos g12)
Mən göydən enən bir mələyi gördüm. Onun əlində dibsiz dərinliyin açarı və böyük bir zəncir var idi. (Abyssos g12)
2 他捉住那龍,就是古蛇,又叫魔鬼,也叫撒但,把牠捆綁一千年,
O, əjdahanı – iblis və Şeytan deyilən o qədim ilanı tutub min il müddətinə zəncirlədi.
3 扔在無底坑裏,將無底坑關閉,用印封上,使牠不得再迷惑列國。等到那一千年完了,以後必須暫時釋放牠。 (Abyssos g12)
Onu dibsiz dərinliyə atdı və qapısını bağlayıb möhürlədi ki, min il bitənə qədər millətləri daha aldada bilməsin. Bundan sonra isə o, qısa bir müddətə azad edilməlidir. (Abyssos g12)
4 我又看見幾個寶座,也有坐在上面的,並有審判的權柄賜給他們。我又看見那些因為給耶穌作見證,並為上帝之道被斬者的靈魂,和那沒有拜過獸與獸像,也沒有在額上和手上受過他印記之人的靈魂,他們都復活了,與基督一同作王一千年。
Taxtları və onların üzərində oturanları da gördüm. Onlara hökm etmək ixtiyarı verildi. İsa barədə şəhadət və Allahın kəlamı uğrunda boynu vurulmuş canları da gördüm. Vəhşi heyvana və onun surətinə səcdə etməyib alınlarına və əllərinə damğanı qəbul etməmişdilər. Onlar dirilib Məsihlə birgə min il padşahlıq etdi.
5 這是頭一次的復活。(其餘的死人還沒有復活,直等那一千年完了。)
Bu, birinci dirilmədir. Qalan ölülərsə min il bitməyincə dirilmədi.
6 在頭一次復活有分的有福了,聖潔了!第二次的死在他們身上沒有權柄。他們必作上帝和基督的祭司,並要與基督一同作王一千年。
Birinci dirilmədə iştirak edənlər bəxtiyar və müqəddəsdir. İkinci ölümün onlar üzərində səlahiyyəti yoxdur. Əksinə, onlar Allahın və Məsihin kahinləri olub Onunla birgə min il padşahlıq edəcək.
7 那一千年完了,撒但必從監牢裏被釋放,
Min il bitəndən sonra Şeytan atıldığı zindandan azad ediləcək.
8 出來要迷惑地上四方的列國,就是歌革和瑪各,叫他們聚集爭戰。他們的人數多如海沙。
Oradan çıxacaq ki, yer üzünün dörd tərəfində olan millətləri – Qoq və Maqoqu aldadıb döyüşə toplasın; onların sayı dəniz qumu qədər çoxdur.
9 他們上來遍滿了全地,圍住聖徒的營與蒙愛的城,就有火從天降下,燒滅了他們。
Onlar yer üzünün hər tərəfinə hücum edib müqəddəslərin düşərgəsini və sevimli şəhəri mühasirəyə aldılar. Lakin göydən od düşüb onları yandırıb-yaxdı.
10 那迷惑他們的魔鬼被扔在硫磺的火湖裏,就是獸和假先知所在的地方。他們必晝夜受痛苦,直到永永遠遠。 (aiōn g165, Limnē Pyr g3041 g4442)
Onları aldadan iblis də vəhşi heyvanın və yalançı peyğəmbərin atıldığı yerə – odlu kükürd gölünə atıldı. Bunlar gecə-gündüz, əbədi olaraq işgəncə çəkəcək. (aiōn g165, Limnē Pyr g3041 g4442)
11 我又看見一個白色的大寶座與坐在上面的;從他面前天地都逃避,再無可見之處了。
Böyük ağ taxt və onun üstündə Oturanı gördüm. Yer və göy Onun önündən qaçdı və onlara yer tapılmadı.
12 我又看見死了的人,無論大小,都站在寶座前。案卷展開了,並且另有一卷展開,就是生命冊。死了的人都憑着這些案卷所記載的,照他們所行的受審判。
Mən gördüm ki, böyükdən kiçiyə qədər ölülər taxtın önündə dayanıb. Kitablar açıldı və həyat kitabı olan başqa bir kitab da açıldı. Ölülər kitablarda yazılanlara əsasən öz əməllərinə görə mühakimə olundu.
13 於是海交出其中的死人;死亡和陰間也交出其中的死人;他們都照各人所行的受審判。 (Hadēs g86)
Dəniz öz içində olan ölüləri, ölüm və ölülər diyarı da öz qoynunda olan ölüləri təslim etdi. Hər biri öz əməlinə görə mühakimə olundu. (Hadēs g86)
14 死亡和陰間也被扔在火湖裏;這火湖就是第二次的死。 (Hadēs g86, Limnē Pyr g3041 g4442)
Ölüm və ölülər diyarı odlu gölə atıldı. Bu odlu göl ikinci ölümdür. (Hadēs g86, Limnē Pyr g3041 g4442)
15 若有人名字沒記在生命冊上,他就被扔在火湖裏。 (Limnē Pyr g3041 g4442)
Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı. (Limnē Pyr g3041 g4442)

< 啟示錄 20 >