< 啟示錄 18 >

1 此後,我看見另有一位有大權柄的天使從天降下,地就因他的榮耀發光。
Bundan sonra göydən enən başqa bir mələyi gördüm. O, böyük səlahiyyətə malik idi. Yer üzü onun ehtişamı ilə işıqlandı.
2 他大聲喊着說: 巴比倫大城傾倒了!傾倒了! 成了鬼魔的住處 和各樣污穢之靈的巢穴, 並各樣污穢可憎之雀鳥的巢穴。
O, uca səslə nida edib dedi: «Dağıldı! Böyük Babil dağıldı! O, cinlərin məskəni, Hər cür natəmiz ruhun sığınacağı, Hər cür murdar quşun yuvası, Hər cür murdar və mənfur vəhşi heyvanın oylağı oldu.
3 因為列國都被她邪淫大怒的酒傾倒了。 地上的君王與她行淫; 地上的客商因她奢華太過就發了財。
Çünki bütün millətlər O qadının coşğun əxlaqsızlıq şərabından içdi. Yer üzünün padşahları Onunla əxlaqsızlıq etdi. Dünyanın tacirləri Onun şəhvətpərəstliyi ilə qazanılan sərvətdən varlandı».
4 我又聽見從天上有聲音說: 我的民哪,你們要從那城出來, 免得與她一同有罪,受她所受的災殃;
Mən göydən belə deyən başqa bir səs də eşitdim: «Ey Mənim xalqım, oradan çıxın ki, Onun günahlarına şərik olmayasınız, Onun uğrayacağı bəlalara düçar olmayasınız.
5 因她的罪惡滔天; 她的不義,上帝已經想起來了。
Çünki onun günahları qalaqlanıb göyə çatdı, Allah onun haqsız işlərini yada saldı.
6 她怎樣待人,也要怎樣待她, 按她所行的加倍地報應她; 用她調酒的杯加倍地調給她喝。
O nə etdisə, Siz də əvəzində ona belə edin. Əməllərinin əvəzini ona ikiqat verin. Tökdüyü kasadakı şərabın İkiqatını töküb ona verin.
7 她怎樣榮耀自己,怎樣奢華, 也當叫她照樣痛苦悲哀, 因她心裏說: 我坐了皇后的位, 並不是寡婦, 決不至於悲哀。
Özünü nə qədər izzətləndirib Şəhvətpərəstlik içində yaşadısa, Ona o qədər də işgəncə və yas verin. Çünki ürəyində deyir: “Mən mələkə taxtında oturmuşam, Dul deyiləm, əsla yas tutmayacağam”.
8 所以在一天之內, 她的災殃要一齊來到, 就是死亡、悲哀、饑荒。 她又要被火燒盡了, 因為審判她的主上帝大有能力。
Buna görə də bir günün içində Onun üstünə bəlalar gələcək, Azara, yasa, aclığa düçar olacaq, odda yandırılacaq. Çünki onu mühakimə edən Rəbb Allah qüdrətlidir».
9 地上的君王,素來與她行淫、一同奢華的,看見燒她的煙,就必為她哭泣哀號。
Onunla əxlaqsızlıq edən və şəhvətpərəstlik içində yaşayan yer üzünün padşahları onun yanğınından çıxan tüstünü görəndə onun üçün ağlayıb ah-nalə edəcəklər.
10 因怕她的痛苦,就遠遠地站着說:哀哉!哀哉! 巴比倫大城,堅固的城啊, 一時之間你的刑罰就來到了。
Onun çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanıb deyəcəklər: «Vay, vay halına, böyük şəhər, Möhkəm şəhər Babil! Çünki bir saat içində cəzan çatdı».
11 地上的客商也都為她哭泣悲哀,因為沒有人再買他們的貨物了;
Yer üzünün tacirləri də onun üçün ağlayıb yas tutur, çünki onların malını –
12 這貨物就是金、銀、寶石、珍珠、細麻布、紫色料、綢子、朱紅色料、各樣香木、各樣象牙的器皿、各樣極寶貴的木頭,和銅、鐵、漢白玉的器皿,
qızıl, gümüş, qiymətli daşlar və mirvariləri; incə kətan, ipək, tünd qırmızı və al rəngli parçaları; hər cür ətirli ağacı; fil sümüyündən, ən qiymətli ağacdan, tuncdan, dəmirdən və mərmərdən olan hər cür əşyanı;
13 並肉桂、荳蔻、香料、香膏、乳香、酒、油、細麵、麥子、牛、羊、車、馬,和奴僕、人口。
darçın, hil, buxur, ətirli yağ və kündürü; şərab, zeytun yağı, narın un və buğdanı; mal-qara, qoyunlar, atlar və arabaları; insan bədənləri və canlarını da artıq heç kəs almır.
14 巴比倫哪,你所貪愛的果子離開了你; 你一切的珍饈美味 和華美的物件也從你中間毀滅, 決不能再見了。
Onlar deyirlər: «Ürəyinin arzuladığı bəhrələr əlindən çıxdı, Bütün cah-calallı malların yox oldu. Heç kəs onları bir daha tapmayacaq».
15 販賣這些貨物、藉着她發了財的客商,因怕她的痛苦,就遠遠地站着哭泣悲哀,說:
Orada bu mallarla varlanan tacirlər bu şəhərin çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanacaq və ağlayıb yas tutaraq deyəcəklər:
16 哀哉!哀哉!這大城啊, 素常穿着細麻、 紫色、朱紅色的衣服, 又用金子、寶石,和珍珠為妝飾。
«Vay, vay halına, İncə kətan, tünd qırmızı, al rəngli Parçalardan paltar geyən, Qızıl, qiymətli daşlar və mirvarilərlə Bəzənən böyük şəhər!
17 一時之間,這麼大的富厚就歸於無有了。 凡船主和坐船往各處去的,並眾水手,連所有靠海為業的,都遠遠地站着,
Çünki bu qədər var-dövlət Bir saat içində viran oldu». Bütün gəmi rəisləri, sərnişinlər, dənizçilər və dənizdə ticarət edənlərin hamısı uzaqda dayanaraq
18 看見燒她的煙,就喊着說:「有何城能比這大城呢?」
onun yanğınından çıxan tüstüyə baxıb nida edirdilər: «Hansı şəhər bu böyük şəhərə tay ola bilər?»
19 他們又把塵土撒在頭上,哭泣悲哀,喊着說: 哀哉!哀哉!這大城啊。 凡有船在海中的,都因她的珍寶成了富足! 她在一時之間就成了荒場!
Onlar başlarına toz töküb fəryad edir və ağlayıb yas tutaraq deyirdilər: «Vay, vay halına, Dənizdə gəmisi olanların hamısının Oranın çox qiymətli malları ilə Varlandığı böyük şəhər! Çünki bir saat içində viran oldun».
20 天哪,眾聖徒、眾使徒、眾先知啊, 你們都要因她歡喜, 因為上帝已經在她身上伸了你們的冤。
Ey göylər, Müqəddəslər, həvarilər və peyğəmbərlər, Onun halını bayram edin! Onun sizin üçün çıxartdığı hökmü Allah onun öz başına gətirdi.
21 有一位大力的天使舉起一塊石頭,好像大磨石,扔在海裏,說: 巴比倫大城也必這樣猛力地被扔下去, 決不能再見了。
Bir güclü mələk dəyirman daşı boyda böyük bir daşı götürərək dənizə atıb dedi: «Böyük şəhər Babil də Belə zorakılıqla yıxılacaq, Bir daha görünməyəcək.
22 彈琴、作樂、吹笛、吹號的聲音, 在你中間決不能再聽見; 各行手藝人在你中間決不能再遇見; 推磨的聲音在你中間決不能再聽見;
Çəng çalanların, müğənnilərin, Tütək və şeypur çalanların səsi Artıq səndən gəlməyəcək. Hər cür sənətlə məşğul olan sənətkar Artıq səndə olmayacaq. Dəyirman səsi də Artıq səndən gəlməyəcək.
23 燈光在你中間決不能再照耀; 新郎和新婦的聲音,在你中間決不能再聽見。 你的客商原來是地上的尊貴人; 萬國也被你的邪術迷惑了。
Çıraq işığı Artıq səndə görünməyəcək. Bəy-gəlin sədası Artıq səndən gəlməyəcək. Çünki sənin tacirlərin Yer üzünün böyük adamları idi, Bütün millətlər Sənin sehrbazlığınla aldanmışdı.
24 先知和聖徒,並地上一切被殺之人的血,都在這城裏看見了。
Peyğəmbərlərin, müqəddəslərin və Yer üzündə kəsilənlərin hamısının qanı O şəhərdə üzə çıxdı».

< 啟示錄 18 >