< 馬太福音 7 >

1 「你們不要論斷人,免得你們被論斷。
Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız.
2 因為你們怎樣論斷人,也必怎樣被論斷;你們用甚麼量器量給人,也必用甚麼量器量給你們。
Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək.
3 為甚麼看見你弟兄眼中有刺,卻不想自己眼中有樑木呢?
Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən?
4 你自己眼中有樑木,怎能對你弟兄說:『容我去掉你眼中的刺』呢?
Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!”
5 你這假冒為善的人!先去掉自己眼中的樑木,然後才能看得清楚,去掉你弟兄眼中的刺。
Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar.
6 不要把聖物給狗,也不要把你們的珍珠丟在豬前,恐怕牠踐踏了珍珠,轉過來咬你們。」
Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar.
7 「你們祈求,就給你們;尋找,就尋見;叩門,就給你們開門。
Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq.
8 因為凡祈求的,就得着;尋找的,就尋見;叩門的,就給他開門。
Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar.
9 你們中間誰有兒子求餅,反給他石頭呢?
Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi?
10 求魚,反給他蛇呢?
Ya da balıq diləsə, ona ilan verərmi?
11 你們雖然不好,尚且知道拿好東西給兒女,何況你們在天上的父,豈不更把好東西給求他的人嗎?
Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir!
12 所以,無論何事,你們願意人怎樣待你們,你們也要怎樣待人,因為這就是律法和先知的道理。」
İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur.
13 「你們要進窄門。因為引到滅亡,那門是寬的,路是大的,進去的人也多;
Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur.
14 引到永生,那門是窄的,路是小的,找着的人也少。」
Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır.
15 「你們要防備假先知。他們到你們這裏來,外面披着羊皮,裏面卻是殘暴的狼。
Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar.
16 憑着他們的果子,就可以認出他們來。荊棘上豈能摘葡萄呢?蒺藜裏豈能摘無花果呢?
Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı?
17 這樣,凡好樹都結好果子,惟獨壞樹結壞果子。
Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər.
18 好樹不能結壞果子;壞樹不能結好果子。
Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz.
19 凡不結好果子的樹就砍下來,丟在火裏。
Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar.
20 所以,憑着他們的果子就可以認出他們來。」
Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız.
21 「凡稱呼我『主啊,主啊』的人不能都進天國;惟獨遵行我天父旨意的人才能進去。
Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək.
22 當那日必有許多人對我說:『主啊,主啊,我們不是奉你的名傳道,奉你的名趕鬼,奉你的名行許多異能嗎?』
O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı?”
23 我就明明地告訴他們說:『我從來不認識你們,你們這些作惡的人,離開我去吧!』」
Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!”
24 「所以,凡聽見我這話就去行的,好比一個聰明人,把房子蓋在磐石上;
Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir.
25 雨淋,水沖,風吹,撞着那房子,房子總不倒塌,因為根基立在磐石上。
Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli qaya üzərində qurulub.
26 凡聽見我這話不去行的,好比一個無知的人,把房子蓋在沙土上;
Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir.
27 雨淋,水沖,風吹,撞着那房子,房子就倒塌了,並且倒塌得很大。」
Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar».
28 耶穌講完了這些話,眾人都希奇他的教訓;
İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi,
29 因為他教訓他們,正像有權柄的人,不像他們的文士。
çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi.

< 馬太福音 7 >