< 馬太福音 11 >

1 耶穌吩咐完了十二個門徒,就離開那裏,往各城去傳道、教訓人。
İsa On İki şagirdinə nəsihət verib qurtarandan sonra öyrədərək vəz etmək üçün onların şəhərlərinə getdi.
2 約翰在監裏聽見基督所做的事,就打發兩個門徒去,
Yəhya isə Məsihin işlərini zindanda eşidərək öz şagirdlərini göndərib
3 問他說:「那將要來的是你嗎?還是我們等候別人呢?」
Ondan soruşdu: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?»
4 耶穌回答說:「你們去,把所聽見、所看見的事告訴約翰。
İsa onlara belə cavab verdi: «Gedin, eşidib gördüklərinizi Yəhyaya bildirin:
5 就是瞎子看見,瘸子行走,長大痲瘋的潔淨,聾子聽見,死人復活,窮人有福音傳給他們。
korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır.
6 凡不因我跌倒的就有福了!」
Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!»
7 他們走的時候,耶穌就對眾人講論約翰說:「你們從前出到曠野是要看甚麼呢?要看風吹動的蘆葦嗎?
Onlar gedərkən İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı?
8 你們出去到底是要看甚麼?要看穿細軟衣服的人嗎?那穿細軟衣服的人是在王宮裏。
Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma nəfis toxunmuş paltar geyənlər padşahların saraylarında qalır.
9 你們出去究竟是為甚麼?是要看先知嗎?我告訴你們,是的,他比先知大多了。
Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə.
10 經上記着說:『我要差遣我的使者在你前面預備道路』,所說的就是這個人。
Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sənin önündə Öz elçimi göndərirəm, O Sənin qabağında yolunu hazırlayacaq”.
11 我實在告訴你們,凡婦人所生的,沒有一個興起來大過施洗約翰的;然而天國裏最小的比他還大。
Sizə doğrusunu deyirəm: qadından doğulanlar arasında Vəftizçi Yəhyadan daha üstün olan meydana çıxmayıb. Amma Səmavi Padşahlıqda ən kiçik olan ondan üstündür.
12 從施洗約翰的時候到如今,天國是努力進入的,努力的人就得着了。
Vəftizçi Yəhyanın günlərindən indiyə qədər Səmavi Padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir.
13 因為眾先知和律法說預言,到約翰為止。
Çünki bütün Peyğəmbərlər və Qanun Yəhyaya qədər peyğəmbərlik etdi.
14 你們若肯領受,這人就是那應當來的以利亞。
Əgər onu qəbul etmək istəyirsinizsə, gəlməli olan İlyas odur.
15 有耳可聽的,就應當聽!
Qulağı olan eşitsin!
16 我可用甚麼比這世代呢?好像孩童坐在街市上招呼同伴,說:
Bəs bu nəsli nəyə bənzədim? O, bazar meydanlarında oturan və “Biz sizə tütək çaldıq, sizsə oynamadınız. Biz mərsiyələr oxuduq, sizsə matəm tutmadınız” deyib başqalarını səsləyən uşaqlara bənzəyir.
17 我們向你們吹笛, 你們不跳舞; 我們向你們舉哀, 你們不捶胸。
18 約翰來了,也不吃也不喝,人就說他是被鬼附着的;
Çünki Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və onlar deyirlər: “O, cinə tutulmuşdur”.
19 人子來了,也吃也喝,人又說他是貪食好酒的人,是稅吏和罪人的朋友。但智慧之子總以智慧為是 。」
Bəşər Oğlu gəldikdə yeyib-içdi və onlar deyirlər: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” Amma hikmət öz əməlləri ilə təsdiq olunur».
20 耶穌在諸城中行了許多異能,那些城的人終不悔改,就在那時候責備他們,說:
Onda İsa bir çox möcüzələr göstərdiyi şəhərləri tövbə etmədikləri üçün məzəmmət etməyə başladı.
21 「哥拉汛哪,你有禍了!伯賽大啊,你有禍了!因為在你們中間所行的異能,若行在泰爾、西頓,他們早已披麻蒙灰悔改了。
«Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdilər.
22 但我告訴你們,當審判的日子,泰爾、西頓所受的,比你們還容易受呢!
Amma sizə deyirəm: qiyamət günü Sur və Sidonun halı sizinkindən daha asan olacaq.
23 迦百農啊,你已經升到天上,將來必墜落陰間;因為在你那裏所行的異能,若行在所多瑪,它還可以存到今日。 (Hadēs g86)
Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən. Çünki səndə baş vermiş möcüzələr Sodomda olsaydı, o bu günə qədər durardı. (Hadēs g86)
24 但我告訴你們,當審判的日子,所多瑪所受的,比你還容易受呢!」
Ancaq Mən sizə deyirəm: qiyamət günü Sodom diyarının halı səninkindən daha asan olacaq».
25 那時,耶穌說:「父啊,天地的主,我感謝你!因為你將這些事向聰明通達人就藏起來,向嬰孩就顯出來。
O vaxt İsa davam edərək dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin.
26 父啊,是的,因為你的美意本是如此。
Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi.
27 一切所有的,都是我父交付我的;除了父,沒有人知道子;除了子和子所願意指示的,沒有人知道父。
Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz.
28 凡勞苦擔重擔的人可以到我這裏來,我就使你們得安息。
Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm.
29 我心裏柔和謙卑,你們當負我的軛,學我的樣式;這樣,你們心裏就必得享安息。
Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız.
30 因為我的軛是容易的,我的擔子是輕省的。」
Çünki Mənim boyunduruğum rahat və yüküm yüngüldür».

< 馬太福音 11 >