< 路加福音 14 >

1 安息日,耶穌到一個法利賽人的首領家裏去吃飯,他們就窺探他。
Bir Şənbə günü İsa farisey rəhbərlərinin birinin evinə çörək yeməyə getdi. Hamı Ona göz qoyurdu.
2 在他面前有一個患水臌的人。
Onun qarşısında hidropos xəstəliyinə tutulmuş bir adam var idi.
3 耶穌對律法師和法利賽人說:「安息日治病可以不可以?」
İsa qanunşünas və fariseylərə xitab edərək soruşdu: «Şənbə günü insanlara şəfa verməyə icazə var ya yox?»
4 他們卻不言語。耶穌就治好那人,叫他走了;
Amma onlar dinmirdi. İsa o adama əli ilə toxundu, onu sağaltdı və buraxdı.
5 便對他們說:「你們中間誰有驢或有牛,在安息日掉在井裏,不立時拉牠上來呢?」
İsa onlara dedi: «Sizlərdən kimin oğlu yaxud öküzü Şənbə günü quyuya düşsə, onu dərhal oradan dartıb çıxarmaz?»
6 他們不能對答這話。
Onlar İsanın bu sualına cavab verə bilmədilər.
7 耶穌見所請的客揀擇首位,就用比喻對他們說:
İsa fikir verdi ki, dəvət olunanlar yuxarı başda oturmağı seçdilər. Onlara belə bir məsəl söylədi:
8 「你被人請去赴婚姻的筵席,不要坐在首位上,恐怕有比你尊貴的客被他請來;
«Bir nəfər səni toya dəvət edirsə, yuxarı başda oturma. Bəlkə ev yiyəsinin səndən də hörmətli bir qonağı var.
9 那請你們的人前來對你說:『讓座給這一位吧!』你就羞羞慚慚地退到末位上去了。
İkinizi də toya dəvət edən gəlib sənə “bu adama yer ver” desə, sən xəcalət içində aşağı başda əyləşməli olarsan.
10 你被請的時候,就去坐在末位上,好叫那請你的人來對你說:『朋友,請上座。』那時,你在同席的人面前就有光彩了。
Amma dəvət olunanda gedib ən aşağı başda otur ki, səni dəvət edən adam gəlib sənə “Dostum! Yuxarı başa keç” desin; o zaman səninlə birgə oturanların hamısının qarşısında hörmət qazanarsan.
11 因為,凡自高的,必降為卑;自卑的,必升為高。」
Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək».
12 耶穌又對請他的人說:「你擺設午飯或晚飯,不要請你的朋友、弟兄、親屬,和富足的鄰舍,恐怕他們也請你,你就得了報答。
İsa Onu dəvət edənə də dedi: «Günorta yaxud axşam yeməyi verdiyin vaxt öz dostlarını, qardaşlarını, qohumlarını, dövlətli qonşularını dəvət etmə ki, onlar da səni çağıraraq sənə əvəzini versin.
13 你擺設筵席,倒要請那貧窮的、殘廢的、瘸腿的、瞎眼的,你就有福了!
Amma qonaqlıq verəndə yoxsulları, əlilləri, topalları, korları çağır.
14 因為他們沒有甚麼可報答你。到義人復活的時候,你要得着報答。」
Onda onlar sənə əvəzini verə bilmədiyinə görə sən bəxtiyar olacaqsan. Çünki salehlər dirildiyi zaman sənə əvəz veriləcək».
15 同席的有一人聽見這話,就對耶穌說:「在上帝國裏吃飯的有福了!」
Süfrəyə oturanlardan biri bunu eşidib İsaya dedi: «Allahın Padşahlığında çörək yeyən nə bəxtiyardır!»
16 耶穌對他說:「有一人擺設大筵席,請了許多客。
Amma İsa ona dedi: «Bir adam böyük ziyafət hazırladı və oraya çoxlu qonaq çağırdı.
17 到了坐席的時候,打發僕人去對所請的人說:『請來吧!樣樣都齊備了。』
Yemək vaxtı gələndə öz qulunu dəvət olunanların yanına göndərdi ki, onlara desin: “Buyurun, indi hər şey hazırdır”.
18 眾人一口同音地推辭。頭一個說:『我買了一塊地,必須去看看。請你准我辭了。』
Amma hamı birdən üzr istəməyə başladı. Birincisi ona dedi: “Mən bir torpaq sahəsi almışam, gedib ona baxmalıyam. Səndən xahiş edirəm, məni bağışla”.
19 又有一個說:『我買了五對牛,要去試一試。請你准我辭了。』
Digəri isə dedi: “Mən beş cüt öküz satın almışam və onları yoxlamağa gedirəm. Səndən xahiş edirəm, məni bağışla”.
20 又有一個說:『我才娶了妻,所以不能去。』
Üçüncüsü dedi: “Mən təzə evlənmişəm, buna görə də gələ bilmərəm”.
21 那僕人回來,把這事都告訴了主人。家主就動怒,對僕人說:『快出去,到城裏大街小巷,領那貧窮的、殘廢的、瞎眼的、瘸腿的來。』
Qul qayıdıb bu şeyləri ağasına bildirdi. O zaman ev yiyəsi qəzəblənib quluna dedi: “Qaç, şəhərin küçə və tinlərində olan yoxsulları, əlilləri, korları və topalları buraya gətir”.
22 僕人說:『主啊,你所吩咐的已經辦了,還有空座。』
Qul isə dedi: “Ağa, sənin əmrin yerinə yetirildi, hələ artıq yer də qalıb”.
23 主人對僕人說:『你出去到路上和籬笆那裏,勉強人進來,坐滿我的屋子。
Ağası quluna dedi: “Get, bütün yolları və çəpərləri gəz. Evim dolsun deyə adamları gəlməyə vadar et.
24 我告訴你們,先前所請的人沒有一個得嘗我的筵席。』」
Sizə bunu deyirəm: ilk dəvət olunanların heç biri mənim ziyafətimdən dadmayacaq”».
25 有極多的人和耶穌同行。他轉過來對他們說:
İsa ilə birlikdə böyük izdiham yol gedirdi. İsa dönüb onlara dedi:
26 「人到我這裏來,若不愛我勝過愛自己的父母、妻子、兒女、弟兄、姊妹,和自己的性命,就不能作我的門徒。
«Kim Mənim yanıma gəlib ata-anasını, arvad-uşaqlarını, bacı-qardaşlarını, hətta öz həyatını Məndən üstün tutsa, Mənim şagirdim ola bilməz.
27 凡不背着自己十字架跟從我的,也不能作我的門徒。
Öz çarmıxını daşıyıb ardımca gəlməyən kəs də Mənim şagirdim ola bilməz.
28 你們哪一個要蓋一座樓,不先坐下算計花費,能蓋成不能呢?
Sizlərdən kimsə bir qüllə tikmək istəyirsə, əvvəlcə oturub onun xərclərini hesablamaz ki, görsün onu qurtarmaq üçün pulu çatacaq ya yox?
29 恐怕安了地基,不能成功,看見的人都笑話他,說:
Çünki qüllənin təməlini qoyub işi qurtara bilməsə, bunu görənlərin hamısı onu ələ salıb deyəcək:
30 『這個人開了工,卻不能完工。』
“Bu adam tikintiyə başlayıb qurtara bilmədi”.
31 或是一個王出去和別的王打仗,豈不先坐下酌量,能用一萬兵去敵那領二萬兵來攻打他的嗎?
Yaxud da hansı padşah başqa padşahla müharibəyə gedəndə üstünə iyirmi min əsgərlə gələnə qarşı on min əsgərlə durmağa qadir olmağı əvvəlcə oturub götür-qoy eləməz?
32 若是不能,就趁敵人還遠的時候,派使者去求和息的條款。
Əgər padşah buna qadir deyilsə, o biri padşahın hələ uzaqda olduğu vaxt elçilər göndərib sülh müqaviləsi bağlamaq istəyər.
33 這樣,你們無論甚麼人,若不撇下一切所有的,就不能作我的門徒。」
Eyni tərzdə sizdən hər biriniz bütün əmlakından əl çəkməsə, Mənim şagirdim ola bilməz.
34 「鹽本是好的;鹽若失了味,可用甚麼叫它再鹹呢?
Duz yaxşı şeydir, amma əgər duz öz dadını itirərsə, ona nə ilə dad verilə bilər?
35 或用在田裏,或堆在糞裏,都不合式,只好丟在外面。有耳可聽的,就應當聽!」
O nə torpağa yarayar, nə də peyinə. Onu çölə atarlar. Eşitməyə qulağı olan eşitsin!»

< 路加福音 14 >