< 士師記 18 >

1 那時,以色列中沒有王。但支派的人仍是尋地居住;因為到那日子,他們還沒有在以色列支派中得地為業。
O dövrdə İsraildə padşah yox idi. Elə həmin dövrdə Dan qəbiləsi yaşamaq üçün özlərinə irsi torpaq axtarırdı, çünki o günə qədər İsrail qəbilələri arasında onlara irs olaraq torpaq düşməmişdi.
2 但人從瑣拉和以實陶打發本族中的五個勇士,去仔細窺探那地,吩咐他們說:「你們去窺探那地。」他們來到以法蓮山地,進了米迦的住宅,就在那裏住宿。
Dan övladları ölkəni axtarıb aramaq üçün Sora və Eştaol şəhərlərindən olan bütün nəsillərindən beş nəfər igid adamı kəşfiyyata göndərdilər və onlara dedilər: «Gedin, ölkəni axtarın». Onlar Efrayimin dağlıq bölgəsinə – Mikeyanın evinə gəldilər və orada gecələdilər.
3 他們臨近米迦的住宅,聽出那少年利未人的口音來,就進去問他說:「誰領你到這裏來?你在這裏做甚麼?你在這裏得甚麼?」
Hələ Mikeyanın evinin yanında ikən gənc Levilinin səsini tanıdılar və evə tərəf dönüb ondan soruşdular: «Buraya səni kim gətirib? Burada nə edirsən? Sənin burada nə işin var?»
4 他回答說:「米迦待我如此如此,請我作祭司。」
Levili onlara dedi: «Mikeya mənim üçün belə-belə işlər gördü. O məni muzdla tutdu və mən də onun kahini oldum».
5 他們對他說:「請你求問上帝,使我們知道所行的道路通達不通達。」
Danlılar ona dedilər: «Rica edirik, Allaha müraciət et. Qoy biz getdiyimiz bu yolun necə uğurlu olacağını öyrənək».
6 祭司對他們說:「你們可以平平安安地去,你們所行的道路是在耶和華面前的。」
Kahin onlara dedi: «Salamat gedin, getdiyiniz bu yol Rəbbə xoşdur».
7 五人就走了,來到拉億,見那裏的民安居無慮,如同西頓人安居一樣。在那地沒有人掌權擾亂他們;他們離西頓人也遠,與別人沒有來往。
Bu beş igid gedib Layişə çatdı və gördü ki, orada yaşayan xalq qayğısızdır. Sidonlular kimi dinc və rahat yaşayırlar. Bu bölgədə onlara hökm edib əziyyət verən heç kim yox idi. Onlar Sidonlulardan uzaqda olub başqa heç kəslə əlaqələri yox idi.
8 五人回到瑣拉和以實陶,見他們的弟兄;弟兄問他們說:「你們有甚麼話?」
İgidlər Sora və Eştaol şəhərlərinə, öz xalqının yanına qayıdanda xalq onlara dedi: «Nə öyrənə bildiniz?»
9 他們回答說:「起來,我們上去攻擊他們吧!我們已經窺探那地,見那地甚好。你們為何靜坐不動呢?要急速前往得那地為業,不可遲延。
İgidlər onlara dedilər: «Qalxın, Sidonlulara hücum edək, çünki onların torpağını gördük, çox yaxşıdır. Niyə boş dayanmısınız? Tərəddüd etməyin, gedib torpağı alın!
10 你們到了那裏,必看見安居無慮的民,地也寬闊。上帝已將那地交在你們手中;那地百物俱全,一無所缺。」
Oraya çatanda qayğısız bir xalq görəcəksiniz. Allahın sizə verdiyi bu torpaq çox genişdir. Ora elə torpaqdır ki, heç nəyə ehtiyacları yoxdur».
11 於是但族中的六百人,各帶兵器,從瑣拉和以實陶前往,
Dan nəslindən altı yüz kişi silahlanaraq Sora və Eştaoldan yola düşdülər.
12 上到猶大的基列‧耶琳,在基列‧耶琳後邊安營。因此那地方名叫瑪哈尼‧但,直到今日。
Yəhudaya qalxıb Qiryat-Yearimdə gecələdilər. Buna görə də o yer bu günə qədər Maxane-Dan adlanır. O yer Qiryat-Yearimin qərbində yerləşir.
13 他們從那裏往以法蓮山地去,來到米迦的住宅。
Oradan Efrayimin dağlıq bölgəsinə keçdilər və Mikeyanın evinə gəldilər.
14 從前窺探拉億地的五個人對他們的弟兄說:「這宅子裏有以弗得和家中的神像,並雕刻的像與鑄成的像,你們知道嗎?現在你們要想一想當怎樣行。」
Layiş diyarını axtarmaq üçün gedən beş nəfər kişi öz xalqına sual verdi: «Bu evlərdə efod, ev bütləri, həm də oyma və tökmə bütlərin olduğunu bilirsinizmi? Onda görün nə edirsiniz, bu barədə bir qərara gəlin».
15 五人就進入米迦的住宅,到了那少年利未人的房內問他好。
Onlar oraya burulub, o gənc Levilinin qaldığı Mikeyanın evinə gələrək onun hal-əhvalını xəbər aldılar.
16 那六百但人各帶兵器,站在門口。
Dan övladlarından döyüş üçün silahlanmış altı yüz nəfər onun darvazasının girişində dayandı.
17 窺探地的五個人走進去,將雕刻的像、以弗得、家中的神像,並鑄成的像,都拿了去。祭司和帶兵器的六百人,一同站在門口。
Ölkəni axtarmağa gedən həmin o beş igid evə girib oyma bütü, efodla ev bütlərini və tökmə bütü götürdülər. Kahin və silahlanmış altı yüz nəfər isə darvazanın girişində dayanmışdı.
18 那五個人進入米迦的住宅,拿出雕刻的像、以弗得、家中的神像,並鑄成的像,祭司就問他們說:「你們做甚麼呢?」
Onlar Mikeyanın evinə girib oyma bütü, efodla ev bütlərini və tökmə bütü götürdükləri zaman kahin onlardan soruşdu: «Nə edirsiniz?»
19 他們回答說:「不要作聲,用手摀口,跟我們去吧!我們必以你為父、為祭司。你作一家的祭司好呢?還是作以色列一族一支派的祭司好呢?」
Onda dedilər: «Sus, əlinlə ağzını yum və dur bizimlə gedək, bizə ata və kahin ol. Sənin üçün bir adama kahin olmaq yaxşıdır, yoxsa bir İsrail qəbiləsinə, bir nəslə?»
20 祭司心裏喜悅,便拿着以弗得和家中的神像,並雕刻的像,進入他們中間。
Kahinin könlü şad oldu, efodla ev bütlərini və oyma bütü götürüb xalq ilə bərabər getdi.
21 他們就轉身離開那裏,妻子、兒女、牲畜、財物都在前頭。
Onlar öz külfətlərini, heyvanları və ev əşyalarını qabaqlarına qatıb yola düşdülər.
22 離米迦的住宅已遠,米迦的近鄰都聚集來,追趕但人,
Mikeyanın evindən uzaqlaşanda Mikeyanın qonşuları toplaşaraq Dan övladlarına çatdılar.
23 呼叫但人。但人回頭問米迦說:「你聚集這許多人來做甚麼呢?」
Onlar Dan övladlarını səslədi. Dan övladları üzlərini Mikeyaya tutub dedi: «Sənə nə olub ki, bunları bura yığmısan?»
24 米迦說:「你們將我所做的神像和祭司都帶了去,我還有所剩的嗎?怎麼還問我說『做甚麼』呢?」
Mikeya onlara dedi: «Düzəltdiyim allahları və kahini götürüb getdiniz, bəs mənə nə qaldı? Hələ bir soruşursunuz ki, sənə nə olub?»
25 但人對米迦說:「你不要使我們聽見你的聲音,恐怕有性暴的人攻擊你,以致你和你的全家盡都喪命。」
Dan övladları ona dedilər: «Səsin aramızda eşidilməsin, yoxsa qəzəbindən odlanan adamlarımız sənin üstünə düşər, həm öz həyatını, həm də evindəkilərin həyatını itirərsən».
26 但人還是走他們的路。米迦見他們的勢力比自己強盛,就轉身回家去了。
Dan övladları yollarına davam etdilər. Mikeya bu adamların ondan güclü olduğunu görüb evinə qayıtdı.
27 但人將米迦所做的神像和他的祭司都帶到拉億,見安居無慮的民,就用刀殺了那民,又放火燒了那城,
Dan övladları Mikeyanın düzəltdiyi şeyləri və onun kahinini götürüb Layişə, dinc və rahat bir xalqa hücum etdi. Əhalisini qılıncdan keçirib şəhərə od vurdular.
28 並無人搭救;因為離西頓遠,他們又與別人沒有來往。城在平原,那平原靠近伯‧利合。但人又在那裏修城居住,
Onları qurtaran olmadı, çünki Layiş Sidondan uzaqda idi. Bu xalqın başqa heç kəslə əlaqəsi yox idi. Bu şəhər Bet-Rexovun yanında olan bir vadidə yerləşir. Danlılar bu şəhəri bərpa edib orada yaşadılar.
29 照着他們始祖以色列之子但的名字,給那城起名叫但;原先那城名叫拉億。
Onlar İsraildən törənən öz ataları Danın xatirinə bu şəhərin adını Dan qoydular. Amma əvvəlcə şəhərin adı Layiş idi.
30 但人就為自己設立那雕刻的像。摩西的孫子、革舜的兒子約拿單,和他的子孫作但支派的祭司,直到那地遭擄掠的日子。
Dan övladları orada oyma bütü qurdular və əhali əsirliyə düşən günə qədər Musa oğlu Gerşom oğlu Yonatan özü və oğulları Dan qəbiləsinə kahin oldu.
31 上帝的殿在示羅多少日子,但人為自己設立米迦所雕刻的像也在 但多少日子。
Allahın evi Şiloda olarkən bütün bu dövrdə Danlılar Mikeyanın düzəltdiyi oyma bütə sitayiş edirdilər.

< 士師記 18 >