< 以賽亞書 50 >

1 耶和華如此說: 我休你們的母親, 休書在哪裏呢? 我將你們賣給我哪一個債主呢? 你們被賣,是因你們的罪孽; 你們的母親被休,是因你們的過犯。
Rəbb belə deyir: «Boşadığım ananızın talağı haradadır? Borc verənlərimin hansı birinə satdım sizi? Siz şər əməllərinizə görə satıldınız, Ananız üsyankarlığınız üzündən qovuldu.
2 我來的時候,為何無人等候呢? 我呼喚的時候,為何無人答應呢? 我的膀臂豈是縮短、不能救贖嗎? 我豈無拯救之力嗎? 看哪,我一斥責,海就乾了; 我使江河變為曠野; 其中的魚因無水腥臭,乾渴而死。
Bəs nə üçün Mən gələndə heç kim olmadı? Axı niyə Mən çağıranda cavab verən olmadı? Məgər Mənim əlim zəifləyib ki, Xilas etməyə qadir olmasın? Yaxud Mənim sizi qurtarmağa gücüm çatmazmı? Mən qəzəbimlə dənizi quruduram, Çayları səhraya çevirirəm. Suyun çatışmazlığından balıqlar iylənir, susuzluqdan ölür.
3 我使諸天以黑暗為衣服, 以麻布為遮蓋。
Mənəm göyləri zülmətə bürüyən, Oranı çulla örtən».
4 主耶和華賜我受教者的舌頭, 使我知道怎樣用言語扶助疲乏的人。 主每早晨提醒, 提醒我的耳朵, 使我能聽,像受教者一樣。
Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi. O hər səhər qulağımı oyadır ki, Savadlı adamlar kimi dinləyə bilim.
5 主耶和華開通我的耳朵; 我並沒有違背,也沒有退後。
Xudavənd Rəbb qulağımı açdı, Mən qarşı durmadım, geri çəkilmədim.
6 人打我的背,我任他打; 人拔我腮頰的鬍鬚,我由他拔; 人辱我,吐我,我並不掩面。
Məni döyənlər üçün belimi açdım, Üzümü saqqalımı yolanlara tərəf uzatdım. Təhqirlərdən, tüpürcəklərdən üzümü gizlətmədim.
7 主耶和華必幫助我, 所以我不抱愧。 我硬着臉面好像堅石; 我也知道我必不致蒙羞。
Xudavənd Rəbb mənə kömək etdiyinə görə utanmayacağam. Buna görə də üzümü çaxmaq daşı kimi etdim. Bilirəm ki, əsla xəcalət çəkməyəcəyəm.
8 稱我為義的與我相近; 誰與我爭論, 可以與我一同站立; 誰與我作對, 可以就近我來。
Mənə haqq qazandıran yaxındadır. Mənimlə kim mübahisə etmək istəyir? Qoy mənimlə üz-üzə gəlsin. Kimdir rəqibim? Qoy yanıma gəlsin.
9 主耶和華要幫助我; 誰能定我有罪呢? 他們都像衣服漸漸舊了, 為蛀蟲所咬。
Mənə kömək edən Xudavənd Rəbdir. Kim məni təqsirkar çıxara bilər? Rəqiblərimin hamısı paltar kimi köhnələcək, Onları güvə yeyib məhv edəcək.
10 你們中間誰是敬畏耶和華、 聽從他僕人之話的? 這人行在暗中,沒有亮光。 當倚靠耶和華的名, 仗賴自己的上帝。
Aranızda Rəbdən qorxan, Qulunun sözünə qulaq asan varmı? Qaranlıqda gəzən, nurdan məhrum olan Rəbbin adına güvənsin, Allahına arxalansın.
11 凡你們點火,用火把圍繞自己的 可以行在你們的火焰裏, 並你們所點的火把中。 這是我手所定的: 你們必躺在悲慘之中。
Ey sizlər, od qalayıb, qığılcımı qoruyanlar, Hamınız öz odunuza, yandırdığınız qığılcımın içinə atılın. Mənim əlimdən aldığınız pay bu olacaq: Əzab içində qalacaqsınız.

< 以賽亞書 50 >