< 希伯來書 3 >

1 同蒙天召的聖潔弟兄啊,你們應當思想我們所認為使者、為大祭司的耶穌。
Bu səbəbə görə, ey səmavi çağırışa ortaq olan müqəddəs qardaşlar, əqidəmizin Elçisi və Baş Kahini İsa haqqında düşünün.
2 他為那設立他的盡忠,如同摩西在上帝的全家盡忠一樣。
İsa Onu təyin edən Kəsə sadiq qaldı; necə ki Musa da Allahın bütün evində Ona sadiq qaldı.
3 他比摩西算是更配多得榮耀,好像建造房屋的比房屋更尊榮;
Evin bənnası evdən daha çox hörmət qazandığı kimi İsa da Musadan daha böyük izzətə layiq görüldü.
4 因為房屋都必有人建造,但建造萬物的就是上帝。
Çünki hər evin bir bənnası var, hər şeyin bənnası isə Allahdır.
5 摩西為僕人,在上帝的全家誠然盡忠,為要證明將來必傳說的事。
Musa gələcəkdə deyiləcək sözlərə şəhadət etmək üçün Allahın bütün evində bir xidmətçi kimi sadiq qaldı.
6 但基督為兒子,治理上帝的家;我們若將可誇的盼望和膽量堅持到底,便是他的家了。
Amma Məsih Onun evi üzərində Oğul olaraq sadiqdir. Əgər biz cəsarətimizi və fəxr etdiyimiz ümidi qoruyub saxlasaq, Onun evi bizik.
7 聖靈有話說: 你們今日若聽他的話,
Buna görə Müqəddəs Ruhun dediyi kimi: «Bu gün əgər Onun səsini eşitsəniz,
8 就不可硬着心, 像在曠野惹他發怒、 試探他的時候一樣。
Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi, Səhradakı sınaq günündə olduğu kimi inadkar olmasın.
9 在那裏,你們的祖宗試我探我, 並且觀看我的作為有四十年之久。
Orada atalarınız Məni sınadılar, Qırx il əməllərimi görərək Məni yoxladılar.
10 所以,我厭煩那世代的人,說: 他們心裏常常迷糊, 竟不曉得我的作為!
Buna görə o nəsildən zəhləm getdi. Dedim: “Onlar həmişə ürəklərində azır, Yollarımı tanımırlar”.
11 我就在怒中起誓說: 他們斷不可進入我的安息。
Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».
12 弟兄們,你們要謹慎,免得你們中間或有人存着不信的惡心,把永生上帝離棄了。
Ey qardaşlar, diqqətli olun ki, sizlərdən heç birinizdə var olan Allahdan uzaqlaşan şər və imansız ürək olmasın.
13 總要趁着還有今日,天天彼此相勸,免得你們中間有人被罪迷惑,心裏就剛硬了。
Amma «bu gün» adlanan hər gün bir-birinizi ürəkləndirin ki, heç biriniz günahın aldadıcılığı ilə inadkar olmasın.
14 我們若將起初確實的信心堅持到底,就在基督裏有分了。
Çünki əvvəldən bizdə olan etimadı sonadək möhkəm saxlasaq, Məsihlə ortaq olarıq.
15 經上說:「你們今日若聽他的話,就不可硬着心,像惹他發怒的日子一樣。」
Necə ki deyilmişdir: «Bu gün əgər Onun səsini eşitsəniz, Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi inadkar olmasın».
16 那時,聽見他話惹他發怒的是誰呢?豈不是跟着摩西從埃及出來的眾人嗎?
Bəs eşidib üsyan edənlər kimdir? Musanın başçılığı ilə Misirdən çıxanların hamısı deyilmi?
17 上帝四十年之久,又厭煩誰呢?豈不是那些犯罪、屍首倒在曠野的人嗎?
Allah qırx il kimə qəzəblənirdi? Günaha batmış, meyitləri çöldə sərilənlərə deyilmi?
18 又向誰起誓,不容他們進入他的安息呢?豈不是向那些不信從的人嗎?
Bəs O kimlərə and içdi ki, Onun rahatlıq diyarına girməyəcəklər? Məgər itaət etməyənlərə deyil?
19 這樣看來,他們不能進入安息是因為不信的緣故了。
Beləliklə, görürük ki, onlar imansızlıqlarına görə oraya girə bilmədilər.

< 希伯來書 3 >