< 希伯來書 1 >

1 上帝既在古時藉着眾先知多次多方地曉諭列祖,
Allah qədim zamanlarda dəfələrlə və müxtəlif yollarla əcdadlarımıza peyğəmbərlər vasitəsilə müraciət etmişdi.
2 就在這末世藉着他兒子曉諭我們;又早已立他為承受萬有的,也曾藉着他創造諸世界。 (aiōn g165)
Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi; Onu hər şeyin varisi təyin etmişdi və Onun vasitəsilə kainatı yaratmışdı. (aiōn g165)
3 他是上帝榮耀所發的光輝,是上帝本體的真像,常用他權能的命令托住萬有。他洗淨了人的罪,就坐在高天至大者的右邊。
Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir. O hər şeyi qüdrətli kəlamı ilə saxlayır. O, günahlardan təmizlənməni təmin edəndən sonra ucalarda möhtəşəm Allahın sağında oturdu.
4 他所承受的名,既比天使的名更尊貴,就遠超過天使。
Mələklərdən nə qədər üstün adı irs olaraq aldısa, o qədər onlardan üstün oldu.
5 所有的天使,上帝從來對哪一個說: 你是我的兒子, 我今日生你? 又指着哪一個說: 我要作他的父, 他要作我的子?
Axı Allah mələklərin hansına nə vaxtsa «Sən Mənim Oğlumsan, Mən bu gün Sənə Ata oldum» yaxud «Mən Ona Ata, O isə Mənə Oğul olacaq» demişdir?
6 再者,上帝使長子到世上來的時候,就說: 上帝的使者都要拜他。
Yenə də Allah İlk Doğulanı dünyaya gətirəndə deyir: «Allahın bütün mələkləri qoy Onun qarşısında səcdə etsin».
7 論到使者,又說: 上帝以風為使者, 以火焰為僕役;
Mələklər barəsində isə deyir: «Öz mələklərini küləklərə, Öz xidmətçilərini yanar oda döndərir!»
8 論到子卻說: 上帝啊,你的寶座是永永遠遠的; 你的國權是正直的。 (aiōn g165)
Amma Oğul haqqında bunu deyir: «Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır, Sənin şahlıq əsan insaf əsasıdır. (aiōn g165)
9 你喜愛公義,恨惡罪惡; 所以上帝,就是你的上帝,用喜樂油膏你, 勝過膏你的同伴;
Salehliyi sevib qanunsuzluğa nifrət etmisən. Ona görə Allah, Sənin Allahın Sevinc yağı ilə Yoldaşlarından çox Səni məsh edib».
10 又說:主啊,你起初立了地的根基; 天也是你手所造的。
Yenə deyir: «Ya Rəbb, Sən yerin təməlini əzəldən qurmusan, Göylər Sənin əllərinin işidir!
11 天地都要滅沒,你卻要長存。 天地都要像衣服漸漸舊了;
Onlar yox olacaq, amma Sən qalacaqsan, Hamısı paltar kimi köhnələcək,
12 你要將天地捲起來,像一件外衣, 天地就都改變了。 惟有你永不改變; 你的年數沒有窮盡。
Onları geyim kimi bükəcəksən, Onları paltar kimi dəyişdirəcəksən. Amma Sən dəyişməzsən, İllərin tükənməzdir».
13 所有的天使,上帝從來對哪一個說: 你坐在我的右邊, 等我使你仇敵作你的腳凳?
Lakin Allah mələklərin hansına nə vaxtsa «Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur» demişdir?
14 天使豈不都是服役的靈、奉差遣為那將要承受救恩的人效力嗎?
Bütün mələklər xilası irs olaraq alacaq şəxslərə xidmət etmək üçün göndərilən xidmətçi ruhlar deyilmi?

< 希伯來書 1 >