< 使徒行傳 7 >

1 大祭司就說:「這些事果然有嗎?」
Baş kahin Stefandan soruşdu: «Bunlar doğrudurmu?»
2 司提反說:「諸位父兄請聽!當日我們的祖宗亞伯拉罕在美索不達米亞還未住哈蘭的時候,榮耀的上帝向他顯現,
Stefan belə cavab verdi: «Qardaşlar və atalar, məni dinləyin! Atamız İbrahim hələ Mesopotamiyada ikən Xaranda məskunlaşmazdan əvvəl izzətli Allah ona göründü.
3 對他說:『你要離開本地和親族,往我所要指示你的地方去。』
Ona belə dedi: “Öz torpağından, qohumlarının arasından çıx, sənə göstərəcəyim torpağa get”.
4 他就離開迦勒底人之地,住在哈蘭。他父親死了以後,上帝使他從那裏搬到你們現在所住之地。
Buna görə İbrahim Xaldeylilərin ölkəsini tərk edib Xarana köçdü. Atasının ölümündən sonra Allah onu oradan da götürüb sizin indi yaşadığınız bu ölkəyə gətirdi.
5 在這地方,上帝並沒有給他產業,連立足之地也沒有給他;但應許要將這地賜給他和他的後裔為業;那時他還沒有兒子。
Burada ona irs olaraq bir qarış belə, torpaq vermədi. Amma İbrahimin o zaman hələ övladı olmasa da, Allah bu torpağı mülk olaraq ona və onun gələcək nəslinə verəcəyini vəd etmişdi.
6 上帝說:『他的後裔必寄居外邦,那裏的人要叫他們作奴僕,苦待他們四百年。』
Allah ona belə dedi: “Nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək”.
7 上帝又說:『使他們作奴僕的那國,我要懲罰。以後他們要出來,在這地方事奉我。』
“Ancaq onların köləlik edəcəkləri milləti Özüm cəzalandıracağam” dedi Allah, “bundan sonra oradan çıxacaqlar” və “bu yerdə Mənə ibadət edəcəklər”.
8 上帝又賜他割禮的約。於是 亞伯拉罕生了以撒,第八日給他行了割禮。以撒生雅各;雅各生十二位先祖。
Sonra Allah onunla sünnətlə bağlı Əhd kəsdi. Beləliklə də, İbrahim İshaqın atası olarkən onu səkkiz günlük olanda sünnət etdi. Bundan sonra İshaqdan Yaqub, Yaqubdan da on iki ulu babamız törədi.
9 「先祖嫉妒約瑟,把他賣到埃及去;上帝卻與他同在,
Bu ulu babalarımız paxıllıqdan Yusifi qul kimi Misirə satdı. Lakin Allah Yusifə yar idi.
10 救他脫離一切苦難,又使他在埃及王法老面前得恩典,有智慧。法老就派他作埃及國的宰相兼管全家。
Onu bütün əziyyətlərdən qurtardı və ona hikmət verərək Misir hökmdarı fironun gözündə lütf qazandırdı. Firon onu Misirin və öz sarayında olan bütün xalqın rəhbəri təyin etdi.
11 後來埃及和迦南全地遭遇饑荒,大受艱難,我們的祖宗就絕了糧。
Sonra bütün Misir və Kənan torpağı aclıq və böyük əziyyətlərlə üzləşdi. Bu ata-babalarımız yemək tapa bilmədi.
12 雅各聽見在埃及有糧,就打發我們的祖宗初次往那裏去。
Yaqub eşidəndə ki, Misirdə taxıl var, bu ata-babalarımızı birinci dəfə oraya göndərdi.
13 第二次約瑟與弟兄們相認,他的親族也被法老知道了。
Onlar ikinci dəfə Misirə gələndə Yusif özünü qardaşlarına tanıtdı. Bununla da firon Yusifin ailəsi ilə tanış oldu.
14 約瑟就打發弟兄請父親雅各和全家七十五個人都來。
Yusif atası Yaquba xəbər göndərib onunla birgə bütün qohumlarını – yetmiş beş nəfəri çağırtdırdı.
15 於是雅各下了埃及,後來他和我們的祖宗都死在那裏;
Beləliklə, Yaqub Misirə getdi. Özü ilə bu ata-babalarımız da orada öldü.
16 又被帶到示劍,葬於亞伯拉罕在示劍用銀子從哈抹子孫買來的墳墓裏。
Onların cəsədləri sonradan Şekemə gətirildi və Şekemdə İbrahimin Xamor övladlarından bir neçə gümüşə satın aldığı qəbirdə dəfn olundu.
17 「及至上帝應許亞伯拉罕的日期將到,以色列民在埃及興盛眾多,
Allahın İbrahimə bəyan etdiyi vədin həyata keçdiyi vaxt yaxınlaşanda Misirdəki xalqımızın sayı bir xeyli çoxalmışdı.
18 直到有不曉得約瑟的新王興起。
Axırda Misirdə Yusifi tanımayan yeni bir padşah taxta çıxdı.
19 他用詭計待我們的宗族,苦害我們的祖宗,叫他們丟棄嬰孩,使嬰孩不能存活。
Bu adam soydaşlarımıza hiylə işlətdi, zorakılıqla ata-babalarımızı məcbur etdi ki, yeni doğulan körpələrini sağ qalmasın deyə bayıra atsınlar.
20 那時,摩西生下來,俊美非凡,在他父親家裏撫養了三個月。
Bu dövrdə son dərəcə gözəl bir körpə olan Musa doğuldu. O, üç ay atasının evində bəsləndi.
21 他被丟棄的時候,法老的女兒拾了去,養為自己的兒子。
Sonra o da bayıra atıldı. Onu fironun qızı tapıb özünə övlad etdi və öz oğlu kimi böyütdü.
22 摩西學了埃及人一切的學問,說話行事都有才能。
Musa Misirlilərin bütün elmi biliklərinə bağlı tərbiyə alıb söz və əməlində güclü bir şəxsiyyət oldu.
23 「他將到四十歲,心中起意去看望他的弟兄以色列人;
Musa qırx yaşına çatanda ürəyində soydaşları İsrail övladlarının vəziyyətini yaxından bilmək arzusu oyandı.
24 到了那裏,見他們一個人受冤屈,就護庇他,為那受欺壓的人報仇,打死了那埃及人。
Onlardan birinin zərər çəkdiyini görəndə Musa onu müdafiə etdi. Zərər vuran Misirlini öldürərək əzilən insanın intiqamını aldı.
25 他以為弟兄必明白上帝是藉他的手搭救他們;他們卻不明白。
O belə fikirləşdi: “Soydaşlarım dərk edəcəklər ki, mənim vasitəmlə Allah onları xilas edir”. Amma onlar bunu dərk etmədilər.
26 第二天,遇見兩個以色列人爭鬥,就勸他們和睦,說:『你們二位是弟兄,為甚麼彼此欺負呢?』
Ertəsi gün Musa dalaşan iki İsraillini görəndə onları barışdırmaq istədi və dedi: “Ay kişilər, siz soydaşsınız, niyə bir-birinizə zərər vurursunuz?”
27 那欺負鄰舍的把他推開,說:『誰立你作我們的首領和審判官呢?
Lakin soydaşına zərər vuran kişi Musanı itələyib dedi: “Səni bizim üstümüzə kim başçı və hakim qoyub?
28 難道你要殺我,像昨天殺那埃及人嗎?』
Yoxsa dünən Misirlini öldürdüyün kimi məni də öldürmək fikrindəsən?”
29 摩西聽見這話就逃走了,寄居於米甸;在那裏生了兩個兒子。
Bu sözə görə Musa qaçdı. O, Midyan torpağında, qürbətdə yaşadı və orada iki oğul atası oldu.
30 「過了四十年,在西奈山的曠野,有一位天使從荊棘火焰中向摩西顯現。
Qırx il keçəndən sonra Musa Sina dağının yaxınlığındakı səhrada olanda mələk ona bir kol arasından od-alov içərisində göründü.
31 摩西見了那異象,便覺希奇,正進前觀看的時候,有主的聲音說:
Musa gördüklərinə heyrətləndi. Baxmaq üçün oraya yaxınlaşanda Rəbbin səsini eşitdi:
32 『我是你列祖的上帝,就是亞伯拉罕的上帝,以撒的上帝,雅各的上帝。』摩西戰戰兢兢,不敢觀看。
“Mən ata-babalarının Allahı – İbrahimin, İshaqın və Yaqubun Allahıyam”. Musa qorxusundan lərzəyə gəlib baxmağa belə, cəsarət etmədi.
33 主對他說:『把你腳上的鞋脫下來,因為你所站之地是聖地。
Rəbb ona dedi: “Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır.
34 我的百姓在埃及所受的困苦,我實在看見了,他們悲歎的聲音,我也聽見了。我下來要救他們。你來!我要差你往埃及去。』
Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, fəryadlarını eşitdim və onları qurtarmaq üçün endim. İndi get, Mən səni Misirə göndərirəm”.
35 這摩西就是百姓棄絕說『誰立你作我們的首領和審判官』的;上帝卻藉那在荊棘中顯現之使者的手差派他作首領、作救贖的。
Bu, həmin Musadır ki, onu rədd edib demişdilər: “Səni bizim üstümüzə kim başçı və hakim qoyub?” Amma Allah Musanı bir kol arasında görünən mələyin əli ilə başçı və qurtarıcı olaraq göndərdi.
36 這人領百姓出來,在埃及,在紅海,在曠野,四十年間行了奇事神蹟。
O, xalqı Misirdən çıxaran, həm orada, həm Qırmızı dənizdə, həm də qırx il ərzində səhrada xariqə və əlamətlər yaradan insan idi.
37 那曾對以色列人說『上帝要從你們弟兄中間給你們興起一位先知像我』的,就是這位摩西。
İsrail övladlarına “Allah məni yetirdiyi kimi sizin üçün öz soydaşlarınız içərisindən bir peyğəmbər yetirəcək” deyən bu Musadır.
38 這人曾在曠野會中和西奈山上,與那對他說話的天使同在,又與我們的祖宗同在,並且領受活潑的聖言傳給我們。
Bu, həmin adamdır ki, Sina dağında onunla danışan mələklə və ata-babalarımızla birgə səhradakı cəmiyyətdə olmuşdu. O, canlı sözlər almışdı ki, bizə versin.
39 我們的祖宗不肯聽從,反棄絕他,心裏歸向埃及,
Ata-babalarımızsa Musanın sözünə baxmaq istəmədi, onu rədd etdi və Misirə qayıtmağı arzuladılar.
40 對亞倫說:『你且為我們造些神像,在我們前面引路;因為領我們出埃及地的那個摩西,我們不知道他遭了甚麼事。』
Haruna dedilər: “Bizim üçün allahlar düzəlt ki, qabağımızca getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!”
41 那時,他們造了一個牛犢,又拿祭物獻給那像,歡喜自己手中的工作。
O günlərdə dana şəklində bir büt düzəldib ona qurban gətirdilər və öz əlləri ilə düzəltdikləri bu büt üçün şənlik qurdular.
42 上帝就轉臉不顧,任憑他們事奉天上的日月星辰,正如先知書上所寫的說: 以色列家啊, 你們四十年間在曠野, 豈是將犧牲和祭物獻給我嗎?
Buna görə Allah ata-babalarımızdan üz döndərib onları tərk etdi ki, səma cisimlərinə ibadət etsinlər. Peyğəmbərlərin kitabında da belə yazılıb: “Ey İsrail nəsli, Qırx il çöldə olanda Mənə qurban və təqdimlər gətirmişdinizmi?
43 你們抬着摩洛的帳幕和理番神的星, 就是你們所造為要敬拜的像。 因此,我要把你們遷到巴比倫外去。
Səcdə edəsiniz deyə düzəltdiyiniz Molekin çadırını, Tanrınız Refanın ulduz bütünü gəzdirdiniz. Elə buna görə də sizi Babilin o tayına sürgünə aparacağam”.
44 「我們的祖宗在曠野,有法櫃的帳幕,是上帝吩咐摩西叫他照所看見的樣式做的。
Səhrada ata-babalarınızın Şəhadət çadırı var idi. Musa bunu onunla danışan Allahın əmr etdiyi kimi, gördüyü nümunəyə əsasən düzəltmişdi.
45 這帳幕,我們的祖宗相繼承受。當上帝在他們面前趕出外邦人去的時候,他們同約書亞把帳幕搬進承受為業之地,直存到大衛的日子。
Şəhadət çadırını əvvəlki nəsildən təhvil alan ata-babalarımız Yeşuanın başçılığı ilə başqa millətlərin mülkünü ələ keçirəndə çadırı da özləri ilə gətirmişdilər. Allah Özü millətləri ata-babalarımızın qarşısından qovdu. Şəhadət çadırı Davudun dövrünə qədər qaldı.
46 大衛在上帝面前蒙恩,祈求為雅各的上帝預備居所;
Allahın lütfünü qazanan Davud yalvardı ki, Yaqubun nəsli üçün bir məskən qura bilsin.
47 卻是所羅門為上帝造成殿宇。
Lakin Allaha ev tikən Süleyman oldu.
48 其實,至高者並不住人手所造的,就如先知所言:
Amma Haqq-Taala əllə tikilən evlərdə yaşamaz. Peyğəmbərin dediyi kimi
49 主說:天是我的座位, 地是我的腳凳; 你們要為我造何等的殿宇? 哪裏是我安息的地方呢?
Rəbb belə deyir: “Göylər Mənim taxtımdır, Yer ayaqlarımın altındakı kətildir. Mənim üçün nə cür ev tikəcəksiniz, Dincələcəyim yer harada olacaq?
50 這一切不都是我手所造的嗎?
Bütün bunları Mənim əlim yaratmadımı?”
51 「你們這硬着頸項、心與耳未受割禮的人,常時抗拒聖靈!你們的祖宗怎樣,你們也怎樣。
Ey dikbaş, həm ürəkləri, həm də qulaqları “sünnət” edilməmiş insanlar, ata-babanız kimi siz də həmişə Müqəddəs Ruhun əleyhinə çıxırsınız.
52 哪一個先知不是你們祖宗逼迫呢?他們也把預先傳說那義者要來的人殺了;如今你們又把那義者賣了,殺了。
Ata-babalarınızın təqib etmədiyi peyğəmbər varmı? Onlar Saleh Olanın zühuru barədə əvvəlcədən xəbər verənləri belə, öldürdülər. Sizsə bu Saleh Olana xəyanət edərək Onu qətlə yetirdiniz.
53 你們受了天使所傳的律法,竟不遵守。」
Mələklər vasitəsilə verilən Qanunu aldınız, lakin ona riayət etmədiniz».
54 眾人聽見這話就極其惱怒,向司提反咬牙切齒。
Ali Şuranın üzvləri bu sözləri eşidəndə çox qəzəbləndilər və Stefana dişlərini qıcırtdılar.
55 但司提反被聖靈充滿,定睛望天,看見上帝的榮耀,又看見耶穌站在上帝的右邊,
Müqəddəs Ruhla dolan Stefan isə gözlərini göyə dikib Allahın ehtişamını və Allahın sağında dayanan İsanı gördü.
56 就說:「我看見天開了,人子站在上帝的右邊。」
O dedi: «Baxın, mən göylərin yarıldığını və Bəşər Oğlunun Allahın sağında dayandığını görürəm».
57 眾人大聲喊叫,摀着耳朵,齊心擁上前去,
Onlar qulaqlarını tutub haray qopardılar və hamısı birlikdə Stefanın üstünə hücum çəkdilər.
58 把他推到城外,用石頭打他。作見證的人把衣裳放在一個少年人名叫掃羅的腳前。
Onu şəhərdən kənara çıxarıb daşqalaq etdilər. Stefanın əleyhinə şahidlik edənlər öz üst geyimlərini Şaul adlı bir gəncin ayaqları altına qoydular.
59 他們正用石頭打的時候,司提反呼籲主說:「求主耶穌接收我的靈魂!」
Stefan üstünə yağan daşlar altında belə yalvarırdı: «Ya Rəbb İsa, ruhumu qəbul et».
60 又跪下大聲喊着說:「主啊,不要將這罪歸於他們!」說了這話,就睡了。掃羅也喜悅他被害。
Sonra diz çöküb ucadan nida etdi: «Ya Rəbb, bunu onlara günah sayma». Bunu deyəndən sonra gözlərini bu həyata yumdu.

< 使徒行傳 7 >