< 使徒行傳 23 >

1 保羅定睛看着公會的人,說:「弟兄們,我在上帝面前行事為人都是憑着良心,直到今日。」
Ali Şuranı diqqətlə nəzərdən keçirən Paul dedi: «Qardaşlar, mən bu günəcən Allahın qarşısında təmiz vicdanla yaşamışam».
2 大祭司亞拿尼亞就吩咐旁邊站着的人打他的嘴。
Baş kahin Xananya Paulun yanında duranlara əmr etdi ki, onun ağzından vursunlar.
3 保羅對他說:「你這粉飾的牆,上帝要打你!你坐堂為的是按律法審問我,你竟違背律法,吩咐人打我嗎?」
Bundan sonra Paul ona dedi: «Ey üzü ağardılan divar, səni Allah vuracaq! Həm oturub Qanuna əsasən məni mühakimə edirsən, həm də Qanunu pozaraq məni döymək üçün əmr verirsən».
4 站在旁邊的人說:「你辱罵上帝的大祭司嗎?」
Yanında duranlar ona dedilər: «Sən Allahın baş kahinini söyürsən?»
5 保羅說:「弟兄們,我不曉得他是大祭司;經上記着說:『不可毀謗你百姓的官長。』」
Paul dedi: «Qardaşlar, onun baş kahin olduğunu bilmirdim. Əlbəttə, “xalqın başçısı barədə pis söz demə” deyə yazılıb».
6 保羅看出大眾一半是撒都該人,一半是法利賽人,就在公會中大聲說:「弟兄們,我是法利賽人,也是法利賽人的子孫。我現在受審問,是為盼望死人復活。」
Onların bir hissəsinin sadukey, digər hissəsinin isə farisey olduğunu bilən Paul Ali Şuraya nida etdi: «Ey qardaşlar, mən farisey oğlu fariseyəm. Ölülərin dirilməsinə ümid bəslədiyim üçün burada mühakimə olunuram».
7 說了這話,法利賽人和撒都該人就爭論起來,會眾分為兩黨。
Paulun bu sözündən sonra fariseylərlə sadukeylər arasında çəkişmə başladı və toplantı iki hissəyə ayrıldı.
8 因為撒都該人說,沒有復活,也沒有天使和鬼魂;法利賽人卻說,兩樣都有。
Çünki sadukeylər iddia edirlər ki, ölümdən dirilmə, mələk və ruh yoxdur. Əksinə, fariseylər bunların hamısına inanırlar.
9 於是大大地喧嚷起來。有幾個法利賽黨的文士站起來爭辯說:「我們看不出這人有甚麼惡處,倘若有鬼魂或是天使對他說過話,怎麼樣呢?」
Toplantıda böyük bir hay-küy yarandı. Farisey tərəfini tutan bəzi ilahiyyatçılar qalxıb dava yaradaraq belə deyirdilər: «Bu adamda heç bir günah görmürük. Nə olsun ki, onunla bir ruh və yaxud mələk danışıb».
10 那時大起爭吵,千夫長恐怕保羅被他們扯碎了,就吩咐兵丁下去,把他從眾人當中搶出來,帶進營樓去。
Çəkişmə o qədər qızışdı ki, minbaşı onların Paulu parçalayacağından qorxdu. O, əsgərlərə əmr etdi ki, aşağı enib Paulu zorla onların arasından çıxararaq qalaya aparsınlar.
11 當夜,主站在保羅旁邊,說:「放心吧!你怎樣在耶路撒冷為我作見證,也必怎樣在羅馬為我作見證。」
O gecə Rəbb Paulun yanında dayanıb dedi: «Cəsarətli ol, Yerusəlimdə Mənim haqqımda etdiyin şəhadəti Romada da etməyin lazımdır».
12 到了天亮,猶太人同謀起誓,說:「若不先殺保羅就不吃不喝。」
Səhər açılanda Yəhudilər öz aralarında Paula sui-qəsd hazırlayaraq and içdilər: «Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!»
13 這樣同心起誓的有四十多人。
Bu sui-qəsdə qoşulanların sayı qırxdan artıq idi.
14 他們來見祭司長和長老,說:「我們已經起了一個大誓,若不先殺保羅就不吃甚麼。
Bu adamlar başçı kahinlərlə ağsaqqalların yanına gəlib belə dedilər: «Biz qəti and içmişik: “Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!”
15 現在你們和公會要知會千夫長,叫他帶下保羅到你們這裏來,假作要詳細察考他的事;我們已經預備好了,不等他來到跟前就殺他。」
İndi siz Ali Şura ilə birgə guya Paulun işinə daha dəqiq baxmaq istəyərək minbaşıdan xahiş edin ki, onu yanınıza gətirsin. Paul buraya gəlməmiş biz onu öldürməyə hazır olacağıq».
16 保羅的外甥聽見他們設下埋伏,就來到營樓裏告訴保羅。
Lakin Paulun bacısı oğlu onların pusqu qurduqlarını eşidib qalaya girdi və Paula xəbər verdi.
17 保羅請一個百夫長來,說:「你領這少年人去見千夫長,他有事告訴他。」
Paul yüzbaşılardan birini yanına çağırıb dedi: «Bu cavanı minbaşının yanına apar, ona çatdırılası bir xəbəri var».
18 於是把他領去見千夫長,說:「被囚的保羅請我到他那裏,求我領這少年人來見你;他有事告訴你。」
Yüzbaşı cavanı götürüb minbaşının yanına apardı və dedi: «Məhbus Paul məni çağırıb xahiş etdi ki, bu oğlanı sənin yanına aparım. Sənə bir sözü var».
19 千夫長就拉着他的手,走到一旁,私下問他說:「你有甚麼事告訴我呢?」
Minbaşı cavanın əlindən tutub bir tərəfə çəkdi və soruşdu: «Mənə nə demək istəyirsən?»
20 他說:「猶太人已經約定,要求你明天帶下保羅到公會裏去,假作要詳細查問他的事。
Cavan dedi: «Yəhudilər belə razılığa gəlib ki, guya Paulun işinə daha dəqiq baxmaq istəyirlər, ona görə sabah səndən onun Ali Şuraya gətirilməsini xahiş edəcəklər.
21 你切不要隨從他們;因為他們有四十多人埋伏,已經起誓說,若不先殺保羅就不吃不喝。現在預備好了,只等你應允。」
Amma sən onların sözünə qulaq asma, çünki qırx nəfərdən artıq kişi “Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!” deyə and içib pusquda gözləyir. Onlar hazır dayanıb sənin razılığını gözləyirlər».
22 於是千夫長打發少年人走,囑咐他說:「不要告訴人你將這事報給我了。」
Minbaşı ona belə tapşırdı: «Bunları mənə xəbər verdiyini heç kimə demə». Sonra oğlanı evə göndərdi.
23 千夫長便叫了兩個百夫長來,說:「預備步兵二百,馬兵七十,長槍手二百,今夜亥初往凱撒利亞去;
Minbaşı yüzbaşılardan ikisini yanına çağırıb belə dedi: «Gecənin üçüncü saatı Qeysəriyyəyə getmək üçün iki yüz piyada, yetmiş atlı və iki yüz nizəçi hazırlayın.
24 也要預備牲口叫保羅騎上,護送到巡撫腓力斯那裏去。」
Həmçinin minmək üçün heyvanlar gətirin və Paulu sağ-salamat vali Feliksə çatdırın».
25 千夫長又寫了文書,
Sonra bu cür məktub yazdı:
26 大略說:「克勞第‧呂西亞,請巡撫腓力斯大人安。
«Möhtərəm vali Feliksə Klavdi Lisiyadan salamlar!
27 這人被猶太人拿住,將要殺害,我得知他是羅馬人,就帶兵丁下去救他出來。
Bu kişini Yəhudilər tutub öldürmək istəyirdi. Mən biləndə ki bu adam Roma vətəndaşıdır, özümü yetirib əsgərlərlə onu xilas etdim.
28 因要知道他們告他的緣故,我就帶他下到他們的公會去,
Onu nədə təqsirləndirmələrini bilmək üçün Yəhudilərin Ali Şurasının qarşısına çıxartdım.
29 便查知他被告是因他們律法的辯論,並沒有甚麼該死該綁的罪名。
Öyrəndim ki, onu özlərinin Qanunu ilə bağlı məsələlərdə ittiham edirlər, amma ona ölüm yaxud həbsə layiq cəza vermək üçün heç bir əsas yoxdur.
30 後來有人把要害他的計謀告訴我,我就立時解他到你那裏去,又吩咐告他的人在你面前告他。」
Mənə çatdırılanda ki bu kişiyə qarşı bir sui-qəsd qurulub, dərhal onu sənin yanına göndərdim. Onu ittiham edənlərin də şikayətlərini sənə bildirmələrini əmr etdim».
31 於是,兵丁照所吩咐他們的,將保羅夜裏帶到安提帕底。
Əsgərlər onlara verilən əmrə əməl edərək gecə ikən Paulu götürüb Antipatrisə apardılar.
32 第二天,讓馬兵護送,他們就回營樓去。
Ertəsi gün atlıları Paulla birlikdə yollarına davam etmək üçün ötürəndən sonra qalaya qayıtdılar.
33 馬兵來到凱撒利亞,把文書呈給巡撫,便叫保羅站在他面前。
Atlılar Qeysəriyyəyə çatan kimi məktubu valiyə verəndə Paulu da ona təslim etdilər.
34 巡撫看了文書,問保羅是哪省的人,既曉得他是基利家人,
Vali məktubu oxuyandan sonra Paulun hansı vilayətdən olduğunu soruşdu. Öyrənəndə ki Kilikiyadandır,
35 就說:「等告你的人來到,我要細聽你的事」;便吩咐人把他看守在希律的衙門裏。
belə dedi: «Səni ittiham edənlər gələndə sənin işinə baxacağam». Bundan sonra əmr verdi ki, Paulu Hirod sarayında nəzarət altında saxlasınlar.

< 使徒行傳 23 >