< 使徒行傳 21 >

1 我們離別了眾人,就開船一直行到哥士。第二天到了羅底,從那裏到帕大喇,
Onlardan ayrılıb dənizə çıxanda birbaşa Kosa getdik, səhəri gün isə Rodosa, oradan da Pataraya keçdik.
2 遇見一隻船要往腓尼基去,就上船起行。
Finikiyaya gedən bir gəmi tapdıq və ona minib dənizlə getdik.
3 望見塞浦路斯,就從南邊行過,往觜利亞去,我們就在泰爾上岸,因為船要在那裏卸貨。
Kipri gördük və onun cənubundan keçdik. Suriya istiqamətinə getdik və Sur şəhərində sahilə çıxdıq. Gəmi yükünü orada boşaltmalı idi.
4 找着了門徒,就在那裏住了七天。他們被聖靈感動,對保羅說:「不要上耶路撒冷去。」
Orada şagirdləri axtarıb tapdıq və yanlarında bir həftə qaldıq. Şagirdlər Ruhun təsiri ilə Paula xəbərdarlıq etdilər ki, Yerusəlimə getməsin.
5 過了這幾天,我們就起身前行。他們眾人同妻子兒女,送我們到城外,我們都跪在岸上禱告,彼此辭別。
Amma oradakı günlərimiz başa çatanda bu şəhərdən çıxıb yolumuza davam etdik. İmanlıların hamısı öz arvad-uşaqları ilə bərabər bizi şəhərin kənarına qədər ötürdü və sahildə diz çökərək dua etdik.
6 我們上了船,他們就回家去了。
Bir-birimizlə vidalaşandan sonra biz gəmiyə mindik, onlar da evlərinə qayıtdılar.
7 我們從泰爾行盡了水路,來到多利買,就問那裏的弟兄安,和他們同住了一天。
Surdan dəniz səyahətimizə davam edərək Ptolemaisə gəldik və orada imanlı bacı-qardaşlara baş çəkib bir gün yanlarında qaldıq.
8 第二天,我們離開那裏,來到凱撒利亞,就進了傳福音的腓利家裏,和他同住。他是那七個執事裏的一個。
Ertəsi gün onlardan ayrılıb Qeysəriyyəyə gəldik. Yeddi köməkçidən biri olan müjdəçi Filipin evinə gedib orada qaldıq.
9 他有四個女兒,都是處女,是說預言的。
Bu kişinin peyğəmbərlik edən dörd subay qızı var idi.
10 我們在那裏多住了幾天,有一個先知,名叫亞迦布,從猶太下來,
Oraya çatandan bir neçə gün sonra Yəhudeyadan Aqab adlı bir peyğəmbər gəldi.
11 到了我們這裏,就拿保羅的腰帶捆上自己的手腳,說:「聖靈說:猶太人在耶路撒冷,要如此捆綁這腰帶的主人,把他交在外邦人手裏。」
O bizə yaxınlaşıb Paulun kəmərini götürüb öz əllərini və ayaqlarını bağlayaraq dedi: «Müqəddəs Ruh belə deyir: “Yəhudilər bu kəmərin sahibini Yerusəlimdə belə bağlayıb başqa millətlərə təslim edəcəklər”».
12 我們和那本地的人聽見這話,都苦勸保羅不要上耶路撒冷去。
Bu sözləri eşidəndə həm biz, həm də oranın sakinləri Paula yalvardıq ki, Yerusəlimə getməsin.
13 保羅說:「你們為甚麼這樣痛哭,使我心碎呢?我為主耶穌的名,不但被人捆綁,就是死在耶路撒冷也是願意的。」
Buna cavab olaraq Paul belə dedi: «Nə olub? Niyə ağlayıb ürəyimi sızladırsınız? Mən Rəbb İsanın adı uğrunda Yerusəlimdə təkcə əl-ayağımın bağlanmasına deyil, ölümə də hazıram».
14 保羅既不聽勸,我們便住了口,只說:「願主的旨意成就」,便了。
Paulu razı sala bilmədikdə «Qoy Rəbbin iradəsi olsun!» deyərək susduq.
15 過了幾日,我們收拾行李上耶路撒冷去。
Bir müddət keçəndən sonra biz hazırlıq işlərini görüb Yerusəlimə tərəf getdik.
16 有凱撒利亞的幾個門徒和我們同去,帶我們到一個久為門徒的家裏,叫我們與他同住;他名叫拿孫,是塞浦路斯人。
Qeysəriyyədə yaşayan şagirdlərin bəzisi də bizimlə birgə gəldi. Onlar bizi ilk şagirdlərdən biri olan Kiprli Minasonun evinə apardı, çünki biz onların evində qalacaqdıq.
17 到了耶路撒冷,弟兄們歡歡喜喜地接待我們。
Yerusəlimə çatanda imanlı bacı-qardaşlar bizi sevinclə qarşıladılar.
18 第二天,保羅同我們去見雅各;長老們也都在那裏。
Ertəsi gün Paulla birlikdə Yaqubu görməyə getdik. Cəmiyyət ağsaqqallarının hamısı oraya yığılmışdı.
19 保羅問了他們安,便將上帝用他傳教,在外邦人中間所行之事,一一地述說了。
Paul onlardan hal-əhval tutandan sonra öz xidməti ilə əlaqədar olaraq Allahın başqa millətlər arasında gördüyü işlərdən ətraflı məlumat verdi.
20 他們聽見,就歸榮耀與上帝,對保羅說:「兄台,你看猶太人中信主的有多少萬,並且都為律法熱心。
Bunları eşidəndə Allahı izzətləndirdilər. Paula dedilər: «Görürsənmi, qardaş, Yəhudilər arasında on minlərlə imanlı var və hamısı Qanunun qeyrətini çəkir.
21 他們聽見人說,你教訓一切在外邦的猶太人離棄摩西,對他們說,不要給孩子行割禮,也不要遵行條規。
Onlar sənin barəndə xəbər tutublar ki, başqa millətlər arasında yaşayan bütün Yəhudilərə oğullarını sünnət etməyib adət-ənənələrimizə görə yaşamamağı və Musadan dönməyi öyrədirsən.
22 眾人必聽見你來了,這可怎麼辦呢?
İndi nə edək? Mütləq sənin bura gəldiyini eşidəcəklər.
23 你就照着我們的話行吧! 我們這裏有四個人,都有願在身。
Ona görə sənə dediklərimizə əməl et. Bizim aramızda əhd edən dörd kişi var.
24 你帶他們去,與他們一同行潔淨的禮,替他們拿出規費,叫他們得以剃頭。這樣,眾人就可知道,先前所聽見你的事都是虛的;並可知道,你自己為人,循規蹈矩,遵行律法。
Bunları yanına al və onlarla birgə paklanma mərasiminə qoşul. Başlarını qırxdırmaq üçün qurban xərclərini sən çək. Bununla da hamı biləcək ki, sənin haqqında eşitdikləri əsassızdır, sən də Qanuna riayət edirsən.
25 至於信主的外邦人,我們已經寫信擬定,叫他們謹忌那祭偶像之物,和血,並勒死的牲畜,與姦淫。」
Başqa millətlərdən olan imanlılara gəlincə, biz qərara alıb onlara məktub vasitəsilə yazmışıq ki, bütlərə təqdim olunan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməsinlər, həmçinin özlərini əxlaqsızlıqdan saxlasınlar».
26 於是保羅帶着那四個人,第二天與他們一同行了潔淨的禮,進了殿,報明潔淨的日期滿足,只等祭司為他們各人獻祭。
Bundan sonra Paul bu dörd kişini yanına alıb ertəsi gün onlarla bərabər özünü pak etdi. Sonra məbədə girərək paklanma dövrünün nə vaxt qurtaracağını, hər birinin adına nə vaxt qurban təqdim ediləcəyini elan etdi.
27 那七日將完,從亞細亞來的猶太人看見保羅在殿裏,就聳動了眾人,下手拿他,
Yeddi günlük müddət qurtarmaq üzrə Asiya vilayətindən olan Yəhudilər Paulu məbəddə görəndə bütün izdihamı təşvişə salaraq onu yaxaladılar
28 喊叫說:「以色列人來幫助,這就是在各處教訓眾人糟踐我們百姓和律法,並這地方的。他又帶着希臘人進殿,污穢了這聖地。」(
və qışqırdılar: «Ey İsraillilər, kömək edin! Hər yerdə hər kəsə, xalqımıza, Qanuna və bu Müqəddəs məkana qarşı təlim öyrədən adam budur. Həmçinin məbədə bəzi Yunanları gətirərək bu Müqəddəs məkanı murdarladı».
29 這話是因他們曾看見以弗所人特羅非摩同保羅在城裏,以為保羅帶他進了殿。)
Bu Yəhudilər Efesli Trofimi əvvəllər şəhərdə Paulun yanında gördükləri üçün elə bilirdilər ki, onu Paul məbədə gətirib.
30 合城都震動,百姓一齊跑來,拿住保羅,拉他出殿,殿門立刻都關了。
Bütün şəhər oyandı. Camaat hər tərəfdən qaçıb-gələrək Paulu tutub məbəddən bayıra sürüdü. Dərhal məbəd qapıları bağlandı.
31 他們正想要殺他,有人報信給營裏的千夫長說:「耶路撒冷合城都亂了。」
Onlar Paulu öldürməyə çalışırdılar ki, bütün Yerusəlimin təşvişə düşməsi xəbəri Roma alayının minbaşısına çatdırıldı.
32 千夫長立時帶着兵丁和幾個百夫長,跑下去到他們那裏。他們見了千夫長和兵丁,就止住不打保羅。
Minbaşı dərhal yüzbaşılarla əsgərləri özü ilə götürərək izdiham olan yerə qaçdı. Minbaşı ilə əsgərləri görən camaat Paulu döyməyi dayandırdı.
33 於是千夫長上前拿住他,吩咐用兩條鐵鍊捆鎖;又問他是甚麼人,做的是甚麼事。
O zaman minbaşı yaxına gəlib Paulu tutdu və əmr etdi ki, onu qoşa zəncirlə bağlasınlar. Sonra soruşdu: «Bu adam kimdir? Nə edib?»
34 眾人有喊叫這個的,有喊叫那個的;千夫長因為這樣亂嚷,得不着實情,就吩咐人將保羅帶進營樓去。
İzdiham içində hər ağızdan bir avaz gəlir, qışqırışırdılar. Hay-küydən minbaşı heç nə müəyyənləşdirə bilmədi, ona görə Paulun qalaya aparılmasını əmr etdi.
35 到了臺階上,眾人擠得兇猛,兵丁只得將保羅抬起來。
Paul pilləkəndə olanda xalq elə qızışmışdı ki, əsgərlər onu əlləri üstündə aparmalı oldular.
36 眾人跟在後面,喊着說:「除掉他!」
Çünki izdiham onun ardınca düşüb qışqırırdı: «Öldürün onu!»
37 將要帶他進營樓,保羅對千夫長說:「我對你說句話可以不可以?」他說:「你懂得希臘話嗎?
Paul qalaya gətirilməkdə ikən o, minbaşıdan soruşdu: «Səndən bir söz soruşmaq olar?» Minbaşı dedi: «Sən Yunan dilini bilirsən?
38 你莫非是從前作亂、帶領四千兇徒往曠野去的那埃及人嗎?」
Sən bu yaxınlarda iğtişaş yaratmağa başlayan dörd min qatili səhraya aparan Misirli deyilsənmi?»
39 保羅說:「我本是猶太人,生在基利家的大數,並不是無名小城的人。求你准我對百姓說話。」
Paul dedi: «Mən Yəhudiyəm, Kilikiyanın Tarsus şəhərindənəm, məşhur bir şəhərin vətəndaşıyam. Rica edirəm, bu xalqa bir neçə söz deməyə izin ver».
40 千夫長准了。保羅就站在臺階上,向百姓擺手,他們都靜默無聲,保羅便用希伯來話對他們說:
Minbaşı icazə verəndən sonra Paul pilləkənlərin üstünə çıxıb diqqəti cəlb etmək üçün xalqa əli ilə işarə etdi. Dərin sükut çökəndə İbrani dilində danışmağa başlayaraq dedi:

< 使徒行傳 21 >