< 使徒行傳 18 >

1 這事以後,保羅離了雅典,來到哥林多。
Bundan sonra Paul Afinadan çıxıb Korinfə getdi.
2 遇見一個猶太人,名叫亞居拉,他生在本都;因為克勞第命猶太人都離開羅馬,新近帶着妻百基拉,從意大利來。保羅就投奔了他們。
Orada Pontda doğulan Akila adlı bir Yəhudiyə rast gəldi. O, arvadı Priskila ilə birlikdə İtaliyadan yenicə gəlmişdi. Çünki Klavdi əmr vermişdi ki, Romada olan bütün Yəhudilər oradan çıxsınlar. Paul onların yanına getdi.
3 他們本是製造帳棚為業。保羅因與他們同業,就和他們同住做工。
Onların peşəsi çadırçılıq idi və eyni peşə sahibi olan Paul buna görə onların yanında qalıb çalışdı.
4 每逢安息日,保羅在會堂裏辯論,勸化猶太人和希臘人。
Paul hər Şənbə günü sinaqoqda mübahisə edib həm Yəhudiləri, həm də Yunanları inandırırdı.
5 西拉和提摩太從馬其頓來的時候,保羅為道迫切,向猶太人證明耶穌是基督。
Sila ilə Timotey Makedoniyadan gələn kimi Paul özünü tamamilə kəlama həsr etdi və Yəhudilərə İsanın Məsih olmasına dair şəhadət edirdi.
6 他們既抗拒、毀謗,保羅就抖着衣裳,說:「你們的罪歸到你們自己頭上,與我無干。從今以後,我要往外邦人那裏去。」
Amma Yəhudilər onun əleyhinə çıxaraq böhtan atmağa başlayan kimi Paul yaxasını çırpıb onlara dedi: «Qanınız öz başınıza dönsün, mən bu işdə təmizəm. Bundan sonra başqa millətlərdən olanların yanına gedəcəyəm».
7 於是離開那裏,到了一個人的家中;這人名叫提多‧猶士都,是敬拜上帝的,他的家靠近會堂。
Paul oradan çıxdı, Allaha mömin olan Titi Yust adlı bir nəfərin evinə getdi. Onun evi sinaqoqa bitişik idi.
8 管會堂的基利司布和全家都信了主,還有許多哥林多人聽了,就相信受洗。
Sinaqoq rəisi Krisp bütün ev əhli ilə birgə Rəbbə iman etdi. Korinflilərin bir çoxu Paulu dinləyəndə iman gətirərək vəftiz oldu.
9 夜間,主在異象中對保羅說:「不要怕,只管講,不要閉口,
Bir gecə Rəbb görüntüdə Paula dedi: «Qorxma, danış, susma.
10 有我與你同在,必沒有人下手害你,因為在這城裏我有許多的百姓。」
Bax Mən səninləyəm, heç kimin sənə pisliyi dəyməyəcək, çünki bu şəhərdə xalqım çoxdur».
11 保羅在那裏住了一年零六個月,將上帝的道教訓他們。
Paul orada il yarım qaldı və dayanmadan xalqa Allahın kəlamını öyrətdi.
12 到迦流作亞該亞方伯的時候,猶太人同心起來攻擊保羅,拉他到公堂,
Axayya valisi Qalliyo olan zaman Yəhudilər birləşərək Paula hücum etdilər və onu valinin hökm kürsüsü qarşısına çıxartdılar.
13 說:「這個人勸人不按着律法敬拜上帝。」
Belə dedilər: «Bu adam Allaha qeyri-qanuni şəkildə ibadət etmək üçün insanları tovlayır».
14 保羅剛要開口,迦流就對猶太人說:「你們這些猶太人!如果是為冤枉或奸惡的事,我理當耐性聽你們。
Paul danışmaq istəyirdi ki, Qalliyo Yəhudilərə dedi: «Ey Yəhudilər, əgər ittihamınız bir haqsızlıq və yaxud ağır cinayət işinə görə olsaydı, sizi səbirlə dinləməyi məsləhət bilərdim.
15 但所爭論的,若是關乎言語、名目,和你們的律法,你們自己去辦吧!這樣的事我不願意審問」;
Amma məsələlər bir təlimlə, bəzi adlarla və sizin qanununuzla bağlı olduğu üçün bu işi özünüz həll edin. Mən belə şeylərə hakimlik etmək istəmirəm».
16 就把他們攆出公堂。
Beləliklə, onları hökm kürsüsündən qovdu.
17 眾人便揪住管會堂的所提尼,在堂前打他。這些事迦流都不管。
Hamı sinaqoq rəisi Sosteni tutub hökm kürsüsünün qarşısında döydü. Qalliyo isə bu hadisələrə əhəmiyyət vermədi.
18 保羅又住了多日,就辭別了弟兄,坐船往觜利亞去;百基拉、亞居拉和他同去。他因為許過願,就在堅革哩剪了頭髮。
Paul Korinfdə olan imanlı bacı-qardaşların yanında xeyli gün qaldı və sonra onlarla vidalaşıb Priskila və Akila ilə birgə Suriyaya getmək üçün yelkən açdı. O, Kenxreya limanında saçını qırxdırmışdı, çünki bir əhd etmişdi.
19 到了以弗所,保羅就把他們留在那裏,自己進了會堂,和猶太人辯論。
Onlar Efesə çatanda Priskila ilə Akiladan ayrılaraq sinaqoqa girdi və Yəhudilərlə mübahisə etməyə başladı.
20 眾人請他多住些日子,他卻不允,
Ondan xahiş edəndə ki burada daha bir müddət qalsın, buna razı olmadı.
21 就辭別他們,說:「上帝若許我,我還要回到你們這裏」;於是開船離了以弗所。
Amma onlarla vidalaşanda belə dedi: «Allah qoysa, yenə yanınıza gələcəyəm». Sonra Efesdən yelkən açıb getdi.
22 在凱撒利亞下了船,就上 耶路撒冷去問教會安,隨後下安提阿去。
Qeysəriyyəyə çatandan sonra Yerusəlimə gedərək imanlılar cəmiyyətinə baş çəkdi və sonra oradan Antakyaya keçdi.
23 住了些日子,又離開那裏,挨次經過加拉太和弗呂家地方,堅固眾門徒。
Bir müddət orada qalandan sonra yola çıxdı. Qalatiya və Frigiya bölgələrini gəzib dolaşaraq oradakı şagirdləri ruhən möhkəmləndirdi.
24 有一個猶太人,名叫亞波羅,來到以弗所。他生在亞歷山大,是有學問的,最能講解聖經。
Bu ərəfədə İsgəndəriyyədə doğulmuş Apollo adlı bir Yəhudi Efesə gəldi. Onun yaxşı natiqliyi var idi və Müqəddəs Yazıları çox yaxşı bilirdi,
25 這人已經在主的道上受了教訓,心裏火熱,將耶穌的事詳細講論教訓人;只是他單曉得約翰的洗禮。
Rəbb yolunda da təhsil almışdı. O, ruhda alışıb-yanaraq danışır və yalnız Yəhyanın vəftizindən xəbəri olduğu halda İsa ilə bağlı həqiqətləri doğru öyrədirdi.
26 他在會堂裏放膽講道;百基拉、亞居拉聽見,就接他來,將上帝的道給他講解更加詳細。
O, sinaqoqda cəsarətlə danışmağa başladı. Ona qulaq asan Priskila ilə Akila onu yanlarına çəkib Allah yolu barədə daha dəqiq izahat verdilər.
27 他想要往亞該亞去,弟兄們就勉勵他,並寫信請門徒接待他。他到了那裏,多幫助那蒙恩信主的人,
Apollo Axayyaya getmək istəyəndə bacı-qardaşlar onu həvəsləndirdilər və oradakı şagirdlərə məktub yazdılar ki, onu yaxşı qarşılasınlar. Apollo oraya çatanda Allahın lütfü ilə iman edənlərə çox kömək etdi.
28 在眾人面前極有能力駁倒猶太人,引聖經證明耶穌是基督。
Belə ki Müqəddəs Yazılarla İsanın Məsih olduğunu sübuta yetirərək Yəhudilərin iddialarını açıq şəkildə və güclü surətdə inkar edirdi.

< 使徒行傳 18 >