< 使徒行傳 15 >

1 有幾個人從猶太下來,教訓弟兄們說:「你們若不按摩西的規條受割禮,不能得救。」
Yəhudeyadan gələn bəzi adamlar Antakyadakı imanlı bacı-qardaşlara belə təlim öyrədirdi: «Əgər siz Musanın qoyduğu adətə görə sünnət olmasanız, xilas ola bilməzsiniz».
2 保羅、巴拿巴與他們大大地紛爭辯論;眾門徒就定規,叫保羅、巴拿巴和本會中幾個人,為所辯論的,上耶路撒冷去見使徒和長老。
Paul və Barnaba bu adamlarla çox çəkişib mübahisə etdi. Nəhayət qərara alındı ki, Paulla Barnaba digər qardaşlardan bir neçəsini götürərək Yerusəlimə gedib bu sualın müzakirəsi üçün həvarilər və ağsaqqallarla görüşsünlər.
3 於是教會送他們起行。他們經過腓尼基、撒馬利亞,隨處傳說外邦人歸主的事,叫眾弟兄都甚歡喜。
Beləliklə, cəmiyyət tərəfindən göndərilənlər Finikiya və Samariya bölgələrindən keçdilər. Başqa millətlərin Allaha tərəf necə dönmələrini xəbər verə-verə oradakı bütün imanlı bacı-qardaşları çox sevindirdilər.
4 到了耶路撒冷,教會和使徒並長老都接待他們,他們就述說上帝同他們所行的一切事。
Yerusəlimə çatanda oradakı imanlılar cəmiyyəti və həvarilərlə ağsaqqallar onları yaxşı qarşıladılar. Allahın onlar vasitəsilə etdiyi hər şeyi danışdılar.
5 惟有幾個信徒, 是法利賽教門的人,起來說:「必須給外邦人行割禮,吩咐他們遵守摩西的律法。」
Amma farisey təriqətindən olmuş bəzi imanlılar qalxıb belə dedilər: «Başqa millətlərdən olanları sünnət etmək və onlara Musanın Qanununa riayət etmələrini əmr etmək lazımdır».
6 使徒和長老聚會商議這事;
Həvarilərlə ağsaqqallar bu mövzunun müzakirəsi üçün toplaşdılar.
7 辯論已經多了,彼得就起來,說:「諸位弟兄,你們知道上帝早已在你們中間揀選了我,叫外邦人從我口中得聽福音之道,而且相信。
Uzun-uzadı mübahisələrdən sonra Peter ayağa qalxıb dedi: «Qardaşlar, bildiyiniz kimi Allah aranızdan çoxdan bəri məni seçib ki, başqa millətlərdən olanlar Müjdəni mənim dilimdən eşidib iman etsinlər.
8 知道人心的上帝也為他們作了見證,賜聖靈給他們,正如給我們一樣;
İnsanın ürəyindən xəbərdar olan Allah bizə verdiyi kimi Müqəddəs Ruhu onlara da verməklə təsdiq etdi ki, onları qəbul edir.
9 又藉着信潔淨了他們的心,並不分他們我們。
Onlarla bizim aramızda heç bir ayrı-seçkilik yaratmadı, imanları ilə onların da ürəklərini təmizlədi.
10 現在為甚麼試探上帝,要把我們祖宗和我們所不能負的軛放在門徒的頸項上呢?
Elə isə nə bizim, nə də ata-babalarımızın gəzdirə bilmədiyi boyunduruğu niyə bu şagirdlərin boynuna yükləyərək Allahı sınağa çəkirsiniz?
11 我們得救乃是因主耶穌的恩,和他們一樣,這是我們所信的。」
Əksinə, inanırıq ki, biz də Rəbb İsanın lütfü ilə xilas oluruq, onlar da».
12 眾人都默默無聲,聽巴拿巴和保羅述說上帝藉他們在外邦人中所行的神蹟奇事。
Onda bütün toplantı sakitləşdi və Barnaba ilə Paula qulaq asmağa başladılar. Barnaba ilə Paul Allahın onlar vasitəsilə başqa millətlər arasında göstərdiyi əlamət və xariqələrin hamısını danışdı.
13 他們住了聲,雅各就說:「諸位弟兄,請聽我的話。
Onlar sözlərini yekunlaşdırandan sonra Yaqub söz alıb dedi: «Qardaşlar, mənə qulaq asın!
14 方才西門述說上帝當初怎樣眷顧外邦人,從他們中間選取百姓歸於自己的名下;
Allah başqa millətlərdən Öz adı üçün bir xalq yaratmaq məqsədi ilə onlara ilk dəfə necə nəzər salması barədə Şimon izahat verdi.
15 眾先知的話也與這意思相合。
Peyğəmbərlərin sözləri bunu təsdiqləyir. Orada yazıldığı kimi:
16 正如經上所寫的: 此後,我要回來, 重新修造大衛倒塌的帳幕, 把那破壞的重新修造建立起來,
“Bundan sonra qayıdacağam, Davudun yıxılan çadırını bərpa edəcəyəm. Onun dağılan yerlərini yenidən tikəcəyəm, Onu əvvəlki halına salacağam,
17 叫餘剩的人, 就是凡稱為我名下的外邦人, 都尋求主。
Ona görə ki qalan insanlar – Mənim adımla çağırılan bütün millətlər Rəbbi axtarsınlar. Bunları qədimdən bəri məlum edən Rəbb belə deyir”. (aiōn g165)
18 這話是從創世以來顯明這事的主說的。 (aiōn g165)
19 「所以據我的意見,不可難為那歸服上帝的外邦人;
Beləliklə, bu qərara gəlmişəm ki, başqa millətlərdən Allaha tərəf dönənlərə maneçilik törətməməliyik.
20 只要寫信,吩咐他們禁戒偶像的污穢和姦淫,並勒死的牲畜和血。
Lakin onlara yazmalıyıq ki, bütlərə təqdim olunub murdarlanan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməsinlər; əxlaqsızlıqdan da özlərini uzaq saxlasınlar.
21 因為從古以來,摩西的書在各城有人傳講,每逢安息日,在會堂裏誦讀。」
Çünki qədim nəsillərin dövründən bəri hər şəhərdə Musanın sözlərini vəz edənlər var və bu sözlər hər Şənbə günü sinaqoqlarda oxunmaqdadır».
22 那時,使徒和長老並全教會定意從他們中間揀選人,差他們和保羅、巴拿巴同往安提阿去;所揀選的就是稱呼巴撒巴的猶大和西拉。這兩個人在弟兄中是作首領的。
Buna görə bütün imanlılar cəmiyyəti ilə həvarilər və ağsaqqallar razılığa gəldilər ki, öz aralarından adamlar seçib Paul və Barnaba ilə birlikdə Antakyaya göndərsinlər. İmanlı bacı-qardaşlar arasında rəhbərlik edən Barsabba adlanan Yəhuda ilə Silanı seçdilər.
23 於是寫信交付他們,內中說:「使徒和作長老的弟兄們問安提阿、觜利亞、基利家外邦眾弟兄的安。
Onların əlinə bu məktubu verib göndərdilər: «İmanlı qardaşlarınız olan biz həvarilərlə ağsaqqallardan Antakya, Suriya və Kilikiyada yaşayan, başqa millətlərdən olan bacı-qardaşlara salam!
24 我們聽說,有幾個人從我們這裏出去,用言語攪擾你們,惑亂你們的心。其實我們並沒有吩咐他們。
Eşitdik ki, bizlərdən bəzi adamlar yanınıza gəlib sözləri ilə sizi lərzəyə salaraq düşüncələrinizi qarışdırıblar. Lakin bunu onlara biz tapşırmamışdıq.
25 所以,我們同心定意,揀選幾個人,差他們同我們所親愛的巴拿巴和保羅往你們那裏去。
Ona görə də aramızdan bəzi adamları seçib sevimli dostlarımız Barnaba və Paulla bərabər sizin yanınıza göndərməyi yekdilliklə qərara aldıq.
26 這二人是為我主耶穌基督的名不顧性命的。
Hər ikisi Rəbbimiz İsa Məsihin adı uğrunda canını təhlükəyə atıb.
27 我們就差了猶大和西拉,他們也要親口訴說這些事。
Qərarımıza müvafiq sizin yanınıza Yəhuda ilə Silanı göndəririk ki, eyni şeyləri sizə şifahi olaraq şərh etsinlər.
28 因為聖靈和我們定意不將別的重擔放在你們身上,惟有幾件事是不可少的,
Müqəddəs Ruh və biz vacib olan bu qaydalardan başqa sizin üstünüzə heç nəyi yükləməməyi lazım bildik:
29 就是禁戒祭偶像的物和血,並勒死的牲畜和姦淫。這幾件你們若能自己禁戒不犯就好了。願你們平安!」
Bütlərə təqdim olunan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməyin; əxlaqsızlıqdan da özünüzü uzaq saxlayın. Bunlardan qaçsanız, düz edərsiniz. Salamat qalın».
30 他們既奉了差遣,就下安提阿去,聚集眾人,交付書信。
Beləliklə, adamlar yola düşüb Antakyaya getdilər və camaatı bir yerə yığıb məktubu onlara verdilər.
31 眾人念了,因為信上安慰的話就歡喜了。
İmanlılar ucadan oxunan məktubun ürəkləndirici sözlərindən sevindilər.
32 猶大和西拉也是先知,就用許多話勸勉弟兄,堅固他們。
İkisi də peyğəmbər olan Yəhuda və Sila bir çox danışıqlar apararaq imanlı bacı-qardaşları ürəkləndirib ruhən möhkəmləndirdilər.
33 住了些日子,弟兄們打發他們平平安安地回到差遣他們的人那裏去。
Bir müddət orada qalandan sonra onları göndərənlərin yanına qayıtmaq üçün bacı-qardaşlar tərəfindən əmin-arxayın yola salındılar.
35 但保羅和巴拿巴仍住在安提阿,和許多別人一同教訓人,傳主的道。
Paulla Barnaba Antakyada qalıb xeyli başqa adamla birlikdə Rəbbin kəlamını öyrədərək Müjdəni yaydılar.
36 過了些日子,保羅對巴拿巴說:「我們可以回到從前宣傳主道的各城,看望弟兄們景況如何。」
Bundan bir qədər sonra Paul Barnabaya dedi: «Rəbbin kəlamını elan etdiyimiz bütün şəhərlərə qayıdıb imanlı bacı-qardaşlara baş çəkək, hal-əhval tutaq».
37 巴拿巴有意要帶稱呼馬可的約翰同去;
Barnaba istədi ki, Mark adlanan Yəhyanı da aparsınlar.
38 但保羅因為馬可從前在旁非利亞離開他們,不和他們同去做工,就以為不可帶他去。
Amma Paul Pamfiliyada onları atıb gedən, onlarla birlikdə işini başa çatdırmayan adamı özləri ilə götürməyi məsləhət bilmədi.
39 於是二人起了爭論,甚至彼此分開。巴拿巴帶着馬可,坐船往塞浦路斯去;
Onların arasında elə kəskin fikir ayrılığı oldu ki, bir-birlərindən ayrıldılar. Barnaba Markı götürüb Kiprə doğru yelkən açdı.
40 保羅揀選了西拉,也出去,蒙弟兄們把他交於主的恩中。
Paul isə Silanı seçdi və imanlı bacı-qardaşlar tərəfindən Rəbbin lütfünə əmanət ediləndən sonra yola çıxdı.
41 他就走遍觜利亞、基利家,堅固眾教會。
Onlar Suriya və Kilikiyanı gəzib-dolaşdılar və cəmiyyətləri möhkəmləndirdilər.

< 使徒行傳 15 >