< 提摩太後書 4 >

1 我在上帝面前,並在將來審判活人死人的基督耶穌面前,憑着他的顯現和他的國度囑咐你:
Allahın və dirilərlə ölüləri mühakimə edəcək Məsih İsanın önündə Onun zühuru və Padşahlığının haqqı üçün sənə buyururam ki,
2 務要傳道,無論得時不得時,總要專心,並用百般的忍耐、各樣的教訓責備人,警戒人,勸勉人。
Allahın kəlamını vəz edəsən, hansı vaxt olursa-olsun hazır olasan, insanlara tam səbirlə təlim öyrədərək məzəmmət, xəbərdarlıq və nəsihət verəsən.
3 因為時候要到,人必厭煩純正的道理,耳朵發癢,就隨從自己的情慾增添好些師傅,
Çünki elə bir zaman gələcək ki, sağlam təlimə dözməyəcəklər. Qulaq oxşayan sözlər eşitmək üçün ətraflarına öz ehtiraslarına uyğun müəllimlər toplayacaqlar.
4 並且掩耳不聽真道,偏向荒渺的言語。
Qulaqlarını həqiqətdən döndərəcək, əfsanələrə meyl göstərəcəklər.
5 你卻要凡事謹慎,忍受苦難,做傳道的工夫,盡你的職分。
Amma sən hər vəziyyətdə ayıq ol. Əzaba qatlaş, müjdəçilik işini yerinə yetir, öz xidmətinə tam əməl et.
6 我現在被澆奠,我離世的時候到了。
Çünki qanım artıq içmə təqdimi kimi tökülmək üzrədir. Artıq ayrılma zamanım gəldi.
7 那美好的仗我已經打過了,當跑的路我已經跑盡了,所信的道我已經守住了。
Mən yaxşı mübarizə aparmışam, yolumu sona çatdırdım, imanı saxladım.
8 從此以後,有公義的冠冕為我存留,就是按着公義審判的主到了那日要賜給我的;不但賜給我,也賜給凡愛慕他顯現的人。
İndi salehlik tacı mənim üçün hazır durur. Ədalətli Hakim olan Rəbb qiyamət günü onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək.
9 你要趕緊地到我這裏來。
Yanıma tez gəlməyə çalış.
10 因為底馬貪愛現今的世界,就離棄我往帖撒羅尼迦去了;革勒士往加拉太去;提多往撻馬太去; (aiōn g165)
Çünki Dima indiki dövrü sevdiyi üçün məni tərk edib Salonikə getdi. Kreskent Qalatiyaya, Tit isə Dalmatiyaya getdi. (aiōn g165)
11 獨有路加在我這裏。你來的時候,要把馬可帶來,因為他在傳道的事上於我有益處。
Yalnız Luka yanımdadır. Markı da götür özünlə gətir, çünki o etdiyim xidmətdə mənə yardım edir.
12 我已經打發推基古往以弗所去。
Tixiki isə Efesə göndərdim.
13 我在特羅亞留於加布的那件外衣,你來的時候可以帶來,那些書也要帶來,更要緊的是那些皮卷。
Troasda Karpın yanında qoyduğum yapıncını, kitabları, xüsusən, yazılı dəriləri də gələndə gətir.
14 銅匠亞歷山大多多地害我;主必照他所行的報應他。
Misgər İsgəndər mənə çox pislik etdi. Rəbb ona əməllərinin əvəzini verəcək.
15 你也要防備他,因為他極力敵擋了我們的話。
Sən də ondan özünü gözlə. Çünki söylədiklərimizə ciddi-cəhdlə zidd getdi.
16 我初次申訴,沒有人前來幫助,竟都離棄我;但願這罪不歸與他們。
Mən ilk dəfə müdafiə olunanda heç kim mənə tərəfdar çıxmadı, hamı məni tərk etdi. Qoy onlara günah sayılmasın.
17 惟有主站在我旁邊,加給我力量,使福音被我盡都傳明,叫外邦人都聽見;我也從獅子口裏被救出來。
Lakin Rəbb köməyimə gəlib mənə güc verdi ki, vəz mənim vasitəmlə tam elan edilsin və onu bütün millətlər eşitsin. Mən aslanın ağzından xilas oldum.
18 主必救我脫離諸般的凶惡,也必救我進他的天國。願榮耀歸給他,直到永永遠遠。阿們。 (aiōn g165)
Rəbb məni hər cür pis əməldən qurtaracaq və Öz Səmavi Padşahlığı üçün xilas edəcək. Ona əbədi olaraq izzət olsun! Amin. (aiōn g165)
19 問百基拉、亞居拉,和阿尼色弗一家的人安。
Priskila ilə Akilaya və Onisiforun ev əhlinə salam söylə.
20 以拉都在哥林多住下了。特羅非摩病了,我就留他在米利都。
Erast Korinfdə qaldı. Trofimi isə xəstə halda Miletdə qoydum.
21 你要趕緊在冬天以前到我這裏來。有友布羅、布田、利奴、革老底亞,和眾弟兄都問你安。
Çalış ki, qışdan əvvəl gələsən. Evvul, Pudent, Lin, Klavdiya və bütün bacı-qardaşlar sənə salam göndərir.
22 願主與你的靈同在!願恩惠常與你們同在!
Rəbb sənin ruhuna yar olsun! Sizə lütf olsun!

< 提摩太後書 4 >