< 帖撒羅尼迦後書 2 >

1 弟兄們,論到我們主耶穌基督降臨和我們到他那裏聚集,
Rəbbimiz İsa Məsihin zühuruna və bizim Onunla birlikdə olmaq üçün toplaşmağımıza gəlincə, qardaşlar, sizdən xahiş edirik:
2 我勸你們:無論有靈、有言語、有冒我名的書信,說主的日子現在到了,不要輕易動心,也不要驚慌。
qoy «Rəbbin günü çatmışdır» deyə iddia edən hər hansı bir ruh, bir söz yaxud guya bizdən gələn bir məktub sizi tez ağıldan çıxarıb təlaşa salmasın.
3 人不拘用甚麼法子,你們總不要被他誘惑;因為那日子以前,必有離道反教的事,並有那大罪人,就是沉淪之子,顯露出來。
Heç kim sizi heç bir şəkildə aldatmasın. Çünki əvvəl üsyan qaldırılaraq həlak edilməli qanunsuz adam meydana çıxmayınca o gün gəlməyəcək.
4 他是抵擋主,高抬自己,超過一切稱為神的和一切受人敬拜的,甚至坐在上帝的殿裏,自稱是上帝。
O adam, allah adlanan yaxud səcdə edilən hər şeyə qarşı çıxaraq özünü hamıdan üstün tutacaq. Belə ki Allahın məbədində əyləşib özünün Allah olduğunu elan edəcək.
5 我還在你們那裏的時候,曾把這些事告訴你們,你們不記得嗎?
Hələ yanınızda olarkən bunları sizə söylədiyim yadınızda deyilmi?
6 現在你們也知道,那攔阻他的是甚麼,是叫他到了的時候才可以顯露。
Bəli, vaxtı çatanda meydana çıxsın deyə indi o adama nəyin mane olduğunu bilirsiniz.
7 因為那不法的隱意已經發動,只是現在有一個攔阻的,等到那攔阻的被除去,
Hələ indi də qanunsuzluğun sirli gücü fəaliyyətdədir. Ancaq hələlik həmin gücə mane olan şəxs aradan qalxanadək belə olacaq.
8 那時這不法的人必顯露出來。主耶穌要用口中的氣滅絕他,用降臨的榮光廢掉他。
Sonra həmin qanunsuz adam meydana çıxacaq və Rəbb İsa onu ağzından çıxan nəfəsi ilə öldürəcək, Öz zühurunun əzəməti ilə məhv edəcək.
9 這不法的人來,是照撒但的運動,行各樣的異能、神蹟,和一切虛假的奇事,
Bu qanunsuz adam Şeytanın fəaliyyətinə əsaslanaraq hər cür yalan möcüzə, əlamət və xariqələrlə
10 並且在那沉淪的人身上行各樣出於不義的詭詐;因他們不領受愛真理的心,使他們得救。
və həmçinin hər cür haqsızlığın hiyləsi ilə gələcək ki, həqiqəti sevərək xilas olmaq əvəzinə, bunu rədd etdikləri üçün həlak olacaq insanları aldatsın.
11 故此,上帝就給他們一個生發錯誤的心,叫他們信從虛謊,
Buna görə Allah onların üzərinə aldadıcı bir qüvvə göndərir ki, yalana inansınlar.
12 使一切不信真理、倒喜愛不義的人都被定罪。
Belə ki həqiqətə inanmayıb haqsızlıq etməkdən zövq alanların hamısı mühakimə olunsun.
13 主所愛的弟兄們哪,我們本該常為你們感謝上帝;因為他從起初揀選了你們,叫你們因信真道,又被聖靈感動,成為聖潔,能以得救。
Bizsə, ey Rəbbin sevdiyi qardaşlar, sizin üçün həmişə Allaha şükür etməliyik. Çünki Allah başlanğıcdan sizi Ruhun təqdisi və həqiqətə iman vasitəsilə xilas üçün seçdi.
14 上帝藉我們所傳的福音召你們到這地步,好得着我們主耶穌基督的榮光。
Rəbbimiz İsa Məsihin izzətinə nail olmağınız üçün O bizim yaydığımız Müjdə ilə sizi bu xilasa çağırdı.
15 所以,弟兄們,你們要站立得穩,凡所領受的教訓,不拘是我們口傳的,是信上寫的,都要堅守。
Beləliklə, qardaşlar, möhkəm dayanın və sözümüz yaxud məktubumuz vasitəsilə öyrəndiyiniz təlimlərə bağlı qalın.
16 但願我們主耶穌基督和那愛我們、開恩將永遠的安慰並美好的盼望賜給我們的父上帝, (aiōnios g166)
Rəbbimiz İsa Məsihin Özü və bizi sevib lütfü ilə əbədi cəsarət və xeyirli ümid verən Atamız Allah (aiōnios g166)
17 安慰你們的心,並且在一切善行善言上堅固你們。
sizi ürəkləndirsin, hər yaxşı söz və əməldə möhkəmləndirsin.

< 帖撒羅尼迦後書 2 >