< 哥林多後書 5 >

1 我們原知道,我們這地上的帳棚若拆毀了,必得上帝所造,不是人手所造,在天上永存的房屋。 (aiōnios g166)
Bilirik ki, sığındığımız bu dünyəvi çadır dağılarsa, göylərdə Allahın bizə verdiyi binamız, əllə tikilməyən əbədi bir evimiz var. (aiōnios g166)
2 我們在這帳棚裏歎息,深想得那從天上來的房屋,好像穿上衣服;
İndi isə səmavi məskənimiz üstümüzü örtsün deyə həsrət çəkərək inləyirik.
3 倘若穿上,被遇見的時候就不至於赤身了。
Soyunuruqsa da, lüt-üryan qalmarıq.
4 我們在這帳棚裏歎息勞苦,並非願意脫下這個,乃是願意穿上那個,好叫這必死的被生命吞滅了。
Bu dünyəvi çadırda ikən hamımız ağır yük altında inləyirik. Çünki soyunmamızı deyil, üstümüzün örtülməsini istəyirik ki, həyat fani şeyləri yeyib-udsun.
5 為此,培植我們的就是上帝,他又賜給我們聖靈作憑據。
Bizi məhz bunun üçün hazırlaşdıran Allahdır. O, Ruhunu bizə girov verdi.
6 所以,我們時常坦然無懼,並且曉得我們住在身內,便與主相離。
Buna görə həmişə arxayınlığımız var, həm də bilirik ki, bu bədəndə məskunlaşdıqca Rəbdən uzağıq.
7 因我們行事為人是憑着信心,不是憑着眼見。
Gözlə görünənə deyil, imana görə həyat sürürük.
8 我們坦然無懼,是更願意離開身體與主同住。
Əlbəttə, arxayınlığımız var və bu bədəndən uzaqlaşıb Rəbbimizin yanında məskunlaşmağı üstün tuturuq.
9 所以,無論是住在身內,離開身外,我們立了志向,要得主的喜悅。
Buna görə bədəndə məskun və yaxud bədəndən uzaq olmağımıza baxmayaraq, məqsədimiz Rəbbi razı salmaqdır.
10 因為我們眾人必要在基督臺前顯露出來,叫各人按着本身所行的,或善或惡受報。
Çünki hər birimiz bu bədəndə olanda etdiyimiz əməllər pis də olsa, yaxşı da olsa, onların əvəzini almaq üçün Məsihin hökm kürsüsü önünə çıxmalıyıq.
11 我們既知道主是可畏的,所以勸人。但我們在上帝面前是顯明的,盼望在你們的良心裏也是顯明的。
Demək, Rəbdən qorxmanın nə olduğunu anladığımız üçün insanları inandırmağa çalışırıq. Allaha bizim kim olduğumuz aşkardır və ümidvaram ki, sizin vicdanınıza da aşkardır.
12 我們不是向你們再舉薦自己,乃是叫你們因我們有可誇之處,好對那憑外貌不憑內心誇口的人,有言可答。
Sizə özümüz barədə yenə zəmanət vermək istəmirik, amma ürəkləri ilə deyil, zahiri görünüşləri ilə öyünənlərə cavab verə biləsiniz deyə bizimlə fəxr etməniz üçün sizə imkan yaradırıq.
13 我們若果顛狂,是為上帝;若果謹守,是為你們。
Əgər ağlımızı itirmişiksə, bu, Allah üçündür, yox, əgər ağlımız başımızdadırsa, bu sizin üçündür.
14 原來基督的愛激勵我們;因我們想,一人既替眾人死,眾人就都死了;
Bizi məcbur edən Məsihin məhəbbətidir və bu qənaətə gəlmişik ki, bir Nəfər hamı üçün öldüyünə görə hamı öldü.
15 並且他替眾人死,是叫那些活着的人不再為自己活,乃為替他們死而復活的主活。
Bəli, O hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda Ölüb-Dirilən üçün yaşasınlar.
16 所以,我們從今以後,不憑着外貌認人了。雖然憑着外貌認過基督,如今卻不再這樣認他了。
Bunun nəticəsində də biz artıq heç kimi bəşəri nöqteyi-nəzərdən tanımırıq. Nə vaxtsa Məsihi bəşəri nöqteyi-nəzərdən tanısaq da, indi Onu elə tanımırıq.
17 若有人在基督裏,他就是新造的人,舊事已過,都變成新的了。
Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi.
18 一切都是出於上帝;他藉着基督使我們與他和好,又將勸人與他和好的職分賜給我們。
Bunların hamısı Allahdandır. O, Məsih vasitəsilə bizi Özü ilə barışdırdı və bizə barışdırma xidmətini verdi.
19 這就是上帝在基督裏,叫世人與自己和好,不將他們的過犯歸到他們身上,並且將這和好的道理託付了我們。
Belə ki Allah insanların təqsirlərini onların əleyhinə qoymayaraq dünyanı Məsihdə Özü ilə barışdırmaqda idi. Barışdırma sözünü də bizə əmanət etdi.
20 所以,我們作基督的使者,就好像上帝藉我們勸你們一般。我們替基督求你們與上帝和好。
Beləliklə, biz Məsihin nümayəndələriyik, sanki Allah bizim vasitəmizlə rica edir. Məsihin adı ilə yalvarırıq ki, Allahla barışın.
21 上帝使那無罪的,替我們成為罪,好叫我們在他裏面成為上帝的義。
Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq.

< 哥林多後書 5 >