< 彼得前書 3 >

1 你們作妻子的要順服自己的丈夫;這樣,若有不信從道理的丈夫,他們雖然不聽道,也可以因妻子的品行被感化過來;
Ey arvadlar, siz də eyni tərzdə öz ərlərinizə tabe olun. Əgər onlardan bəzisi Allahın kəlamına itaət etməzsə, siz arvadların ismətli, ehtiramlı həyat tərzinizi müşahidə etsinlər; beləcə onları dinməz-söyləməz qazana bilərsiniz.
2 這正是因看見你們有貞潔的品行和敬畏的心。
3 你們不要以外面的辮頭髮,戴金飾,穿美衣為妝飾,
Qoy sizin bəzəyiniz saçlarınızı hörüb qızıl bər-bəzək taxmaq və gözəl geyimlər geyməklə zahiri şeylər deyil,
4 只要以裏面存着長久溫柔、安靜的心為妝飾;這在上帝面前是極寶貴的。
gizli olan daxili varlığınız, həlim və sakit ruhun solmayan gözəlliyindən ibarət olsun. Bu, Allahın qarşısında çox dəyərlidir.
5 因為古時仰賴上帝的聖潔婦人正是以此為妝飾,順服自己的丈夫,
Çünki qədim zamanlarda Allaha ümid bağlayan müqəddəs qadınlar öz ərlərinə tabe olaraq belə bəzənərdilər.
6 就如撒拉聽從亞伯拉罕,稱他為主。你們若行善,不因恐嚇而害怕,便是撒拉的女兒了。
Məsələn, Sara İbrahimi «ağam» deyə çağıraraq ona itaət edirdi. Siz də yaxşılıq edib heç bir qorxuya qapılmasanız, Saranın övladları olursunuz.
7 你們作丈夫的也要按情理和妻子同住;因她比你軟弱,與你一同承受生命之恩的,所以要敬重她。這樣,便叫你們的禱告沒有阻礙。
Ey ərlər, siz də bunun kimi arvadlarınızla ədəblə, onların daha zərif varlıqlar olduğuna uyğun davranın. Sizinlə birlikdə Allahın lütf etdiyi həyatı irs olaraq aldıqlarına görə onlara hörmət göstərin ki, dualarınıza maneçilik törədilməsin.
8 總而言之,你們都要同心,彼此體恤,相愛如弟兄,存慈憐謙卑的心。
Nəhayət, hamınız həmfikir olun. Başqalarının hər bir hissinə şərik olun, bir-birinizi qardaşlıq məhəbbəti ilə sevin, rəhmli və itaətkar olun.
9 不以惡報惡,以辱罵還辱罵,倒要祝福;因你們是為此蒙召,好叫你們承受福氣。
Pisliyə pisliklə, söyüşə də söyüşlə cavab verməyin, əksinə xeyir-dua edin. Çünki bunun üçün çağırılmısınız ki, xeyir-duaları irs olaraq alasınız.
10 因為經上說: 人若愛生命, 願享美福, 須要禁止舌頭不出惡言, 嘴唇不說詭詐的話;
Çünki: «Kim həyatdan kam almaq, Xoş gün görmək istəyirsə, Qoy dilini şərdən, Ağzını hiylə danışmaqdan qorusun,
11 也要離惡行善, 尋求和睦,一心追趕。
Qoy şərdən çəkinib yaxşılıq etsin, Qoy sülhü axtarıb ardınca getsin!
12 因為,主的眼看顧義人; 主的耳聽他們的祈禱。 惟有行惡的人,主向他們變臉。
Çünki Rəbbin gözü salehlərin üzərindədir, Qulaqları onların fəryadlarına açıqdır. Amma Rəbbin üzü şər işlər görənlərə qarşıdır».
13 你們若是熱心行善,有誰害你們呢?
Əgər yaxşılıq etməyə səy göstərsəniz, sizə kim pislik edər?
14 你們就是為義受苦,也是有福的。不要怕人的威嚇,也不要驚慌;
Amma salehlik uğrunda əzab çəksəniz belə, siz bəxtiyarsınız. İnsanların hədə-qorxu gəlməsindən qorxmayın və lərzəyə düşməyin.
15 只要心裏尊主基督為聖。有人問你們心中盼望的緣由,就要常作準備,以溫柔、敬畏的心回答各人;
Lakin Məsihi Rəbb kimi ürəyinizdə müqəddəs tutun. Daxilinizdə olan ümid barəsində sizdən hesabat istəyən hər kəsə cavab vermək üçün hazır olun.
16 存着無虧的良心,叫你們在何事上被毀謗,就在何事上可以叫那誣賴你們在基督裏有好品行的人自覺羞愧。
Vicdanınızı təmiz tutaraq bunu həlimliklə və ehtiramla edin ki, Məsihdə olan yaxşı davranışınızı təhqir edənlər sizə atdıqları böhtandan utansınlar.
17 上帝的旨意若是叫你們因行善受苦,總強如因行惡受苦。
Əgər Allahın iradəsi budursa, yaxşılıq etdiyi üçün əzab çəkmək pislik etdiyi üçün əzab çəkməkdən yaxşıdır.
18 因基督也曾一次為罪受苦,就是義的代替不義的,為要引我們到上帝面前。按着肉體說,他被治死;按着靈性說,他復活了。
Çünki saleh olan Məsih də saleh olmayanlar uğrunda, onların günahları üçün bir dəfə əzab çəkdi ki, sizi Allahın hüzuruna gətirsin. O cismən edam edilmiş, amma ruhən həyata qovuşmuşdur.
19 他藉這靈曾去傳道給那些在監獄裏的靈聽,
O ruhən gedib zindandakı ruhlara da vəz etdi.
20 就是那從前在挪亞預備方舟、上帝容忍等待的時候,不信從的人。當時進入方舟,藉着水得救的不多,只有八個人。
Bunlar bir vaxtlar, Allah Nuhun gəmi düzəltdiyi dövrdə səbirlə gözlədiyi vaxt itaətsiz idi. O gəmidə isə az adam, başqa sözlə, səkkiz nəfər sudan sağ-salamat çıxdı.
21 這水所表明的洗禮,現在藉着耶穌基督復活也拯救你們;這洗禮本不在乎除掉肉體的污穢,只求在上帝面前有無虧的良心。
Bu nümunəyə uyğun olaraq vəftiz indi sizə İsa Məsihin dirilməsi ilə xilas gətirir. Vəftiz cismani çirki yumaqdan ötrü deyil, təmiz vicdanla Allah qarşısında söz vermək üçündür.
22 耶穌已經進入天堂,在上帝的右邊;眾天使和有權柄的,並有能力的,都服從了他。
İsa Məsih göyə qalxıb və Allahın sağındadır. Mələklər, hakimlər və qüvvələr də Ona tabedir.

< 彼得前書 3 >