< 約翰一書 1 >

1 論到從起初原有的生命之道,就是我們所聽見、所看見、親眼看過、親手摸過的。(
Biz Həyat Kəlamını elan edirik; bu həmin Kəlamdır ki, başlanğıcdan var idi və biz Onu eşitdik, gözlərimizlə gördük, seyr etdik və əllərimizlə hiss etdik.
2 這生命已經顯現出來,我們也看見過,現在又作見證,將原與父同在、且顯現與我們那永遠的生命傳給你們。) (aiōnios g166)
Həyat zahir oldu, biz də onu görüb şahidlik edirik və Ata ilə birlikdə olub bizə zahir olan əbədi həyatı sizə elan edirik. (aiōnios g166)
3 我們將所看見、所聽見的傳給你們,使你們與我們相交。我們乃是與父並他兒子耶穌基督相交的。
Biz sizə gördüyümüzü və eşitdiyimizi elan edirik ki, sizin də bizimlə şərikliyiniz olsun; bizim şərikliyimiz də Ata və Onun Oğlu İsa Məsihlədir.
4 我們將這些話寫給你們,使你們的喜樂充足。
Biz bunları yazırıq ki, sevincimiz kamil olsun.
5 上帝就是光,在他毫無黑暗。這是我們從主所聽見、又報給你們的信息。
Məsihdən eşitdiyimiz və sizə elan etdiyimiz xəbər budur: Allah nurdur və Onda zərrə qədər də qaranlıq yoxdur.
6 我們若說是與上帝相交,卻仍在黑暗裏行,就是說謊話,不行真理了。
Əgər biz «Allahla şərikliyimiz var» dediyimiz halda qaranlıqda gəziriksə, demək, yalan danışırıq və həqiqətə əməl etmirik.
7 我們若在光明中行,如同上帝在光明中,就彼此相交,他兒子耶穌的血也洗淨我們一切的罪。
Amma O, nurda olduğu kimi biz də nurda gəziriksə, onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir.
8 我們若說自己無罪,便是自欺,真理不在我們心裏了。
Əgər günahsız olduğumuzu iddia ediriksə, özümüzü aldadırıq və daxilimizdə həqiqət yoxdur.
9 我們若認自己的罪,上帝是信實的,是公義的,必要赦免我們的罪,洗淨我們一切的不義。
Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək.
10 我們若說自己沒有犯過罪,便是以上帝為說謊的,他的道也不在我們心裏了。
Əgər günahkar olmadığımızı iddia ediriksə, onda Onu yalançı yerinə qoyuruq və daxilimizdə Onun sözü olmur.

< 約翰一書 1 >