< 哥林多前書 2 >

1 弟兄們,從前我到你們那裏去,並沒有用高言大智對你們宣傳上帝的奧祕。
Ey qardaşlar, mən Allah barəsində sirli həqiqəti elan etmək üçün sizə gələndə yüksək natiqlik və müdrikliklə gəlmədim.
2 因為我曾定了主意,在你們中間不知道別的,只知道耶穌基督並他釘十字架。
Çünki mən aranızda olanda İsa Məsihdən, yəni çarmıxa çəkilmiş Şəxsdən başqa heç bir şey bilməməyi qərara aldım.
3 我在你們那裏,又軟弱,又懼怕又甚戰兢。
Yanınıza zəiflik, qorxu və böyük lərzə içində gəldim.
4 我說的話、講的道,不是用智慧委婉的言語,乃是用聖靈和大能的明證,
Mənim sözüm də, vəzim də müdrikliyin inandırıcı sözlərindən deyil, Ruhun qüdrətini göstərməsindən asılı idi.
5 叫你們的信不在乎人的智慧,只在乎上帝的大能。
Belə ki imanınız insan müdrikliyinə yox, Allahın qüdrətinə əsaslansın.
6 然而,在完全的人中,我們也講智慧。但不是這世上的智慧,也不是這世上有權有位、將要敗亡之人的智慧。 (aiōn g165)
Yetkin insanlar arasında isə biz müdrikliyi öyrədirik. Amma bu müdriklik nə indiki dövrün, nə də bu dövrün fani hökmdarlarının müdrikliyi deyil. (aiōn g165)
7 我們講的,乃是從前所隱藏、上帝奧祕的智慧,就是上帝在萬世以前預定使我們得榮耀的。 (aiōn g165)
Biz Allahdan gələn sirli müdrikliyi öyrədirik. Allah bu müdrikliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladı. (aiōn g165)
8 這智慧世上有權有位的人沒有一個知道的,他們若知道,就不把榮耀的主釘在十字架上了。 (aiōn g165)
Bu dövrün hökmdarlarından heç biri onu anlamadı. Çünki anlasaydılar, izzətli Rəbbi çarmıxa çəkməzdilər. (aiōn g165)
9 如經上所記: 上帝為愛他的人所預備的 是眼睛未曾看見, 耳朵未曾聽見, 人心也未曾想到的。
Amma necə ki yazılmışdı: «Allahın Onu sevənlər üçün hazırladıqlarını Nə göz görüb, nə qulaq eşidib, Nə də insan ürəyi dərk edib».
10 只有上帝藉着聖靈向我們顯明了,因為聖靈參透萬事,就是上帝深奧的事也參透了。
Bizə isə Allah bunları Öz Ruhu ilə açdı. Çünki Ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə, araşdırır.
11 除了在人裏頭的靈,誰知道人的事?像這樣,除了上帝的靈,也沒有人知道上帝的事。
Axı insanın düşüncələrini insanın daxilində olan ruhdan savayı kim bilər? Eləcə də Allahın düşüncələrini Onun Ruhundan savayı heç kim bilməz.
12 我們所領受的,並不是世上的靈,乃是從上帝來的靈,叫我們能知道上帝開恩賜給我們的事。
Allahın bizə verdiyi ənamları dərk edə bilməyimiz üçün biz bu dünyanın ruhunu yox, Allahdan olan Ruhu qəbul etdik.
13 並且我們講說這些事,不是用人智慧所指教的言語,乃是用聖靈所指教的言語,將屬靈的話解釋屬靈的事 。
Bunları insani müdrikliyin öyrətdiyi deyil, Ruhun öyrətdiyi sözlərlə bildiririk. Ruhani anlayışları ruhani sözlərlə ifadə edirik.
14 然而,屬血氣的人不領會上帝聖靈的事,反倒以為愚拙,並且不能知道,因為這些事惟有屬靈的人才能看透。
Təbiətcə yaşayan adam Allahın Ruhuna aid olan şeyləri qəbul etmir, çünki bunları ağılsızlıq sayır. Bunları başa düşə bilmir, çünki bunlar ruhani nöqteyi-nəzərdən araşdırılır.
15 屬靈的人能看透萬事,卻沒有一人能看透了他。
Ruhani adam isə hər şeyi araşdıra bilər. Fəqət onun daxilini heç kim araşdıra bilməz.
16 誰曾知道主的心去教導他呢?但我們是有基督的心了。
Axı «Rəbbin ağlını kim dərk etdi? Ona kim məsləhətçi oldu?» Amma biz Məsihin ağlına malikik.

< 哥林多前書 2 >