< 雅歌 4 >

1 我的佳偶,你甚美丽!你甚美丽! 你的眼在帕子内好像鸽子眼。 你的头发如同山羊群卧在基列山旁。
Ey yarım, nə gözəlsən, nə gözəlsən, Yaşmaq altda gözlərin göyərçinə oxşayır, Saçların Gilead dağının yamaclarından Tökülən keçi sürüsü tək qapqaradır.
2 你的牙齿如新剪毛的一群母羊, 洗净上来,个个都有双生, 没有一只丧掉子的。
Dişlərin qırxılmış, yenicə yuyunub çıxan qoyun sürüsü tək düzülüb, Bu qoyunların hamısının əkiz balası var, Aralarında balasız olanı yoxdur.
3 你的唇好像一条朱红线; 你的嘴也秀美。 你的两太阳在帕子内, 如同一块石榴。
Dodaqların qırmızı qaytan kimi aldır, Dilin nə qədər şirindir, Kəsilmiş nar kimi yaşmaqladığın yanaqlarından qan damır.
4 你的颈项好像大卫建造收藏军器的高台, 其上悬挂一千盾牌, 都是勇士的藤牌。
Boynun sursat üçün tikilmiş Davud qülləsi kimi vüqarlıdır, Sanki buradan pəhləvan qalxanı olan min sipər asılmışdır.
5 你的两乳好像百合花中吃草的一对小鹿, 就是母鹿双生的。
Döşlərin cüt ceyran balası kimi qoşadır, Zanbaqlıqda otlayan əkiz maral balasına oxşayır.
6 我要往没药山和乳香冈去, 直等到天起凉风、 日影飞去的时候回来。
Gün sərinləşənəcən, kölgələr düşənəcən, Mirra dağına, kündür təpəsinə gedəcəyəm.
7 我的佳偶,你全然美丽, 毫无瑕疵!
Təpədən dırnağa qədər gözəlsən, Yarım, tamamilə eyibsizsən.
8 我的新妇,求你与我一同离开黎巴嫩, 与我一同离开黎巴嫩。 从亚玛拿顶, 从示尼珥与黑门顶, 从有狮子的洞, 从有豹子的山往下观看。
Ay gəlin, Livan bölgəsindən mənimlə gəl, Gəl, Livandan mənimlə gəl. Amana təpəsindən, Senir, Xermon təpələrindən, dağlardan, Aslanlar yurdundan, dağlardan, bəbirlər məskənindən en.
9 我妹子,我新妇, 你夺了我的心。 你用眼一看, 用你项上的一条金链, 夺了我的心!
Ay həmdəmim, ay gəlin! Bir baxışınla qəlbimi aldın. Ləl-cəvahiratı boynuna saldın, Gözəlliyinlə qəlbimi aldın.
10 我妹子,我新妇, 你的爱情何其美! 你的爱情比酒更美! 你膏油的香气胜过一切香品!
Ay həmdəmim, ay gəlin! Sevgin necə gözəldir, Eşqin şərabdan da ləzzətlidir, Sənin ətrin ətirlərin ən gözəlidir.
11 我新妇,你的嘴唇滴蜜, 好像蜂房滴蜜; 你的舌下有蜜,有奶。 你衣服的香气如黎巴嫩的香气。
Ay gəlin, dodaqlarından şanı balı axır, Bal və süd sənin dilinin altındadır. Paltarlarından Livanın ətri gəlir.
12 我妹子,我新妇, 乃是关锁的园, 禁闭的井,封闭的泉源。
Ay həmdəmim, ay gəlin! Bir qapısı bağlı bağçasan, Örtülü bir bulaq, möhürlənmiş bulaqsan.
13 你园内所种的结了石榴, 有佳美的果子, 并凤仙花与哪哒树。
Sənin fidanların nar bağçasına oxşayır, Elə bil cənnətdir, orada seçmə meyvələr, Xına və nard çiçəkləri var.
14 有哪哒和番红花, 菖蒲和桂树, 并各样乳香木、没药、沉香, 与一切上等的果品。
Nard çiçəyi və zəfəran, Ətirli qamışla darçınlar, Hər cür buxur ağacı, Mirralar və əzvaylar, Hər cür seçmə ətriyyat var.
15 你是园中的泉,活水的井, 从黎巴嫩流下来的溪水。
Sən bağçaların bulağısan, Canlı su qaynağısan, Livanın axar suyusan.
16 北风啊,兴起! 南风啊,吹来! 吹在我的园内, 使其中的香气发出来。 愿我的良人进入自己园里, 吃他佳美的果子。
Oyan, ey şimal küləyi, Dur gəl, ey cənub küləyi, Gəlin mənim bağçamda əsin, Qoy o, ətrini hər yana versin. Sevgilim öz bağçasına gəlsin, Seçmə meyvələrdən yesin.

< 雅歌 4 >