< 利未记 17 >

1 耶和华对摩西说:
Rəbb Musaya belə dedi:
2 “你晓谕亚伦和他儿子并以色列众人说,耶和华所吩咐的乃是这样:
«Harunla oğullarına və bütün İsrail övladlarına söylə: “Rəbbin əmri budur:
3 凡以色列家中的人宰公牛,或是绵羊羔,或是山羊,不拘宰于营内营外,
İsraillilərdən düşərgədə yaxud onun kənarında mal-qara, qoyun ya da keçi kəsən
4 若未曾牵到会幕门口、耶和华的帐幕前献给耶和华为供物,流血的罪必归到那人身上。他流了血,要从民中剪除。
onu Rəbbin məskəninə, Onun önünə qurban kimi təqdim edərək Hüzur çadırının girişinə gətirməyən hər kəs qan tökməkdə müqəssir sayılsın. Belə adam xalqı arasından qovulsun.
5 这是为要使以色列人把他们在田野里所献的祭带到会幕门口、耶和华面前,交给祭司,献与耶和华为平安祭。
Belə ki İsrail övladları qurbanlarını çöldə kəsmək əvəzinə onları Rəbbin hüzuruna, Hüzur çadırının girişinə, kahinin yanına gətirsinlər və Rəbbə ünsiyyət qurbanları olaraq kəssinlər.
6 祭司要把血洒在会幕门口、耶和华的坛上,把脂油焚烧,献给耶和华为馨香的祭。
Kahin belə qurbanın qanını Hüzur çadırı girişinin yanındakı Rəbbin qurbangahına səpsin, piyini isə Rəbbin xoşuna gələn ətir kimi tüstülədib yandırsın.
7 他们不可再献祭给他们行邪淫所随从的鬼魔;这要作他们世世代代永远的定例。
İsrail övladları bir daha Rəbbə xəyanət edib heç vaxt təkə görkəmində bütlərə qurban kəsməsinlər. Bu, nəsildən-nəslə onlar üçün əbədi qayda olsun”.
8 “你要晓谕他们说:凡以色列家中的人,或是寄居在他们中间的外人,献燔祭或是平安祭,
Bir də ki onlara de: “İsrail övladlarından yaxud aralarında yaşayan yadellilərdən kim yandırma qurbanını və ya ünsiyyət qurbanını kəsəndə
9 若不带到会幕门口献给耶和华,那人必从民中剪除。
Rəbbin hüzuruna təqdim edərək Hüzur çadırının girişinə qurban gətirməyən hər adam xalqı arasından qovulsun.
10 “凡以色列家中的人,或是寄居在他们中间的外人,若吃什么血,我必向那吃血的人变脸,把他从民中剪除。
İsrail övladlarından ya da aralarında yaşayan yadellilərdən bir az da olsa, qan yeyən hər kəsdən Mən üz döndərib xalqı arasından qovacağam,
11 因为活物的生命是在血中。我把这血赐给你们,可以在坛上为你们的生命赎罪;因血里有生命,所以能赎罪。
çünki hər məxluqa həyat verən qandır. Mən onu həyatınızın kəffarəsi üçün qurbangahda təqdim olunmağa təyin etmişəm; çünki həyat verdiyinə görə kəffarə edən qandır.
12 因此,我对以色列人说:你们都不可吃血;寄居在你们中间的外人也不可吃血。
Buna görə də Mən İsrail övladlarına demişəm: ‹Sizdən heç bir kəs, aranızda yaşayan yadelli də qan yeməsin›.
13 凡以色列人,或是寄居在他们中间的外人,若打猎得了可吃的禽兽,必放出它的血来,用土掩盖。
İsrail övladlarından ya da aralarında yaşayan yadellilərdən yeyilə bilən heyvan yaxud quş ovlayan insan onun qanını yerə axıdıb torpaqla örtsün.
14 “论到一切活物的生命,就在血中。所以我对以色列人说:无论什么活物的血,你们都不可吃,因为一切活物的血就是他的生命。凡吃了血的,必被剪除。
Çünki hər məxluqa həyat verən onun qanıdır. Buna görə Mən İsrail övladlarına ‹heç bir məxluqun qanını yeməyin› demişəm. Çünki hər məxluqa həyat verən onun qanıdır. Onu yeyən hər kəs xalqının arasından qovulsun.
15 凡吃自死的,或是被野兽撕裂的,无论是本地人,是寄居的,必不洁净到晚上,都要洗衣服,用水洗身,到了晚上才为洁净。
Yerli olsun, yadelli olsun, təbii yolla ölən, parçalanıb ölən heyvanı yeyən adam qoy geyimini yusun, su ilə yuyunsun və axşamadək murdar, sonra pak sayılsın.
16 但他若不洗衣服,也不洗身,就必担当他的罪孽。”
Əgər belə adam geyimini və bədənini yumasa, cəzasını çəkəcək”».

< 利未记 17 >