< 传道书 8 >

1 谁如智慧人呢? 谁知道事情的解释呢? 人的智慧使他的脸发光, 并使他脸上的暴气改变。
Kim hikmətli adama tay ola bilər? Şeylərin mənasını kim bilər? Hikmət insanın üzünü nurlandırar, Tutqun simasını dəyişdirər.
2 我劝你遵守王的命令;既指 神起誓,理当如此。
Mən deyirəm: padşahın hökmünə qulaq as, çünki Allaha and içmisən.
3 不要急躁离开王的面前,不要固执行恶,因为他凡事都随自己的心意而行。
Padşahın hüzurundan çıxmağa tələsmə, onun xoşuna gəlməyən işində inad etmə, çünki o istədiyi hər şeyi edə bilər.
4 王的话本有权力,谁敢问他说“你做什么”呢?
Padşahın sözündə səlahiyyət var. Kim ona “Nə edirsən?” deyə bilər?
5 凡遵守命令的,必不经历祸患;智慧人的心能辨明时候和定理。
Onun hökmünü yerinə yetirən Heç bir bəlaya düşməz. Hikmətli adamın ürəyi Bunun vaxtını da, qaydasını da bilir.
6 各样事务成就都有时候和定理,因为人的苦难重压在他身上。
Axı hər şeyin həm öz vaxtı, Həm də öz qaydası var. Hərçənd ki insanın daşıdığı dərd çox ağırdır.
7 他不知道将来的事,因为将来如何,谁能告诉他呢?
Çünki kim bilir ki, nə olacaq? Bəs kim ona deyə bilər ki, necə olacaq?
8 无人有权力掌管生命,将生命留住;也无人有权力掌管死期;这场争战,无人能免;邪恶也不能救那好行邪恶的人。
Küləyi tutub saxlamağa heç kəsin gücü çatmadığı kimi Ölüm gününü saxlamağa da heç kəsin gücü çatmaz. Döyüşçü meydanı tərk etmədiyi kimi Pislik də pis adamı tərk etməz.
9 这一切我都见过,也专心查考日光之下所做的一切事。有时这人管辖那人,令人受害。
Bunların hamısını gördüm və səma altında görülən hər işə diqqət etdim: bir adamın başqa adama ağalıq etməsi başına bəla olur.
10 我见恶人埋葬,归入坟墓;又见行正直事的离开圣地,在城中被人忘记。这也是虚空。
Sonra mən pis adamların axırını da gördüm. Bu adamlar müqəddəs yerə gəlib-gedər, buna görə də pislik etdikləri şəhərdə təriflənərdi. Bu da puçdur.
11 因为断定罪名不立刻施刑,所以世人满心作恶。
Pis işin cəzası tez verilmədiyinə görə insanların ürəyi də pislik etməyə cəsarət tapır.
12 罪人虽然作恶百次,倒享长久的年日;然而我准知道,敬畏 神的,就是在他面前敬畏的人,终久必得福乐。
Günahkar adam yüz dəfə pislik edib uzun müddət yaşasa da, Allahdan qorxanların, Onun hüzurunda ehtiramla duranların yaxşılıq görəcəyini bilirəm.
13 恶人却不得福乐,也不得长久的年日;这年日好像影儿,因他不敬畏 神。
Ancaq pis adam yaxşılıq görməyəcək və onun kölgəyə bənzər günləri uzadılmayacaq, çünki Allahın hüzurunda ehtiramla durmur.
14 世上有一件虚空的事,就是义人所遭遇的,反照恶人所行的;又有恶人所遭遇的,反照义人所行的。我说,这也是虚空。
Yer üzündə baş verən başqa puç şey də var: saleh adamlara layiq olan şeylər pis adamlara qismət olur, pis adamlara layiq olan şeylər saleh adamlara qismət olur. Dedim ki, bu da puçdur.
15 我就称赞快乐,原来人在日光之下,莫强如吃喝快乐;因为他在日光之下, 神赐他一生的年日,要从劳碌中,时常享受所得的。
Beləcə mən kef çəkməyi üstün saydım, çünki səma altında insan üçün yeyib-içməkdən və kef çəkməkdən yaxşı şey yoxdur. Çünki səma altında Allahın insana ömrü boyu çəkdirdiyi zəhmətdən ona ancaq bu qalır.
16 我专心求智慧,要看世上所做的事。(有昼夜不睡觉不合眼的。)
O zaman ürəyimdə niyyət etdim ki, hikmət öyrənim və yer üzündə insanların gecə-gündüz gözlərinə yuxu getməyərək gördükləri işlərə nəzər salım.
17 我就看明 神一切的作为,知道人查不出日光之下所做的事;任凭他费多少力寻查,都查不出来,就是智慧人虽想知道,也是查不出来。
Onda Allahın bütün işlərini gördüm. Bildim ki, kimsə səma altında edilən işləri anlaya bilməz, nə qədər səy göstərsə də, yenə də bunu anlaya bilməz. Bir hikmətli adam bunu bildiyini iddia etsə də, yenə dərk edə bilməz.

< 传道书 8 >