< 撒母耳记下 6 >

1 大卫又聚集以色列中所有挑选的人三万。
Davud İsraildə yenidən bütün seçmə adamları topladı. Onlar otuz min nəfər idi.
2 大卫起身,率领跟随他的众人前往,要从巴拉·犹大将 神的约柜运来;这约柜就是坐在二基路伯上万军之耶和华留名的约柜。
Davud durub yanındakı xalqla birgə Yəhudanın Baale şəhərinə getdi ki, keruvlar üstündə taxt quran Ordular Rəbbinə aid olan Allahın sandığını oradan çıxartsın.
3 他们将 神的约柜从冈上亚比拿达的家里抬出来,放在新车上;亚比拿达的两个儿子乌撒和亚希约赶这新车。
Allahın sandığını bir təzə arabaya qoyub Avinadavın təpədəki evindən çıxartdılar. Təzə arabanı Avinadavın oğulları Uzza və Axyo sürürdü.
4 他们将 神的约柜从冈上亚比拿达家里抬出来的时候,亚希约在柜前行走。
Onlar Allahın sandığını Avinadavın təpədəki evindən arabaya qoyub çıxartdılar. Axyo sandığın qabağında gedirdi.
5 大卫和以色列的全家在耶和华面前,用松木制造的各样乐器和琴、瑟、鼓、钹、锣,作乐跳舞。
Davudla bütün İsrail nəsli Rəbbin hüzurunda həvəslə ilahi oxuyur, liralarla, çənglərlə, dəflərlə, şaxşaxlarla və sinclərlə çalıb oynayırdılar.
6 到了拿艮的禾场,因为牛失前蹄,乌撒就伸手扶住 神的约柜。
Nakonun xırman yerindən keçəndə öküzlər büdrədi. Buna görə də Uzza əl uzadıb Allahın sandığından tutdu.
7 神耶和华向乌撒发怒,因这错误击杀他,他就死在 神的约柜旁。
Uzzaya qarşı Rəbbin qəzəbi alovlandı və Allah onu hörmətsizlik etdiyinə görə oradaca vurdu. Uzza yerindəcə – Allahın sandığı yanında öldü.
8 大卫因耶和华击杀乌撒,心里愁烦,就称那地方为毗列斯·乌撒,直到今日。
Davud Rəbbin Uzzanı vurmasından çox məyus oldu. O yerə bu günə qədər Peres-Uzza deyilir.
9 那日,大卫惧怕耶和华,说:“耶和华的约柜怎可运到我这里来?”
Həmin gün Davud Rəbdən qorxub dedi: «Rəbbin sandığı mənim yanımda necə qala bilər?»
10 于是大卫不肯将耶和华的约柜运进大卫的城,却运到迦特人俄别·以东的家中。
Davud Rəbbin sandığını öz yanına – Davudun şəhərinə aparmaq istəmədi və sandığı yolundan döndərib Qatlı Oved-Edomun evinə qoydu.
11 耶和华的约柜在迦特人俄别·以东家中三个月;耶和华赐福给俄别·以东和他的全家。
Rəbbin sandığı üç ay Qatlı Oved-Edomun evində qaldı. Rəbb Oved-Edoma və onun bütün külfətinə bərəkət verdi.
12 有人告诉大卫王说:“耶和华因为约柜赐福给俄别·以东的家和一切属他的。”大卫就去,欢欢喜喜地将 神的约柜从俄别·以东家中抬到大卫的城里。
Padşah Davuda «Rəbb Oved-Edomun nəslinə və ona məxsus hər şeyə Allahın sandığına görə bərəkət verdi» deyə xəbər verildi. Davud gedib Oved-Edomun evindən Allahın sandığını sevinclə Davudun adı verilən şəhərə çıxardı.
13 抬耶和华约柜的人走了六步,大卫就献牛与肥羊为祭。
Rəbbin sandığını daşıyanlar altı addım gedəndən sonra Davud bir öküzü və kökəldilmiş buğanı qurban kəsdi.
14 大卫穿着细麻布的以弗得,在耶和华面前极力跳舞。
O, kətan efod geyib Rəbbin önündə var gücü ilə rəqs edirdi.
15 这样,大卫和以色列的全家欢呼吹角,将耶和华的约柜抬上来。
Davudla bütün İsrail nəsli Rəbbin sandığını hay-küylə, şeypur səsi ilə çıxartdılar.
16 耶和华的约柜进了大卫城的时候,扫罗的女儿米甲从窗户里观看,见大卫王在耶和华面前踊跃跳舞,心里就轻视他。
Rəbbin sandığı Davudun şəhərinə gətiriləndə Şaulun qızı Mikal pəncərədən baxıb padşah Davudu Rəbbin önündə atılıb rəqs edərkən gördü və ürəyində ona kinayə etdi.
17 众人将耶和华的约柜请进去,安放在所预备的地方,就是在大卫所搭的帐幕里。大卫在耶和华面前献燔祭和平安祭。
Rəbbin sandığını gətirib Davudun bu məqsədlə qurduğu çadırın içərisində onun üçün ayrılan yerə qoydular. Davud Rəbbin önündə yandırma və ünsiyyət qurbanları kəsdi.
18 大卫献完了燔祭和平安祭,就奉万军之耶和华的名给民祝福,
Davud yandırma və ünsiyyət qurbanlarını təqdim edib qurtarandan sonra Ordular Rəbbinin adı ilə xalqa xeyir-dua verdi.
19 并且分给以色列众人,无论男女,每人一个饼,一块肉,一个葡萄饼;众人就各回各家去了。
İstər qadın, istərsə də kişi olsun, xalqın hamısına – İsrail camaatından hərəyə bir kömbə çörək, bir parça ət və bir üzüm lavaşanası payladı. Sonra xalqın hamısı öz evinə qayıtdı.
20 大卫回家要给眷属祝福;扫罗的女儿米甲出来迎接他,说:“以色列王今日在臣仆的婢女眼前露体,如同一个轻贱人无耻露体一样,有好大的荣耀啊!”
Davud öz külfətinə xeyir-dua vermək üçün qayıdanda Şaulun qızı Mikal Davudun qarşısına çıxıb belə dedi: «Gör bu gün İsrailin padşahı necə də şərəf qazanıb! Adi bir təlxək kimi utanmadan bu gün əyanlarının və qarabaşlarının qarşısında soyundu!»
21 大卫对米甲说:“这是在耶和华面前;耶和华已拣选我,废了你父和你父的全家,立我作耶和华民以色列的君,所以我必在耶和华面前跳舞。
Davud Mikala dedi: «Mən bunu atanın və onun bütün nəslinin yerinə məni seçib Öz xalqı İsraillilərə hökmdar qoyan Rəbbin qarşısında etmişəm. Bəli, Rəbbin hüzurunda şənlik edəcəyəm.
22 我也必更加卑微,自己看为轻贱。你所说的那些婢女,她们倒要尊敬我。”
Bundan sonra bundan betər alçalıb öz mənliyimi heç edəcəyəm, yalnız sən dediyin qarabaşların qarşısında şərəflənəcəyəm».
23 扫罗的女儿米甲,直到死日,没有生养儿女。
Buna görə də Şaul qızı Mikalın ölənə qədər övladı olmadı.

< 撒母耳记下 6 >