< Titə 3 >

1 İmanlılara xatırlat ki, başçılar və hakimlərə tabe olub itaət etsinlər. Hər cür xeyirli iş görməyə hazır olsunlar.
υπομιμνησκε αυτους αρχαις [ και ] εξουσιαις υποτασσεσθαι πειθαρχειν προς παν εργον αγαθον ετοιμους ειναι
2 Heç kimə şər atmasınlar, davakar deyil, mülayim olsunlar və bütün insanlarla həlim davransınlar.
μηδενα βλασφημειν αμαχους ειναι επιεικεις πασαν ενδεικνυμενους πραοτητα προς παντας ανθρωπους
3 Çünki bir zamanlar biz də ağılsız, itaətsiz, yolunu azmış, müxtəlif ehtiraslar və zövqlərə qul olan, kin, paxıllıq içində yaşayan mənfur və bir-birimizə nifrət edən adamlar idik.
ημεν γαρ ποτε και ημεις ανοητοι απειθεις πλανωμενοι δουλευοντες επιθυμιαις και ηδοναις ποικιλαις εν κακια και φθονω διαγοντες στυγητοι μισουντες αλληλους
4 Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman
οτε δε η χρηστοτης και η φιλανθρωπια επεφανη του σωτηρος ημων θεου
5 bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi.
ουκ εξ εργων των εν δικαιοσυνη ων εποιησαμεν ημεις αλλα κατα τον αυτου ελεον εσωσεν ημας δια λουτρου παλιγγενεσιας και ανακαινωσεως πνευματος αγιου
6 Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki,
ου εξεχεεν εφ ημας πλουσιως δια ιησου χριστου του σωτηρος ημων
7 Onun lütfü ilə saleh sayılıb ümidimiz olan əbədi həyatın varisi olaq. (aiōnios g166)
ινα δικαιωθεντες τη εκεινου χαριτι κληρονομοι γενωμεθα κατ ελπιδα ζωης αιωνιου (aiōnios g166)
8 Bu söz etibarlıdır. Mən bunların üzərində dayanmağını istəyirəm ki, Allaha iman etmişlər xeyirxah işlərlə məşğul olmağa diqqət yetirsinlər. Bu, insanlar üçün xeyirli və faydalıdır.
πιστος ο λογος και περι τουτων βουλομαι σε διαβεβαιουσθαι ινα φροντιζωσιν καλων εργων προιστασθαι οι πεπιστευκοτες τω θεω ταυτα εστιν τα καλα και ωφελιμα τοις ανθρωποις
9 Lakin axmaq mübahisələrdən, nəsil şəcərələrindən, münaqişələrdən, Qanunla bağlı dava-dalaşlardan uzaq dur. Çünki bunlar faydasız və boş şeylərdir.
μωρας δε ζητησεις και γενεαλογιας και ερεις και μαχας νομικας περιιστασο εισιν γαρ ανωφελεις και ματαιοι
10 Təfriqəçi adamdan birinci və ikinci xəbərdarlıqdan sonra əlaqəni kəs.
αιρετικον ανθρωπον μετα μιαν και δευτεραν νουθεσιαν παραιτου
11 Belə adamın yolunu azmış və günahkar olduğuna əmin ola bilərsən. O öz-özünü məhkum etmişdir.
ειδως οτι εξεστραπται ο τοιουτος και αμαρτανει ων αυτοκατακριτος
12 Mən Artema və ya Tixiki yanına göndərən kimi çalış ki, yanıma, Nikopolisə gələsən. Çünki qışı orada keçirməyi qərara almışam.
οταν πεμψω αρτεμαν προς σε η τυχικον σπουδασον ελθειν προς με εις νικοπολιν εκει γαρ κεκρικα παραχειμασαι
13 Qanunşünas Zena ilə Apollonu səylə yola sal, qoy onların heç bir şeyə ehtiyacı olmasın.
ζηναν τον νομικον και απολλω σπουδαιως προπεμψον ινα μηδεν αυτοις λειπη
14 Qoy bizimkilər də təcili ehtiyacları ödəmək üçün xeyirli işlərlə məşğul olmağı öyrənsinlər ki, bəhrəsiz qalmasınlar.
μανθανετωσαν δε και οι ημετεροι καλων εργων προιστασθαι εις τας αναγκαιας χρειας ινα μη ωσιν ακαρποι
15 Yanımdakıların hamısı səni salamlayır. Bizi sevən imanlılara salam söylə. Hamınıza lütf olsun!
ασπαζονται σε οι μετ εμου παντες ασπασαι τους φιλουντας ημας εν πιστει η χαρις μετα παντων υμων αμην

< Titə 3 >