< Romalilara 2 >

1 Beləliklə, sən ey başqasını mühakimə edən adam, kim olursansa-ol, sən də üzrsüzsən. Çünki başqasını mühakimə edərkən özünü də məhkum edirsən. Ona görə ki başqasını mühakimə etdiyin halda özün də həmin işləri görürsən.
διο αναπολογητοσ ει ω ανθρωπε πασ ο κρινων εν ω γαρ κρινεισ τον ετερον σεαυτον κατακρινεισ τα γαρ αυτα πρασσεισ ο κρινων
2 Bizsə bilirik ki, belə işlərlə məşğul olanlara Allah həqiqətə əsasən hökm çıxarır.
οιδαμεν δε οτι το κριμα του θεου εστιν κατα αληθειαν επι τουσ τα τοιαυτα πρασσοντασ
3 Ey belə işlərlə məşğul olanları mühakimə edərək özü də həmin işləri görən insan! Məgər elə güman edirsən ki, Allahın hökmündən qaça biləcəksən?
λογιζη δε τουτο ω ανθρωπε ο κρινων τουσ τα τοιαυτα πρασσοντασ και ποιων αυτα οτι συ εκφευξη το κριμα του θεου
4 Yaxud sən Allahın zəngin xeyirxahlığına, həlimliyinə və səbirli olmağına xor baxırsan? Bəs anlamırsan ki, Onun xeyirxahlığı səni tövbəyə yönəldir?
η του πλουτου τησ χρηστοτητοσ αυτου και τησ ανοχησ και τησ μακροθυμιασ καταφρονεισ αγνοων οτι το χρηστον του θεου εισ μετανοιαν σε αγει
5 Amma sən Allahın qəzəbinin və ədalətli hökmünün zahir olacağı gün inadkarlığına və tövbə etməyən ürəyinə görə özün üçün qəzəb toplayırsan;
κατα δε την σκληροτητα σου και αμετανοητον καρδιαν θησαυριζεισ σεαυτω οργην εν ημερα οργησ και αποκαλυψεωσ και δικαιοκρισιασ του θεου
6 Allah hər kəsə əməlinə görə əvəzini verəcək:
οσ αποδωσει εκαστω κατα τα εργα αυτου
7 dözümlə yaxşı əməl sahibi olaraq izzət, hörmət və ölməzlik axtaranlara əbədi həyat, (aiōnios g166)
τοισ μεν καθ υπομονην εργου αγαθου δοξαν και τιμην και αφθαρσιαν ζητουσιν ζωην αιωνιον (aiōnios g166)
8 özlərini göstərərək həqiqətə tabe olmayıb haqsızlığa baş əyənlərə isə qəzəb və hiddət göndərəcək.
τοισ δε εξ εριθειασ και απειθουσιν μεν τη αληθεια πειθομενοισ δε τη αδικια θυμοσ και οργη
9 Pislik edən hər kəsə – əvvəlcə Yəhudiyə, sonra da Yunana əziyyət və sıxıntı,
θλιψισ και στενοχωρια επι πασαν ψυχην ανθρωπου του κατεργαζομενου το κακον ιουδαιου τε πρωτον και ελληνοσ
10 yaxşı əməl sahibi olan hər kəsə isə – əvvəlcə Yəhudiyə, sonra da başqa millətdən olana izzət, hörmət və sülh verəcək.
δοξα δε και τιμη και ειρηνη παντι τω εργαζομενω το αγαθον ιουδαιω τε πρωτον και ελληνι
11 Çünki Allah insanlar arasında tərəfkeşlik etməz.
ου γαρ εστιν προσωποληψια παρα τω θεω
12 Qanunu bilmədən günah edənlərin hamısı Qanunu bilməsələr də, həlak olacaqlar. Qanunu bilərək günah edənlərin də hamısı Qanunla mühakimə olunacaq.
οσοι γαρ ανομωσ ημαρτον ανομωσ και απολουνται και οσοι εν νομω ημαρτον δια νομου κριθησονται
13 Çünki Allahın nəzərində Qanunu eşidənlər deyil, ona əməl edənlər saleh sayılır.
ου γαρ οι ακροαται του νομου δικαιοι παρα τω θεω αλλ οι ποιηται του νομου δικαιωθησονται
14 Beləcə Qanuna malik olmayan başqa millətlər təbiətlərinə görə Qanuna əməl edəndə Qanuna malik olmadıqları halda onlar özləri üçün qanun olur.
οταν γαρ εθνη τα μη νομον εχοντα φυσει τα του νομου ποιη ουτοι νομον μη εχοντεσ εαυτοισ εισιν νομοσ
15 Onlar bununla göstərirlər ki, Qanunun tələbləri ürəklərində yazılıb. Onların vicdanı buna şahiddir, düşüncələri də onları gah ittiham, gah da müdafiə edir.
οιτινεσ ενδεικνυνται το εργον του νομου γραπτον εν ταισ καρδιαισ αυτων συμμαρτυρουσησ αυτων τησ συνειδησεωσ και μεταξυ αλληλων των λογισμων κατηγορουντων η και απολογουμενων
16 Mənim elan etdiyim Müjdəyə görə, Allahın Məsih İsa vasitəsilə insanların gizli işlərini mühakimə edəcəyi gün belə olacaq.
εν ημερα οτε κρινει ο θεοσ τα κρυπτα των ανθρωπων κατα το ευαγγελιον μου δια ιησου χριστου
17 Ey özünü Yəhudi adlandıran! Qanuna güvənərək Allahla öyünürsən;
ιδε συ ιουδαιοσ επονομαζη και επαναπαυη τω νομω και καυχασαι εν θεω
18 Onun iradəsini bilirsən, Qanundan təlim aldığın üçün ən üstün dəyərləri ayırd edirsən;
και γινωσκεισ το θελημα και δοκιμαζεισ τα διαφεροντα κατηχουμενοσ εκ του νομου
19 əminsən ki, Qanunda bilik və həqiqətin əsasını tapdığın üçün korlara bələdçi, zülmətdə olanlara işıq, ağılsızlara tərbiyəçi, uşaqlara müəllimsən.
πεποιθασ τε σεαυτον οδηγον ειναι τυφλων φωσ των εν σκοτει
παιδευτην αφρονων διδασκαλον νηπιων εχοντα την μορφωσιν τησ γνωσεωσ και τησ αληθειασ εν τω νομω
21 Bəs nə üçün başqalarını öyrətdiyin halda özün öyrənmirsən? Oğurlamamağı bəyan edərkən özün oğurlayırsan?
ο ουν διδασκων ετερον σεαυτον ου διδασκεισ ο κηρυσσων μη κλεπτειν κλεπτεισ
22 «Zina etmə» dediyin halda özün zina edirsən? Bütlərdən iyrənərkən məbədləri soyursan?
ο λεγων μη μοιχευειν μοιχευεισ ο βδελυσσομενοσ τα ειδωλα ιεροσυλεισ
23 Qanunla öyünməyinə baxmayaraq, onu pozub Allahı hörmətdən salırsan.
οσ εν νομω καυχασαι δια τησ παραβασεωσ του νομου τον θεον ατιμαζεισ
24 Axı belə yazılıb: «Sizin üzünüzdən millətlər arasında Allahın adına küfr edilir».
το γαρ ονομα του θεου δι υμασ βλασφημειται εν τοισ εθνεσιν καθωσ γεγραπται
25 Sünnətin yalnız o zaman faydası var ki, sən Qanuna əməl edəsən. Əgər sən Qanunu pozursansa, sünnətli olduğun halda sünnətsiz adam kimi olursan.
περιτομη μεν γαρ ωφελει εαν νομον πρασσησ εαν δε παραβατησ νομου ησ η περιτομη σου ακροβυστια γεγονεν
26 Eləcə də əgər sünnət olunmamış adam Qanunun ədalətli tələblərinə riayət edirsə, sünnət olunmamasına baxmayaraq, sünnətli sayılır.
εαν ουν η ακροβυστια τα δικαιωματα του νομου φυλασση ουχι η ακροβυστια αυτου εισ περιτομην λογισθησεται
27 Onda cismən sünnət olunmadığı halda Qanuna əməl edən adam səni mühakimə edəcək; sən ki yazılı Qanuna və sünnətə malik olduğun halda Qanunu pozursan.
και κρινει η εκ φυσεωσ ακροβυστια τον νομον τελουσα σε τον δια γραμματοσ και περιτομησ παραβατην νομου
28 Çünki zahirən Yəhudi olan Yəhudi deyil, zahirən və cismən sünnət olunan da sünnətli deyil.
ου γαρ ο εν τω φανερω ιουδαιοσ εστιν ουδε η εν τω φανερω εν σαρκι περιτομη
29 Yalnız daxilən Yəhudi olan Yəhudidir. Sünnət də ürəyə aid olub, yazılı Qanuna görə deyil, Ruhun işidir. Belə adamın tərifi də insandan yox, Allahdan gələr.
αλλ ο εν τω κρυπτω ιουδαιοσ και περιτομη καρδιασ εν πνευματι ου γραμματι ου ο επαινοσ ουκ εξ ανθρωπων αλλ εκ του θεου

< Romalilara 2 >