< Romalilara 10 >

1 Ey qardaşlar, İsraillilərin xilasını ürəkdən arzulayıram və bunun üçün Allaha dua edirəm.
Ἀδελφοί, ἡ μὲν εὐδοκία τῆς ἐμῆς καρδίας, καὶ ἡ δέησις πρὸς τὸν ˚Θεὸν, ὑπὲρ αὐτῶν εἰς σωτηρίαν.
2 Onların barəsində şəhadət edirəm ki, Allah naminə qeyrət çəkirlər, amma bu qeyrət biliyə əsaslanmır.
Μαρτυρῶ γὰρ αὐτοῖς ὅτι ζῆλον ˚Θεοῦ ἔχουσιν, ἀλλʼ οὐ κατʼ ἐπίγνωσιν.
3 Çünki onlar Allahdan gələn salehliyi anlamayıb öz salehliklərini bərqərar etməyə çalışmaqla Allahın salehliyinə tabe olmadılar.
Ἀγνοοῦντες γὰρ τὴν τοῦ ˚Θεοῦ δικαιοσύνην, καὶ τὴν ἰδίαν ζητοῦντες στῆσαι, τῇ δικαιοσύνῃ τοῦ ˚Θεοῦ οὐχ ὑπετάγησαν.
4 Məsih Qanunun sonu olub ki, iman gətirən hər kəs saleh sayılsın.
Τέλος γὰρ νόμου ˚Χριστὸς, εἰς δικαιοσύνην παντὶ τῷ πιστεύοντι.
5 Musa Qanunla gələn salehlik haqqında belə yazır: «Bu şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq».
Μωϋσῆς γὰρ γράφει τὴν δικαιοσύνην τὴν ἐκ νόμου, ὅτι “Ὁ ποιήσας αὐτὰ ἄνθρωπος, ζήσεται ἐν αὐτῇ.”
6 Amma imanla gələn salehlik barədə belə deyilir: «Ürəyində demə ki, “Kim göylərə, yəni Məsihi endirməyə çıxacaq?”
Ἡ δὲ ἐκ πίστεως δικαιοσύνη οὕτως λέγει, “Μὴ εἴπῃς ἐν τῇ καρδίᾳ σου, ‘Τίς ἀναβήσεται εἰς τὸν οὐρανόν;’” (Τοῦτʼ ἔστιν ˚Χριστὸν καταγαγεῖν),
7 ya da “Kim dibsiz dərinliyə, yəni Məsihi ölülər arasından qaldırmağa enəcək?”» (Abyssos g12)
ἤ, “‘Τίς καταβήσεται εἰς τὴν Ἄβυσσον;’” (Τοῦτʼ ἔστιν ˚Χριστὸν ἐκ νεκρῶν ἀναγαγεῖν). (Abyssos g12)
8 Bəs onda nə deyilir? «Kəlam sənə çox yaxındır, o sənin dilində və ürəyindədir». Biz elə həmin iman kəlamını vəz edirik:
Ἀλλὰ τί λέγει; “Ἐγγύς σου τὸ ῥῆμά ἐστιν, ἐν τῷ στόματί σου, καὶ ἐν τῇ καρδίᾳ σου”, τοῦτʼ ἔστιν τὸ ῥῆμα τῆς πίστεως ὃ κηρύσσομεν.
9 əgər sən İsanın Rəbb olduğunu dilinlə iqrar edib Allahın Onu ölülər arasından diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan.
Ὅτι ἐὰν ὁμολογήσῃς ἐν τῷ στόματί σου, “˚Κύριον ˚Ἰησοῦν”, καὶ πιστεύσῃς ἐν τῇ καρδίᾳ σου ὅτι ὁ ˚Θεὸς αὐτὸν ἤγειρεν ἐκ νεκρῶν, σωθήσῃ.
10 Çünki insan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur.
Καρδίᾳ γὰρ πιστεύεται εἰς δικαιοσύνην, στόματι δὲ ὁμολογεῖται εἰς σωτηρίαν.
11 Belə ki Müqəddəs Yazıda deyilir: «Ona iman edən hər kəs utandırılmayacaq».
Λέγει γὰρ ἡ Γραφή, “Πᾶς ὁ πιστεύων ἐπʼ αὐτῷ οὐ καταισχυνθήσεται.”
12 Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir.
Οὐ γάρ ἐστιν διαστολὴ Ἰουδαίου τε καὶ Ἕλληνος, ὁ γὰρ αὐτὸς ˚Κύριος πάντων, πλουτῶν εἰς πάντας τοὺς ἐπικαλουμένους αὐτόν.
13 Çünki «Rəbbin adını çağıran hər kəs xilas olacaq».
“Πᾶς” γὰρ “ὃς ἂν ἐπικαλέσηται τὸ ὄνομα ˚Κυρίου, σωθήσεται.”
14 Bəs onlar iman etmədikləri Şəxsi necə çağıracaqlar? Barəsində eşitmədikləri Şəxsə necə iman edəcəklər? Vəz edən olmasa, necə eşidəcəklər?
Πῶς οὖν ἐπικαλέσωνται εἰς ὃν οὐκ ἐπίστευσαν; Πῶς δὲ πιστεύσωσιν οὗ οὐκ ἤκουσαν; Πῶς δὲ ἀκούσωσιν χωρὶς κηρύσσοντος;
15 Göndərilməsələr, necə vəz edəcəklər? Necə ki yazılıb: «Xoş xəbəri müjdələyənin qədəmləri necə də gözəldir!»
Πῶς δὲ κηρύξωσιν ἐὰν μὴ ἀποσταλῶσιν; Καθὼς γέγραπται, “Ὡς ὡραῖοι οἱ πόδες τῶν εὐαγγελιζομένων ἀγαθά!”
16 Amma Müjdəyə hamı qulaq asmadı. Çünki Yeşaya deyir: «Ya Rəbb, xəbərimizə kim inandı?»
Ἀλλʼ οὐ πάντες ὑπήκουσαν τῷ εὐαγγελίῳ. Ἠσαΐας γὰρ λέγει, “˚Κύριε, τίς ἐπίστευσεν τῇ ἀκοῇ ἡμῶν;”
17 Beləliklə, iman eşitməkdən, eşitmək də Məsihin kəlamı vasitəsilə yaranır.
Ἄρα ἡ πίστις ἐξ ἀκοῆς, ἡ δὲ ἀκοὴ διὰ ῥήματος ˚Χριστοῦ.
18 Lakin soruşuram: məgər onlar eşitmədilər? Əlbəttə ki, eşitdilər: «Avazları bütün dünyaya yayıldı, Sözləri yerin ucqarlarına çatdı».
Ἀλλὰ λέγω, μὴ οὐκ ἤκουσαν; Μενοῦνγε, “Εἰς πᾶσαν τὴν γῆν, ἐξῆλθεν ὁ φθόγγος αὐτῶν, καὶ εἰς τὰ πέρατα τῆς οἰκουμένης, τὰ ῥήματα αὐτῶν.”
19 Bir də soruşuram: məgər İsrail anlamadı? Musa ilk olaraq deyir: «Mən sizi xalq olmayanlarla qısqandıracağam, Axmaq bir millətlə qəzəbləndirəcəyəm».
Ἀλλὰ λέγω, μὴ Ἰσραὴλ οὐκ ἔγνω; Πρῶτος Μωϋσῆς λέγει, “Ἐγὼ παραζηλώσω ὑμᾶς, ἐπʼ οὐκ ἔθνει, ἐπʼ ἔθνει ἀσυνέτῳ, παροργιῶ ὑμᾶς.”
20 Yeşaya isə cəsarətlə deyir: «Rəbb deyir: “Məni axtarmayanlar tərəfindən tapıldım, Məni soruşmayanlara Mən zühur etdim”».
Ἠσαΐας δὲ ἀποτολμᾷ καὶ λέγει, “Εὑρέθην ἐν τοῖς ἐμὲ μὴ ζητοῦσιν, ἐμφανὴς ἐγενόμην τοῖς ἐμὲ μὴ ἐπερωτῶσιν.”
21 İsrail barədə isə belə deyir: «Gün boyu itaətsiz, dikbaş xalqa əllərimi uzadıb durdum».
Πρὸς δὲ τὸν Ἰσραὴλ λέγει, “Ὅλην τὴν ἡμέραν, ἐξεπέτασα τὰς χεῖράς μου πρὸς λαὸν ἀπειθοῦντα καὶ ἀντιλέγοντα.”

< Romalilara 10 >