< Vəhy 6 >

1 Mən gördüm ki, Quzu yeddi möhürün birini açdı. Onda dörd canlı məxluqdan birinin göy gurultusuna bənzər səslə «gəl» dediyini eşitdim.
И видех кад отвори Јагње један од седам печата, и чух једну од четири животиње где говори као глас громовни: Дођи и види.
2 Gördüm ki, bir ağ at və onun belində oturan atlının əlində ox-kaman var. Ona bir tac verildi və bir qalib kimi yola çıxdı ki, qələbə qazansın.
И видех, и гле, коњ бео, и онај што сеђаше на њему имаше стрелу; и њему се даде венац, и изиђе побеђујући, и да победи.
3 Quzu ikinci möhürü açanda ikinci canlı məxluqun «gəl» dediyini eşitdim.
И кад отвори други печат, чух другу животињу где говори: Дођи и види.
4 Onda ayrısı – od rəngində bir at ortaya çıxdı. Onun belində oturan atlıya izin verildi ki, yer üzündə sülhü aradan götürsün və insanlara bir-birini qırdırsın. Atlıya böyük bir qılınc verildi.
И изиђе други коњ риђ, и ономе што сеђаше на њему даде се да узме мир са земље, и да убија један другог, и даде му се мач велики.
5 Quzu üçüncü möhürü açanda üçüncü canlı məxluqun «gəl» dediyini eşitdim. Gördüm ki, bir qara at və onun belində oturan atlının əlində tərəzi var.
И кад отвори трећи печат, чух трећу животињу где говори: Дођи и види. И видех, и гле, коњ вран, и онај што сеђаше на њему имаше мерила у руци својој.
6 Dörd canlı məxluqun arasından sanki bir səsin belə dediyini eşitdim: «Bir xiniks buğda bir dinara, üç xiniks arpa da bir dinaradır; amma zeytun yağına və şəraba ziyan vurma».
И чух глас између четири животиње где говори: Ока пшенице за грош, и три оке јечма за грош; а уља и вина неће бити.
7 Quzu dördüncü möhürü açanda dördüncü canlı məxluqun «gəl» dediyini eşitdim.
И кад отвори четврти печат, чух глас четврте животиње где говори: Дођи и види.
8 Gördüm ki, bir solğun rəngdə at var. Onun belində oturan atlının adı Ölüm idi. Ölülər diyarı da onun ardınca gedirdi. Onlara yer üzünün dörddə biri üzərində səlahiyyət verildi ki, qılınc, aclıq, azar və yer üzündəki vəhşi heyvanlarla insanları qırsınlar. (Hadēs g86)
И видех, и гле, коњ блед, и ономе што сеђаше на њему беше име смрт, и пакао иђаше за њим; и њему се даде област на четвртом делу земље да убије мачем и глађу и смрћу и зверињем земаљским. (Hadēs g86)
9 Quzu beşinci möhürü açanda qurbangahın altında Allahın kəlamına və etdikləri şəhadətə görə kəsilən canları gördüm.
И кад отвори пети печат, видех под олтаром душе побијених за реч Божију и за сведочанство које имаху.
10 Onlar uca səslə fəryad edirdi: «Ey müqəddəs və haqq olan Pərvərdigar, nə vaxta kimi mühakimə etməyib yer üzündə yaşayanlardan qanımızın qisasını almayacaqsan?»
И повикаше гласом великим говорећи: Докле, Господару Свети и Истинити! Не судиш и не кајеш крв нашу на онима што живе на земљи?
11 Onda hər birinə ağ xalat verilib deyildi ki, özləri ilə birgə qulluq edən, onlar kimi öldürüləcək bacı-qardaşlarının sayı tamam olana qədər bir az vaxt da rahat olsunlar.
И дане бише свакоме од њих хаљине беле, и речено им би да почину још мало времена, докле се наврше и другари њихови и браћа њихова, који ваља да буду побијени као и они.
12 Quzu altıncı möhürü açanda gördüm ki, böyük bir zəlzələ baş verdi. Günəş qıldan toxunan çul kimi qaraldı və ayın rəngi bütünlüklə qan kimi oldu.
И видех кад отвори шести печат, и гле, затресе се земља врло, и сунце поста црно као врећа од кострети, и месец поста као крв;
13 Göydəki ulduzlar da əncir ağacının güclü küləkdən sarsılıb kal meyvələrini tökdüyü kimi yerə töküldü.
И звезде небеске падоше на земљу као што смоква одбацује пупке своје кад је велики ветар заљуља.
14 Göy də bükülən tumar kimi çəkilib getdi. Hər dağ və ada yerindən tərpəndi.
И небо се измаче као књига кад се савије, и свака гора и острво с места својих покренуше се.
15 Onda yer üzünün padşahları, böyük adamlar, sərkərdələr, varlılar, güclülər, hər qul və azad adam mağaralarda və dağlardakı qayalar arasında gizlənib
И цареви земаљски, и бољари, и богати, и војводе, и силни, и сваки роб, и сваки слободњак, сакрише се по пећинама и по камењацима горским;
16 dağlara və qayalara dedilər: «Üstümüzə qopub düşün və bizi taxtda Oturanın üzündən, Quzunun qəzəbindən gizlədin.
И говорише горама и камењу: Падните на нас, и сакријте нас од лица Оног што седи на престолу, и од гнева Јагњетовог.
17 Çünki qəzəblərinin böyük günü gəlib çatdı və ona qarşı kim dura bilər?»
Јер дође велики дан гнева Његовог, и ко може остати?

< Vəhy 6 >