< Vəhy 22 +

1 Mələk mənə həyat suyu axan çayı göstərdi. Bu çay büllur kimi parlaq olub Allahın və Quzunun taxtından çıxır
天使展示了生命水的河流,清澈透明,从上帝和羔羊的宝座流出来,
2 və şəhərin baş küçəsinin ortasından axırdı. Çayın hər iki tayında on iki cür meyvə gətirən həyat ağacı var idi. O ağac hər ay meyvə gətirir. Onun yarpaqları millətlərə şəfa vermək üçündür.
就在城市主街的中央。河的两边是生命树,每月结果,共结十二次,树叶可以医治列国。
3 Daha lənətlənən heç bir şey olmayacaq. Allahın və Quzunun taxtı orada olacaq və qulları Ona ibadət edəcək.
不再有任何咒诅。城里有上帝和羊羔的宝座,他的仆人都膜拜他。
4 Onlar Onun üzünü görəcək, alınlarında Onun adını daşıyacaqlar.
他们会看到他的脸。他的名字会写在他们的额头。
5 Artıq gecə olmayacaq, heç kəsin çıraq və günəş işığına ehtiyacı olmayacaq. Çünki Rəbb Allah onlara işıq verəcək və onlar əbədi olaraq padşahlıq edəcək. (aiōn g165)
不再有黑夜了,他们不再需要灯之光或太阳之光了,因为主上帝要光照他们,他们要作王,直到永远。 (aiōn g165)
6 Mələk mənə dedi: «Bu sözlər etibarlı və həqiqidir. Peyğəmbərlərin ruhlarına ilham verən Rəbb Allah mələyini göndərib ki, Öz qullarına tezliklə baş verməli hadisələri göstərsin».
天使对我说:“这些话可信且真实。那将其灵给了众先知的主上帝,派来他的天使,把快发生的事,指示他的仆人。”
7 İsa deyir: «Budur, tezliklə gəlirəm! Bu kitabın peyğəmbərlik sözlərinə riayət edən kəs nə bəxtiyardır!»
“我马上到来!遵守这书上预言之人都会获得祝福!”
8 Mən Yəhya bunları eşitdim və gördüm. Eşidib gördükdə bunları mənə göstərən mələyə səcdə etmək üçün onun ayaqlarına düşdüm.
我是约翰,听到并看到这一切。当我听到和看到他们时,就俯伏在天使面前膜拜他,因为他向我展示了这一切。
9 Amma o mənə dedi: «Yox, olmaz! Mən səninlə, peyğəmbər qardaşlarınla və bu kitabın sözlərinə riayət edənlərlə birgə Allah quluyam. Allaha səcdə et».
他对我说:“千万别这样!我和你、以及你的兄弟和众先知、以及那些遵守这书上文字的人,都是仆人。你应当膜拜上帝。”
10 Yenə də mənə dedi: «Bu kitabın peyğəmbərlik sözlərini möhürləmə, çünki vaxt yaxındır.
他又对我说:“不要封住这书上的预言,因为时间将至。
11 Haqsızlıq edən qoy daha da haqsızlıq etsin. Murdar olan daha da murdarlansın. Saleh olansa qoy daha da saleh işlər görsün. Müqəddəs olan daha da müqəddəs olsun».
那些不做正确事情之人,让他们保持那样。那些不纯洁的人,让他们保持那样。那些做正确事情之人,让他们保持那样。那些圣洁的人,让他们保持那样。”
12 İsa deyir: «Budur, tezliklə gəlirəm. Verəcəyim mükafat Mənimlədir və hər kəsə öz əməlinə görə əvəz verəcəyəm.
“我马上到来!根据每个人的行为,将我的赏赐带给他们。
13 Alfa və Omeqa, Birinci və Sonuncu, Başlanğıc və Axır Mənəm!»
我是阿尔法和欧米茄,我是最初也是最后,是开始也是结束。
14 Xalatlarını günahdan təmizləyənlər nə bəxtiyardır! Bununla da həyat ağacından yeməyə icazələri olacaq, darvazalardan keçib şəhərə girəcəklər.
那些洗净自己长袍之人获得了祝福!他们可以有权到生命树那里,也可以从门走进城里。
15 İt kimi murdarlar, sehrbazlar, əxlaqsızlar, qatillər, bütpərəstlər və yalanı sevib danışan hər kəssə kənarda qalacaq.
城外的就是狗,行巫术的,淫乱的,杀人的,拜神像的,以及一切爱编造谎言的人。
16 Yenə deyir: «Mən İsa Öz mələyimi göndərdim ki, cəmiyyətlərə aid olan bu şəhadəti sizə versin. Mən Davudun Kökü və Nəsli, parlaq Dan Ulduzuyam».
我耶稣,派我的天使给你们这个见证,与众教会分享。我也是大卫的根和后裔,我是明亮的晨星。”
17 Ruh da, gəlin də deyir: «Gəl!» Qoy eşidən də desin: «Gəl!» Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün.
圣灵和新娘说:“来吧!”听见的人也要说:“来吧!”口渴的人,来吧!愿意的人, 都可免费接受这生命的水!
18 Mən bu kitabın peyğəmbərlik sözlərini eşidən hər kəsə xəbərdarlıq edirəm: kim bunlara bir şey artırarsa, Allah da ona bu kitabda yazılan bəlaları artıracaq;
我郑重地向所有听到这本预言书的人宣布,如果有在其中添加了什么,上帝就会把这本书中描述的灾难,添加在他们身上。
19 kim bu peyğəmbərlik kitabının sözlərindən bir şey götürərsə, Allah da bu kitabda yazılmış həyat ağacından və müqəddəs şəhərdən ona düşən payı götürəcək.
如果有人删减这书的预言,上帝必从这书中的生命树和圣城中,删去他那一部分。
20 Bunlara şəhadət edən deyir: «Bəli, tezliklə gəlirəm!» Amin. Gəl, ya Rəbb İsa!
确认这些事的那个人说:“是的,我马上到来!”阿门!来吧,主耶稣。
21 Rəbb İsanın lütfü hamıya yar olsun! Amin.
愿主耶稣的恩典与所有信徒同在!阿门。

< Vəhy 22 +