< Vəhy 21 >

1 Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi.
І бачив я нове небо й нову землю, перве бо небо і перва земля перейшла, а моря вже більше не було.
2 Mən müqəddəs şəhərin – yeni Yerusəlimin göydən, Allahın yanından endiyini gördüm. Şəhər öz bəyi üçün bəzədilmiş gəlin kimi hazırlanmışdı.
А я Йоан бачив город той сьвятий, новий Єрусалим, що сходив від Бога з неба, приготований, як невіста украшена чоловікові своєму.
3 Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq.
І чув я голос великий з неба, що глаголав: Ось, оселя Божа з людьми, і, дому вати ме з ними; а вони будуть Його люде, і сам Бог буде з ними, Бог їх.
4 Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi».
І обітре Бог усяку сльозу з очей їх; і смерти більш не буде; анї смутку, анї крику, анї труду не буде вже; перве бо минуло.
5 Taxtda Oturan dedi: «Budur, Mən hər şeyi yenidən qururam». Yenə dedi: «Yaz, çünki bu sözlər etibarlı və həqiqidir».
І рече Сидячий на престолї: Ось, усе нове роблю. І рече мснї: Напиши; сї бо слова правдиві і вірні.
6 O mənə dedi: «Tamam oldu! Alfa və Omeqa, Başlanğıc və Axır Mənəm. Mən susayana həyat suyunun qaynağından müftə su verəcəyəm.
І рече менї: Стало ся! Я АльФа і Омега, почин і конець. Я дам жадному з жерела води життя дармо.
7 Qalib gələn bunları irs alacaq; “Mən ona Allah, o isə Mənə oğul olacaq”.
Хто побідйть, наслїдить усе, і я буду йому Бог, а він буде менї син.
8 Qorxaqların, imansızların, iyrənclərin, qatillərin, əxlaqsızların, sehrbazların, bütpərəstlərin və bütün yalançıların aqibəti isə od və kükürdlə yanan göldə olacaq; bu, ikinci ölümdür». (Limnē Pyr g3041 g4442)
А боязким, і невірним, і огидним, і душогубцям, і блудникам, і чарівникам, і ідолським служителям, і веїм ложникам часть їх в озері, палаючому огнем і сїркою, що єсть смерть друга. (Limnē Pyr g3041 g4442)
9 Son yeddi bəla ilə dolu yeddi nimçəsi olan yeddi mələkdən biri gəlib mənimlə danışaraq dedi: «Gəl, mən sənə Quzunun arvadı olacaq gəlini göstərim».
І приступив до мене один із семи ангелів, що мають сїм чаш, повні семи пораз останніх, і говорив зо мною, глаголючи: Ходи, покажу тобі невісту, жену Агнця.
10 O məni Ruhda böyük və uca bir dağın başına apardı. Oradan mənə göydən, Allahın yanından enən müqəddəs şəhəri, Yerusəlimi göstərdi.
І понїс мене духом на гору велику, і високу, і показав менї город великий, сьвятий Єрусалим, що сходив з неба від Бога,
11 Allahın ehtişamı orada idi; oradakı işıq ən qiymətli daş – büllur yəşəm daşı kimi parıldayırdı.
і мав славу Божу; а сьвітло Його подібне до найдорощого каменя наче до каменя ясписового, як хришталь блискучого,
12 Oranın böyük və uca divarı, on iki darvazası var idi. Darvazalarda on iki mələk durmuşdu. Darvazaların üstündə İsrailin on iki qəbiləsinin adı həkk olunmuşdu.
а мав він мур великий і високий, мав дванайцять воріт, а на воротах дванайцять ангелів, та й імена написані, котрі були дванайцять роди синів Ізраїлевих.
13 Şərqdə üç darvaza, şimalda üç darvaza, cənubda üç darvaza və qərbdə üç darvaza var idi.
Від сходу троє воріт, від півночі троє воріт, від полудня троє воріт, від заходу троє воріт.
14 Şəhər divarının on iki təməli var idi və təməllərin üstündə Quzunun On İki həvarisinin adı var idi.
А мур города мав дванайцять підвалин, а на них імена дванайцяти апостолів Агнця.
15 Mənimlə danışan mələyin əlində şəhəri, oranın darvazalarını və divarını ölçmək üçün bir qızıl ölçü qamışı var idi.
А той, хто говорив зо мною, мав золоту тростину, щоб змірити город і ворота його, і мур його.
16 Şəhər dördbucaqlı şəklində idi və oranın uzunluğu eninə bərabərdir. Mələk qamışla şəhəri ölçdü: oranın uzunluğu, eni və hündürlüyü bərabər olub 12 000 stadi idi.
А город той четверокутний, а довжина його стілька, скілька ширина. І змірив город тростиною на дванайцять тисяч стадий; довжина, і ширина і вишина його однакі.
17 O, şəhərin divarını da ölçdü: onun hündürlüyü mələyin istifadə etdiyi insan ölçüsünə görə 144 qulac idi.
І змірив мур його на сто сорок чотири локот міри чоловічої, котра була ангелська (міра).
18 Divar yəşəm daşından tikilmişdi, şəhər isə şəffaf şüşəyə bənzər saf qızıldan idi.
А була будівля муру його ясписова, а город - золото чисте, подібне до чистого шкла.
19 Şəhər divarının təməlləri hər cür qiymətli daşla – birinci təməl yəşəmlə, ikincisi göy yaqutla, üçüncüsü əqiqlə, dördüncüsü zümrüdlə,
А підвалини муру городського всяким дорогим каміннєм украшені. Перва підвалина яспис, друга сафир, третя халькидон, четверта смарагд,
20 beşincisi damarlı əqiqlə, altıncısı qırmızı əqiqlə, yeddincisi sarı yaqutla, səkkizincisi berillə, doqquzuncusu topazla, onuncusu zəbərcədlə, on birincisi sirkonla, on ikincisi ametistlə bəzədilmişdi.
пята сардоних, шеста сард, сема хризолит, восьма бериль, девята топаз, десята хризопрас, одинайцята гиякинт, дванадцята аметист.
21 On iki darvaza on iki mirvaridən idi, hər darvaza bir mirvaridən düzəldilmişdi. Şəhərin baş küçəsi isə şüşə kimi şəffaf olan xalis qızıldan idi.
А дванайцять воріть то дванайцять перед. А кожні ворота з однієї перли. А вулиця города - то золото чисте, як шкло просяйне.
22 Mən orada məbəd görmədim, çünki oranın məbədi Külli-İxtiyar Rəbb Allah və Quzudur.
А храму не бачив я в ньому; бо Господь Бог Вседержитель - його храм, і Агнець.
23 Şəhərin işıqlanması üçün nə günəşə, nə də aya ehtiyacı var, çünki Allahın ehtişamı oranı işıqlandırır, Quzu da oranın çırağıdır.
І не потрібує город той сонця, анї місяця, щоб сьвітили в ньому, бо слава Божа осьвітила його, а сьвітильник його - Агнець.
24 Millətlər şəhərin işığında gəzəcək, yer üzünün padşahları cah-calalını oraya gətirəcək.
А народи, що будуть спасені, ходити муть у сьвітлї його; а царі земні принесуть славу і честь свою до нього.
25 Oranın darvazaları gündüz heç bağlanmayacaq, orada gecə olmayacaq.
А ворота його не будуть зачинятись днями; ночі бо не буде там
26 Millətlərin cah-calal və şərəfi oraya gətiriləcək.
І принесуть славу і честь народів до него
27 Oraya murdar olan heç bir şey, iyrənc iş görən və yalan danışan heç kim əsla girməyəcək, yalnız adları Quzunun həyat kitabına yazılanlar girəcək.
І не ввійде до него нїщо погане, анї хто робить гидоту та лож, тільки ті, що написані в книзі життя Агнцевій.

< Vəhy 21 >