< Vəhy 19 >

1 Bundan sonra göydə böyük bir kütlənin səsinə bənzər uca bir səs eşitdim. Onlar deyirdi: «Halleluya! Xilas, izzət və qüdrət Allahımıza məxsusdur!
Post hæc audivi quasi vocem turbarum multarum in cælo dicentium: Alleluja: salus, et gloria, et virtus Deo nostro est:
2 Çünki Onun hökmləri Həqiqi və ədalətlidir. O, əxlaqsızlığı ilə yer üzünü azdıran Böyük fahişəni mühakimə etdi, Öz qullarının qanının qisasını Ondan aldı».
quia vera et justa judicia sunt ejus, qui judicavit de meretrice magna, quæ corrupit terram in prostitutione sua, et vindicavit sanguinem servorum suorum de manibus ejus.
3 Onlar dedi: «Halleluya! Fahişədən çıxan tüstü əbədi olaraq yüksəlir». (aiōn g165)
Et iterum dixerunt: Alleluja. Et fumus ejus ascendit in sæcula sæculorum. (aiōn g165)
4 Onda iyirmi dörd ağsaqqal və dörd canlı məxluq yerə qapanaraq taxtda oturan Allaha səcdə edib dedi: «Amin! Halleluya!»
Et ceciderunt seniores viginti quatuor, et quatuor animalia, et adoraverunt Deum sedentem super thronum, dicentes: Amen: alleluja.
5 Taxtdan da belə bir səs gəldi: «Ey Onun bütün qulları, Böyükdən kiçiyə qədər Ondan qorxanlar, Allahımızı mədh edin!»
Et vox de throno exivit, dicens: Laudem dicite Deo nostro omnes servi ejus: et qui timetis eum pusilli et magni.
6 Mən böyük bir kütlənin, gur suların və güclü göy gurultusunun səsinə bənzər bir səs də eşitdim. Bu səs deyirdi: «Halleluya! Çünki Külli-İxtiyar Rəbb Allahımız Padşahlıq taxtına çıxdı!
Et audivi quasi vocem turbæ magnæ, et sicut vocem aquarum multarum, et sicut vocem tonitruorum magnorum, dicentium: Alleluja: quoniam regnavit Dominus Deus noster omnipotens.
7 Gəlin sevinib şad olaq, Onu izzətləndirək! Çünki Quzunun toyu başlayır. Gəlini özünü hazırlayıb;
Gaudeamus, et exsultemus: et demus gloriam ei: quia venerunt nuptiæ Agni, et uxor ejus præparavit se.
8 Geyinmək üçün ona Təmiz, parlaq və incə kətan verildi». İncə kətan müqəddəslərin saleh əməllərinin rəmzidir.
Et datum est illi ut cooperiat se byssino splendenti et candido. Byssinum enim justificationes sunt sanctorum.
9 Onda mələk mənə dedi: «Yaz: Quzunun toy ziyafətinə dəvət olunanlar nə bəxtiyardır!» Yenə də mənə dedi: «Bunlar Allahın həqiqi sözləridir».
Et dixit mihi: Scribe: Beati qui ad cœnam nuptiarum Agni vocati sunt; et dixit mihi: Hæc verba Dei vera sunt.
10 Mən ona səcdə etmək üçün ayaqlarına düşdüm. Amma o mənə dedi: «Yox, olmaz! Mən də səninlə və İsa barədə şəhadət edən qardaşlarınla birgə Allahın quluyam. Allaha səcdə et. Çünki İsanın şəhadəti peyğəmbərlərə ilham verir».
Et cecidi ante pedes ejus, ut adorarem eum. Et dicit mihi: Vide ne feceris: conservus tuus sum, et fratrum tuorum habentium testimonium Jesu. Deum adora. Testimonium enim Jesu est spiritus prophetiæ.
11 Mən gördüm ki, göy yarılıb və orada bir ağ at var. Onun belində oturan Süvari Sadiq və Haqq adlanır və ədalətlə hökm çıxararaq döyüşür.
Et vidi cælum apertum, et ecce equus albus, et qui sedebat super eum, vocabatur Fidelis, et Verax, et cum justitia judicat et pugnat.
12 Onun gözləri odlu alova bənzəyir. Başında çoxlu sayda kiçik tac var və üzərində Özündən başqa heç kəsin bilmədiyi bir ad yazılıb.
Oculi autem ejus sicut flamma ignis, et in capite ejus diademata multa, habens nomen scriptum, quod nemo novit nisi ipse.
13 O, qana batmış bir paltar geyinib və Onun adı Allahın Kəlamıdır.
Et vestitus erat veste aspersa sanguine: et vocatur nomen ejus: Verbum Dei.
14 Göydə olan ordular ağ, təmiz və incə kətan geyinərək ağ atların belində Onun ardınca gedirdi.
Et exercitus qui sunt in cælo, sequebantur eum in equis albis, vestiti byssino albo et mundo.
15 Onun ağzından millətlərə zərbə vurmaq üçün iti bir qılınc çıxır. O, «dəmir əsa ilə onlara ağalıq edəcək». Külli-İxtiyar Allahın şiddətli qəzəb şərabının hazırlandığı üzümsıxanı Özü tapdalayacaq.
Et de ore ejus procedit gladius ex utraque parte acutus, ut in ipso percutiat gentes. Et ipse reget eas in virga ferrea: et ipse calcat torcular vini furoris iræ Dei omnipotentis.
16 Onun paltarının və budunun üstündə bu ad yazılıb: «Padşahların Padşahı və ağaların Ağası».
Et habet in vestimento et in femore suo scriptum: Rex regum et Dominus dominantium.
17 Günəşdə dayanan bir mələyi də gördüm. O, uca səslə nida edib göyün ortasında uçan bütün quşlara dedi: «Allahın böyük ziyafətinə gəlin. Bir yerə yığılın ki,
Et vidi unum angelum stantem in sole, et clamavit voce magna, dicens omnibus avibus, quæ volabant per medium cæli: Venite, et congregamini ad cœnam magnam Dei:
18 padşahların, sərkərdələrin, igidlərin ətini, atların və bellərində oturan atlıların ətini, azadların və qulların, böyük və kiçiklərin hamısının ətini yeyəsiniz».
ut manducetis carnes regum, et carnes tribunorum, et carnes fortium, et carnes equorum, et sedentium in ipsis, et carnes omnium liberorum, et servorum, et pusillorum et magnorum.
19 Mən gördüm ki, vəhşi heyvan, yer üzünün padşahları və onların orduları atın belində oturan Süvari ilə və Onun qoşunu ilə döyüşməyə toplaşıb.
Et vidi bestiam, et reges terræ, et exercitus eorum congregatos ad faciendum prælium cum illo, qui sedebat in equo, et cum exercitu ejus.
20 Vəhşi heyvan yaxalandı; onun önündə əlamətlər göstərmiş, bunlarla onun damğasını qəbul edib surətinə səcdə edənləri aldatmış yalançı peyğəmbər də yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı. (Limnē Pyr g3041 g4442)
Et apprehensa est bestia, et cum ea pseudopropheta: qui fecit signa coram ipso, quibus seduxit eos, qui acceperunt caracterem bestiæ, et qui adoraverunt imaginem ejus. Vivi missi sunt hi duo in stagnum ignis ardentis sulphure: (Limnē Pyr g3041 g4442)
21 Başqaları isə atın belində oturan Süvarinin ağzından çıxan qılıncla həlak oldu. Bütün quşlar da onların ətini yeyib doydu.
et ceteri occisi sunt in gladio sedentis super equum, qui procedit de ore ipsius: et omnes aves saturatæ sunt carnibus eorum.

< Vəhy 19 >