< Vəhy 17 >

1 Yeddi nimçəsi olan yeddi mələkdən biri gəlib mənimlə danışdı və dedi: «Gəl, çoxlu suların üzərində oturmuş bədnam fahişə barədə çıxacaq hökmü sənə göstərim.
七位拿著七個盂的天使中,有一位前來, 向我說道:「你來,我要指給你看,那在多水之旁為王的大淫婦受的懲罰;
2 Yer üzünün padşahları onunla əxlaqsızlıq etdilər və yer üzündə yaşayanlar onun əxlaqsızlıq şərabından sərxoş oldular».
世上的諸王都同她行過邪淫,地上的居民也都喝醉了她淫亂的酒。」
3 O məni Ruhda çölə apardı. Orada mən gördüm ki, bir qadın yeddi başlı, on buynuzlu və üstündə başdan-başa küfr adları yazılan al rəngli bir vəhşi heyvanın belində oturub.
於是天使叫我神魂超拔,提我到了曠野,我便看見了一個婦人,坐在一隻朱紅色且滿了褻瀆名號的獸身上,牠有七個頭,十隻角。
4 Qadın tünd qırmızı və al rəngli paltar geyinmiş, qızıl, qiymətli daş və mirvari ilə bəzənmişdi. Onun əlində iyrənc şeylər və öz əxlaqsızlığının çirkabı ilə dolu qızıl kasa var idi.
這婦人身穿紫紅和朱紅色的衣服,全身點綴著金子、寶石和珍珠;她手裏拿著滿盛可憎之物和她淫污的金杯。
5 Alnında isə bu sirli ad yazılmışdı: «Yer üzünün fahişələrinin və iyrəncliklərinin anası olan böyük Babil».
她的額上寫著一個含有奧秘的名字:「偉大的巴比倫!淫亂和地上可憎之物的母親。」
6 Mən gördüm ki, qadın müqəddəslərin qanından və İsaya şəhadət edənlərin qanından sərxoş olub. Bunu görüb hədsiz heyrətləndim.
我又看見這婦人痛飲了聖徒的血,和為耶穌殉道者的血; 我一看見她,遂大為驚奇。
7 Onda mələk mənə dedi: «Nə üçün heyrətə düşdün? Mən sənə qadının və onu daşıyan yeddi başlı, on buynuzlu vəhşi heyvanın sirrini açacağam.
天使便對我說:「你為什麼驚奇?我要告訴你這婦人和馱著她,而有七個頭和十隻角的那獸的奧秘:
8 Gördüyün vəhşi heyvan var olmuş, indi yox olan və dibsiz dərinliklərdən çıxmaq üzrə olaraq həlaka gedir. Yer üzündə yaşayan və dünya yaranandan bəri adı həyat kitabına yazılmamış adamlar vəhşi heyvanı görəndə heyrətə düşəcək, çünki o var olmuş, yox olan, amma yenə gəlməli olandır. (Abyssos g12)
你所看見的那獸, 先前在而今不在,可是牠又要從深淵中上來,自趨於喪亡;地上的居民,凡他們的名字從創世之初,沒有記錄在生命冊中的,看見那先前在,而今不在,將來又在的獸,都必要驚奇。 (Abyssos g12)
9 Bu işdə müdrik ağıl lazımdır. Yeddi baş qadının oturduğu yeddi təpədir. Bunlar həm də yeddi padşahdır.
這裏需要一個有智慧的明悟去理解:七個頭是指那婦人所坐的七座山,也是指七位君王;
10 Onlardan beşi ölüb, biri qalıb, digəri isə hələ gəlməyib və gələndə də qısa müddət qalmalıdır.
五位已經倒了,一位仍在,另一位還沒有來到;當他來到時,必要存留片刻。
11 Bir zaman var olmuş, indi isə yox olan vəhşi heyvan da səkkizinci padşahdır. O, yeddi padşahdan biridir və həlaka gedir.
至於那先前在而今不在的獸,是第八位,也屬於那七位中之一,牠要趨於喪亡。
12 Gördüyün on buynuz hələ padşahlıq etməyən on padşahdır. Onlar vəhşi heyvanla birgə səlahiyyəti ələ alıb bir saat padşahlıq edəcəklər.
你所看見的那十隻角,是指十個君王,他們還沒有領受王位,但必要同那獸一起得到權柄;他們當國王,只一個時辰。
13 Onların vahid bir niyyəti var, öz qüdrət və səlahiyyətlərini vəhşi heyvana təhvil verəcəklər.
他們的意見都一致:就是把自己的能力和權柄都交給那獸。
14 Onlar Quzu ilə döyüşəcəklər, lakin Quzu onlara qalib gələcək. Çünki O, ağaların Ağası, padşahların Padşahıdır və Onunla birgə olanlar da çağırılmış, seçilmiş və sadiq şəxslərdir».
他們要同羔羊交戰,羔羊卻要戰勝他們,因為他是萬主之主,萬王之王,同他在一起的蒙召、被選和忠信的人,也必要獲勝。 」
15 Mələk mənə dedi: «Fahişənin üzərində oturduğunu gördüyün sular – xalqlar, kütlələr, millətlər və dillərdir.
天使又對我說:「你看見那淫婦所統治的水,是指諸民族、群眾、邦國和異語人民。
16 Gördüyün vəhşi heyvan və on buynuz isə fahişəyə nifrət edərək onu soyub çılpaq qoyacaq, ətini yeyəcək və onu odda yandıracaq.
你看見的那十隻角和那獸,必要憎恨那淫婦,使她成為孤獨淒涼,赤身裸體的,並吞食她的肉,且用火焚燒她,
17 Çünki Allah bunu onların ürəyinə qoydu ki, Allahın niyyətini yerinə yetirsinlər, həmfikir olub Onun sözləri tamamlanana qədər padşahlıqlarını vəhşi heyvana təhvil versinlər.
因為天主使牠們的心中有這意念,叫牠們實行天主的計劃,就是叫牠們一心,把牠們的王權交給那獸,直到天主的話完全應驗為止。
18 Gördüyün qadın da yer üzünün padşahları üzərində padşahlıq edən böyük şəhərdir».
你所看見的那婦人,是指那座對地上的諸王握有王權的大城。」

< Vəhy 17 >