< Vəhy 1 >

1 Bu, İsa Məsihin vəhyidir. Allah bunu Ona verdi ki, tezliklə baş verməli hadisələri Öz qullarına aşkar etsin. Məsih də bunu Öz mələyi vasitəsilə qulu Yəhyaya göndərərək bəyan etdi.
The revelation of Jesus Christ, which God gave him to show his servants what must soon take place. He made it known by sending his angel to his servant John,
2 Yəhya Allahın kəlamı və İsa Məsihin şəhadəti, yəni gördüyü hər şey barədə şəhadət etdi.
who testified to the word of God and the testimony of Jesus Christ, even to all that he saw.
3 Nə bəxtiyardır bu peyğəmbərlik sözlərini oxuyan, eşidənlər və orada yazılanlara riayət edənlər! Çünki vaxt yaxındır.
Blessed is he who reads and those who hear the words of this prophecy and keep what is written in it, for the time is near.
4 Mən Yəhyadan Asiya vilayətindəki yeddi imanlılar cəmiyyətinə salam! Var Olan, Var Olmuş və Gəlməli Olandan, Onun taxtının önündəki yeddi ruhdan, həmçinin ölülər arasından ilk doğulan, yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Məsihdən sizə lütf və sülh olsun! Bizi sevən, Öz qanı bahasına bizi günahlarımızdan azad edərək
John to the seven churches in Asia: Grace to you and peace from God, who is and who was and who is to come, and from the seven Spirits who are before his throne,
5
and from Jesus Christ, the faithful witness, the firstborn from the dead, and the ruler of the kings of the earth. To him who loves us and washed us from our sins with his blood
6 bizdən bir padşahlıq təşkil edən və bizi Öz Atası Allah üçün kahinlər təyin edən Şəxsə əbədi olaraq izzət və qüdrət olsun! Amin. (aiōn g165)
and made us to be a kingdom, priests to his God and Father—to him be the glory and the power forever and ever. Amen. (aiōn g165)
7 Budur, O, buludlarla gəlir! Hər göz Onu görəcək, Hətta Onun bədənini deşənlər də Onu görəcək. Yer üzünün bütün tayfaları Onun üçün ah-nalə edəcək. Bəli, belə olacaq. Amin.
Behold, he is coming with the clouds, and every eye will see him, even those who pierced him, and all the tribes of the earth will wail on account of him. So shall it be! Amen.
8 Var Olan, Var Olmuş və Gəlməli Olan, Külli-İxtiyar Rəbb Allah deyir: «Alfa və Omeqa Mənəm!»
“I am the Alpha and the Omega,” says the Lord God, “who is and who was and who is to come, the Almighty.”
9 Əziyyətə, Allahın Padşahlığına və dözümə sizinlə İsada şərik olan mən – qardaşınız Yəhya Allahın kəlamından ötrü və İsa barədə şəhadət etdiyimə görə Patmos adlanan adada idim.
I, John, your brother and partner in the tribulation, kingdom, and endurance that are in Christ Jesus, was on the island called Patmos because of the word of God and the testimony of Jesus Christ.
10 Rəbbin günü Ruhun təsirinə düşdüm. Arxamdan şeypur səsinə bənzər uca bir səsin belə söylədiyini eşitdim:
I was in the Spirit on the Lord's day, and I heard behind me a loud voice like that of a trumpet,
11 «Gördüyünü bir kitaba yaz və bunu yeddi cəmiyyətə, yəni Efesə, İzmirə, Berqamaya, Tiatiraya, Sarda, Filadelfiyaya və Laodikeyaya göndər».
saying, “Write what yoʋ see in a book and send it to the seven churches: to Ephesus, Smyrna, Pergamum, Thyatira, Sardis, Philadelphia, and Laodicea.”
12 Onda çevrildim ki, mənimlə danışanın kim olduğunu görüm. Çevrildikdə yeddi qızıl çıraqdan gördüm.
Then I turned in that direction to see the voice that was speaking to me. And when I turned, I saw seven golden lampstands,
13 Çıraqdanların arasında uzun cübbə geymiş, sinəsinə qızıl qurşaq bağlamış bəşər oğluna bənzər Biri var idi.
and in the midst of the seven lampstands I saw one like a son of man, clothed with a robe reaching down to his feet and with a golden sash wrapped around his chest.
14 Onun başı, saçı yun və qar kimi ağ, gözləri isə odlu alov kimi idi;
His head and his hair were white like wool, as white as snow. His eyes were like a flame of fire,
15 ayaqları kürədə xalis olan pardaqlanmış tunc kimi idi, səsi də gur suların sədasına bənzəyirdi.
his feet were like burnished bronze refined in a furnace, and his voice was like the roar of many waters.
16 O, sağ əlində yeddi ulduz tutmuşdu, ağzından ikiağızlı iti bir qılınc çıxırdı; Onun üzü tam qüvvəsi ilə parlayan günəşə bənzəyirdi.
In his right hand he held seven stars, and out of his mouth came a sharp two-edged sword. His face was like the sun shining in its strength.
17 Mən Onu gördükdə ölü kimi ayaqlarına düşdüm. O isə sağ əlini mənim üstümə qoyub dedi: «Qorxma! Birinci və Sonuncu Olan,
When I saw him, I fell at his feet as dead. But he placed his right hand on me and said, “Do not be afraid. I am the first and the last,
18 Diri Olan Mənəm. Mən ölmüşdüm, indi isə əbədi olaraq diriyəm. Ölümün və ölülər diyarının açarları Məndədir. (aiōn g165, Hadēs g86)
the living one. I was dead, but behold, I am alive forevermore. Amen. I have the keys of Death and Hades. (aiōn g165, Hadēs g86)
19 Beləliklə, öz gördüklərini, indi və bundan sonra baş verəcək hadisələri yaz.
Therefore write what yoʋ have seen, what is now and what will take place after this.
20 Mənim sağ əlimdə gördüyün yeddi ulduzun və yeddi qızıl çıraqdanın sirrinə gəlincə, yeddi ulduz yeddi cəmiyyətin mələkləri, yeddi çıraqdan da yeddi cəmiyyət deməkdir.
This is the mystery of the seven stars that yoʋ saw in my right hand and the seven golden lampstands: The seven stars are the angels of the seven churches, and the seven lampstands are the seven churches.

< Vəhy 1 >