< Zəbur 1 >

1 Pislərin məsləhəti ilə getməyən, Günahkarların yolunda dayanmayan, Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır! 2 O ancaq Rəbbin Qanunundan zövq alar, Gecə-gündüz bu təlimatı dərin düşünər. 3 Axar sular kənarında əkilən ağac kimi Barını mövsümündə verər, Yarpağı solmaz, Etdiyi hər işdə uğur qazanar. 4 Pis adamlarsa belə deyil, Onlar yelin sovurduğu saman çöpünə bənzəyər. 5 Buna görə pis adamlar hökm günündə, Günahkarlar salehlərin məclisində dayana bilməz. 6 Çünki Rəbb salehlərin yolunu bilər, Pislərin yolu isə məhv olar.

< Zəbur 1 >