< Zəbur 93 >

1 Rəbb hökmranlıq edir, əzəmət libasıdır, Rəbbin libasına qüdrət qurşanıb. Dünya möhkəm durub, sarsılmazdır. 2 Ya Rəbb, taxtın əvvəldən qurulub, Əzəldən var olan Sənsən. 3 Ya Rəbb, sellər çağlayır, Şırıldayan sellər çağlayır, Uğuldayan sellər çağlayır. 4 Gur suların uğultusundan da, Dənizin güclü dalğalanmasından da, Ucalarda olan Rəbb qüdrətlidir! 5 Ya Rəbb, öyüdlərin tamamilə etibarlıdır, Evinə müqəddəslik əbədi olaraq yaraşır.

< Zəbur 93 >