< Zəbur 90 >

1 Allah adamı Musanın duası. Ey Xudavənd, bütün nəsillərdən bəri Bizə pənah yeri olmusan.
תְּפִלָּה לְמֹשֶׁה אִֽישׁ־הָאֱלֹהִים אֲֽדֹנָי מָעוֹן אַתָּה הָיִיתָ לָּנוּ בְּדֹר וָדֹֽר׃
2 Dağlara təvəllüd verməmişdən əvvəl, Kainatı, dünyanı doğmazdan əvvəl Əzəldən axıradək Allah Sənsən.
בְּטֶרֶם ׀ הָרִים יֻלָּדוּ וַתְּחוֹלֵֽל אֶרֶץ וְתֵבֵל וּֽמֵעוֹלָם עַד־עוֹלָם אַתָּה אֵֽל׃
3 İnsanları torpağa çevirirsən, Deyirsən: «Qoy bəşər övladları toza dönsün».
תָּשֵׁב אֱנוֹשׁ עַד־דַּכָּא וַתֹּאמֶר שׁוּבוּ בְנֵֽי־אָדָֽם׃
4 Sənin gözündə min il ötən bir günə, Bir gecə növbəsinə bənzər.
כִּי אֶלֶף שָׁנִים בְּֽעֵינֶיךָ כְּיוֹם אֶתְמוֹל כִּי יַֽעֲבֹר וְאַשְׁמוּרָה בַלָּֽיְלָה׃
5 İnsanları silirsən, çəkilirlər, Elə bil ki yuxudurlar. Sanki sübh çağı yerdə bitən otdurlar,
זְרַמְתָּם שֵׁנָה יִהְיוּ בַּבֹּקֶר כֶּחָצִיר יַחֲלֹֽף׃
6 Səhər boy atar, çiçək açar, Axşamsa solar, quruyar.
בַּבֹּקֶר יָצִיץ וְחָלָף לָעֶרֶב יְמוֹלֵל וְיָבֵֽשׁ׃
7 Qəzəbindən məhv oluruq, Hiddətindən vəlvələyə düşürük.
כִּֽי־כָלִינוּ בְאַפֶּךָ וּֽבַחֲמָתְךָ נִבְהָֽלְנוּ׃
8 Hüzurunda təqsirlərimizi üzə çıxarmısan, Gizli günahlarımıza üzünün işığını salmısan.
שַׁתָּ עֲוֺנֹתֵינוּ לְנֶגְדֶּךָ עֲלֻמֵנוּ לִמְאוֹר פָּנֶֽיךָ׃
9 Ömür-günümüz Sənin qəzəbin altında keçir, İllərimiz bir nəfəs tək tükənir.
כִּי כׇל־יָמֵינוּ פָּנוּ בְעֶבְרָתֶךָ כִּלִּינוּ שָׁנֵינוּ כְמוֹ־הֶֽגֶה׃
10 Yetmiş il ömür sürərik, Sağlam olsaq, səksənə yetişərik. Ən yaxşı çağımız belə, zəhmətlə, kədərlə keçir, Ömrümüz tez bitir, uçub-gedir.
יְמֵֽי־שְׁנוֹתֵינוּ בָהֶם שִׁבְעִים שָׁנָה וְאִם בִּגְבוּרֹת ׀ שְׁמוֹנִים שָׁנָה וְרׇהְבָּם עָמָל וָאָוֶן כִּי־גָז חִישׁ וַנָּעֻֽפָה׃
11 Axı qəzəbinin gücünü kim dərk edə bilər? Hirsinin vahiməsini kim duya bilər?
מִֽי־יוֹדֵעַ עֹז אַפֶּךָ וּכְיִרְאָתְךָ עֶבְרָתֶֽךָ׃
12 Bizə öyrət nə qədər ömrümüz var, Qoy qəlbimiz hikmətli olsun.
לִמְנוֹת יָמֵינוּ כֵּן הוֹדַע וְנָבִא לְבַב חׇכְמָֽה׃
13 Əl çək, ya Rəbb! Nə vaxtadək qəzəbindən dönməyəcəksən? Sən qullarına rəhm et.
שׁוּבָה יְהֹוָה עַד־מָתָי וְהִנָּחֵם עַל־עֲבָדֶֽיךָ׃
14 Səhər-səhər bizə doyunca məhəbbət göstər, Qoy ömrümüz boyu sevinib fərəhlənək.
שַׂבְּעֵנוּ בַבֹּקֶר חַסְדֶּךָ וּֽנְרַנְּנָה וְנִשְׂמְחָה בְּכׇל־יָמֵֽינוּ׃
15 Bizi zülmə saldığın günlər qədər, Bəlaya düşdüyümüz illər qədər sevindir.
שַׂמְּחֵנוּ כִּימוֹת עִנִּיתָנוּ שְׁנוֹת רָאִינוּ רָעָֽה׃
16 Əməllərin qullarına, Əzəmətin övladlarına görünsün.
יֵרָאֶה אֶל־עֲבָדֶיךָ פׇעֳלֶךָ וַהֲדָרְךָ עַל־בְּנֵיהֶֽם׃
17 Ey Xudavənd Allahımız, bizimlə xoş rəftar et, Əllərimizin zəhmətini uğurlu et, Bəli, bizim əllərimizin zəhmətini uğurlu et.
וִיהִי ׀ נֹעַם אֲדֹנָי אֱלֹהֵינוּ עָלֵינוּ וּמַעֲשֵׂה יָדֵינוּ כּוֹנְנָה עָלֵינוּ וּֽמַעֲשֵׂה יָדֵינוּ כּוֹנְנֵֽהוּ׃

< Zəbur 90 >